Yaddas kitabcasi

İstədiyiniz peşəni seçin

Təsdiq olunmuş qrafikə əsasən yuxarı sinif şagirdlərinin düzgün peşə seçiminə köməklik göstərilməsi məqsədi ilə İsmayıllı Rayon Məşğulluq Mərkəzi tərəfindən iyun ayının 8-də və 12-də rayonun Qubaxəlilli və Gəraybəyli kənd tam orta məktəblərində Mərkəzin əməkdaşları, müəllim, valideyn, və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda növbəti peşəyönümü tədbiri keçirilib. İstədiyiniz peşəni seçin
Gənclərə əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, düzgün peşə seçimi üçün tələb olunan əsas şərtlər haqqında məlumat verilib, onlara meyil və bacarıqlarına uyğun olaraq əmək bazarının tələblərini nəzərə almaqla istədikləri peşələrə yiyələnməsi tövsiyə olunub, eləcə də mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Q.Abduləzizov

Şərh Yaz