Yuxarı sinif şagirdləri universitetlərə dəvət aldılar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Universitetlərimizi yaxından tanıyaq” layihəsinə başlanılıb.
Layihə çərçivəsində ilk görüş 12-13 iyun tarixlərində Şamaxı, Ağsu, İsmayıllı, Oğuz, Qax, rayonlarında gerçəkləşib.
Yuxarı sinif şagirdləri universitetlərə dəvət aldılar
Yuxarı sinif şagirdləri universitetlərə dəvət aldılar
Yuxarı sinif şagirdləri universitetlərə dəvət aldılar       Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Avrasiya Universiteti, Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbələrinə rəhbərlik edən mütəxəssislərin iştirakı ilə beş rayonda yuxarı sinif şagirdlərinə ali təhsil müəssisələri haqqında məlumat verilib. İsmayıllıdakı Heydər Əliyev Mərkəzində keçirilən görüşdə gələcəyin abituriyenti olacaq şagirdlərin şeçim imkanlarının artırılması məqsədilə bu kimi tədbirlərin vacibliyi vurğulanıb.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbir iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.
Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu görüşdə çıxış edərək, müasir dünyanın daha çox elmi-texniki inkişaf üzərində qurulduğunu diqqətə çatdırıb və gənc nəslin bu amilə böyük diqqət ayırmasının vacibliyini söyləyib.
Layihənin hazırlanmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı tövsiyə və tapşırıqlarının əsas götürüldüyünü deyən C.Musaoğlu gənclərin texniki sahədə irəli çıxmalarının ölkənin hərtərəfli inkişafına böyük təkan verəcəyini bildirib.
Universitet rəsmiləri təmsil etdikləri ali məktəbləri slayd formatında təqdim ediblər.
Universitetlərə dəvət alan yuxarı sinif şagirdlərinin maraqla qarşıladıqları görüşündə auditoriyanın sualları ətraflı cavablandırılıb və şagirdlərə xüsusi bukletlər, kitabçalar paylanıb.
Sevinc Novruzova

Şərh Yaz