Yaddas kitabcasi

İnsan haqlarının tərkib hissəsi

13 iyun 2018-ci il tarixdə “Universitet Təhsilli Qadınlar Cəmiyyəti” ictimai birliyinin “Qadın haqları insan haqlarının tərkib hissəsidir (qadın hüquqları sahəsində maarifləndirmə)” adlı layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə rayonun 16-20 yaş arası fəal gəncləri iştirak edib.
İnsan haqlarının tərkib hissəsi
Tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülər Baxışova açaraq layihə icraçılarını və tədbir iştirakçılarını salamlayıb mövzunun hazırkı zamanla uzlaşması və gənclərin maarifləndirilməsində önəmini qeyd edib. İctimai birliyin sədri T.Cəfərova və təlimçi S.Məmmədova mövzu ilə bağlı fikirlərini açıqlayıblar.
Mövzu gənclər tərəfindən maraqla qarşılanıb. Tədbir diskusiya şəklində davam edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz