Təbiət coşdu, bərpa işləri aparıldı

17 iyun 2018-ci il tarixində axşam saatlarında rayon ərazisində başlayan güclü küləklə müşaiyət olunan leysan yağışları nəticəsində rayonun bir sıra xidmət infrastrukturuna və kənd təsərrüfatına ziyan dəyib.
Qoydan kəndində torpaq sürüşməsi aktivləşib.
 Təbiət coşdu, bərpa işləri aparıldı     Rayonun Г‡əmənli, Qalınçaq, Diyallı və Cülyan kəndlərində bir neçə yaşayış evinin və yardımçı tikililərin damı yararsız hala düşüb.
Tircan, Maçaxı kənd yolunu sel suları dağıdıb.
Rayonda 550 hektar taxıl sahəsinə ciddi ziyan dəyib, 1,7 hektar tütün sahəsi sel suları altında qalıb.
20 kəndin içməli su xəttində, 66 kəndə elektrik verilişində problem yaranıb.
İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəymiş ziyan dəqiqləşdirilib. Aidiyyəti strukturlar tərəfindən dərhal bərpa işlərinə başlanılıb.
Leysan yağışlarının rayonun su, yol və elektrik təsərrüfatına vurduğu ziyanlar aradan qaldırılır. Zərərlə bağlı daxil olan müraciətlər əsasında mülki obyektlərə baxış keçirilir.
Namiq Kərimov

Şərh Yaz