Nur qəlbli, nur simalı kitabxanaçı

Deyirlər ki, yaxşı insanlar heç vaxt unudulmur. İllər ötsə də yaddaşlara hopur, xatirələrdə yaşayır. İnsan yaddaşı isə ən yaxşı salnamədir. Ömrün hansı anındasa dönüb arxaya boylandıqda, yaddaş səhifələrini vərəqlədikdə xatirələrdə neçə-neçə yaxın-uzaq olanlarla görüşürsən, yaxşı insanları yada salırsan.
Belə insanlardan biri ilə görüşümüz oldu.
Nur qəlbli, nur simalı kitabxanaçı
Nur qəlbli, nur simalı kitabxanaçı
“Dünyada kitabdan əziz dost yoxdur”. Bu, böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin kəlamıdır. Görüşünə getdiyimiz Kimxarə xanım Əzizovanın ömrünün 50 ildən çoxu bu kəlamın işiğında keçib. Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.
Aqillərdən biri kitabxananı cənnətlə müqayisə edib, onun qoxusunu cənnət qoxusu adlandırıb. Bəlkə də burda bir həqiqət var. Г‡ünki kitablar bizim formalaşmağımızda yaxşı nədir, pis nədiri ayırd etməkdə müəyyən rol oynayır.
Sevdiyimiz müsbət qəhrəmanlara bənzəməyə çalışırıq. Həm də yaxşı kitabları oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etməyə bənzəyir. Bu dediklərimizi bizə çatdıran isə peşəsini ürəkdən sevən fədailər – kitabxanaçılardır. Bu gün belə bir kitabxanaçının nuruna yığışmışdıq. 92 yaşlı ağsaçlı bir ananın, bir nənənin, bir ziyalı qadının, ömrünün 50 ildən artıq hissəsini xalqının övladlarının savadlanmasına, onların insan kimi formalaşmasına həsr etmiş sadə bir peşə sahibi olmuş bir insanın –“ uzun illər İsmayıllı rayonu Basqal qəsəbə kitabxanasının kitabxanaçısı və müdiri olmuş Kimxarə müəllimənin işiğına. Əslində, bu təşəbbüs “Basqal və basqallılar” səhifəsinin adminləri İbrahim Rafailoğlu Basqallı və Orxan Basqallıdan gəlmişdi.
Sağ olsunlar, yaxşı təşəbbüs qaldırdılar. Bu tədbiri daha geniş miqyasda qeyd etmək fikrimiz də var idi. Lakin təmtərağı və şöhrəti sevməyən bu ağsaçlı ziyalı qadının – Kimxarə müəllimənin arzusu ilə görüş onun öz evində baş tutdu. Görüşdə İsmayıllı Rayon Mədəniyyət İdarəsinin əməkdaşları, Mərkəzi Kitabxana Sisteminin direktoru Könül Baxışova, direktor müavini Ruhiyyə Mirzəyeva, xidmət şöbəsinin müdiri Səbirə Seyidova, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin, qəsəbə kitabxanasının və Yaradıcılıq evinin işçiləri və vaxtilə Kimxarə müəllimənin oxucuları olmuş, bu gün respublikamızın müxtəlif guşələrində yaşayan və işləyən bir qrup basqallılar, qohumlar və qonşular iştirak edirdi.
Görüşdə iştirak edən hər kəs özünün ürəkdən gələn sözlərini söylədi, Kimxarə müəlliməyə sağlam ömürlə 100 yaşa çatmasını arzuladı. “Məndə olan yaxşı cəhətlərə görə kitaba borcluyam”. Rus yazıçısı Maksim Qorki belə demişdi. Г‡ıxış edib Kimxarə müəllimə haqqında xoş söz söyləyən hər kəs isə sanki belə deyirdi: – Məndə olan yaxşı cəhətlərə görə kitaba və o kitabları mənə sevdirən Kimxarə müəlliməyə borcluyam. Həsən bəy Zərdabi “Yaxşı kitab çox qiymətli xəzinədir” söyləmişdi.
Böyük bir xəzinənin sahibi olan Kimxarə müəllimənin öyüd və nəsihətlərini bir daha dinləmək hər birimiz üçün xoş oldu. “Elə bir kitab yoxdur ki, insan ondan yaxşı bir şey öyrənə bilməsin” (Höte). Kimxarə müəllimə sanki bizi uşaqlıq və gənclik illərinə qaytardı və yenidən hansı kitabları oxuyacağımızı özü bizə məsləhət gördü.
Bizim borcumuz yaxşı insanları unutmamaqdır. Г‡ünki unutsaq, özümüz də unudularıq.
Novruz Əsədov,
İsmayıllı RİH başçısının Basqal qəsəbə İƏD üzrə nümayəndəsi

Şərh Yaz