İdmana bağlılıq

Hikmət Əhmədovu bir pəhləvan kimi təkcə İsmayıllıda deyil, onun hüdudlarından kənarda, hətta xaricdə də tanıyırlar. Bu tanışlığı, halal ad-sanı qolunun, dizinin gücünə qazanmış idmançının xoşbəxtliyi ondadır ki, başladığı yolu oğulları, nəvələri də davam etdirirlər.
İdmana bağlılıq     May ayının 28-dən 30-a kimi Bakıda, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə pəhləvanın nəvəsi Rasim Hikmətli öz çəki dərəcəsində birinci olaraq turnirin qızıl medalını qazanıb. Rasimin məşqçisi öz atası, Eldəniz Əhmədovdur.
Rasim 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. Hazırda atası ilə bərabər qarşıdan gələn dünya və Avropa çempionatlarına hazırlaşır.
Ağırlıqqaldırmanın poverliftinq növü üzrə çoxsaylı qələbələri olan ata və oğul Dünya çempionatında da sözlərini deməyə hazır olduqlarını bildirirlər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz