Bədii qiraət müsabiqələri keçirilir

Məktəblilərin kitab və kitabxanalarla əlaqəsini möhkəmləndirmək məqsədi ilə İsmayıllı MKS-də Uşaq kitabxanasında planlı şəkildə vaxtaşırı tədbirlər keçirilir. Keçirilən tədbirlərdə görkəmli şair və yazıçılıramızın doğum, anım günləri, yubileyləri qeyd olunur. Bədii qiraət müsabiqələri  keçirilir
Bədii qiraət müsabiqələri  keçirilir
İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş tədbir də bu qəbildən olub. Bu tədbirdə şairin şeirləri üzrə keçirilən regional müsabiqələrin qalibləri iştirak ediblər.
Qobustan, Şamaxı, Qəbələ, Ağsu və İsmayıllı rayonundan olan seçmə tur qalibləri İsmayıllı təmsilçisi, 3 nömrəli məktəb-liseyin şagirdi birincilik qazanıb. Şamaxı məktəblisi ikinci olmaqla Respublika üzrə keçiriləcək yekun turunda iştiraka yer alıb.
Rayonun Uşaq kitabxanasında Xalq Şairi Məmməd Arazın 85 illiyi münasibəti ilə şeirlərininin söylənməsi üzrə keçirilən müsabiqə də yaddaqalan tədbirlərdən olub. Bu yarışmada İsmayıllı şəhər məktəbliləri istedad və bacarıqlarını nümayiş etdiriblər. Münsiflər heyətinin yekdil qərarı ilə bu sınaqda da 3 nömrəli məktəb-liseyin şagirdi birincilik qazanıb.
Qeyd edək ki, hər iki tədbirdə münsiflər heyətinin qərarını müsabiqə iştirakçıları, onları izləyən müəllim və valideynlər razılıqla qarşılayıblar.
Turanə Əzizova

Şərh Yaz