“DAДћ Г‡İГ‡ƏKLƏRİ“

Biri mənəm…

İki adam var məndə,
Biri mənəm, biri yox.
Bir canda, bir bədəndə,
Ölü mənəm, diri yox.
“DAДћ Г‡İГ‡ƏKLƏRİ“     Biri mənəm…

İki adam var məndə,
Biri mənəm, biri yox.
Bir canda, bir bədəndə,
Ölü mənəm, diri yox.
[thumb=left]http://ismayilli-xeberleri.info/uploads/posts/2018-06/1529994759_0111.jpg[/thumb
Yarı düz, yarı yalan,
Həm satanam, həm alan.
Ömrü sabaha qalan,
Sümük mənəm, dəri yox.

Hər halda, hər biçimdə,
Dərdlərim var içimdə.
Üz-gözümdə, saçımda,
Yarı mənəm, yarı yox.

Yoldaşıyam özümün,
Söhbətimin, sözümün.
Ocağımın, közümün,
Külü mənəm, qoru yox.

Öz hökmü var hər anın,
Gücü yetmir insanın.
Yaşayıram, zamanın
Karı mənəm, koru yox.

Yükü çoxdur boynumun,
Sonu kəfən –“ əynimin.
Bu dünyayla oynumun
Zoru mənəm, zəri yox.

Nədir xeyri, ziyanı,
Ayır haqqı, riyanı.
Sevmə Nazir Ziyanı,
Özü mənəm, nuru yox.
Nazir Ziya Talıstanlı

Sözüm yoxdu

Eşit məni, ay buralı,
Oyanlara sözüm yoxdu.
Məni özündən aralı
Sayanlara sözüm yoxdu.

Sevgi dərya, arzu sonsuz,
Nə həyat var, nə mən onsuz.
Г‡içəyi tər, gülü donsuz,
Duyanlara sözüm yoxdu.

Tut düz yolu, möhkəm, qəti,
Günahkar bilmə qisməti.
Üzündən arı, isməti
Soyanlara sözüm yoxdu.

Yal verən var yalanlara,
Niyyəti şər olanlara.
Əqrəblərə, ilanlara,
Г‡ayanlara sözüm yoxdu.

Г‡əmən gülür, yenə yazdı,
Yüz bahar gör, yenə azdı.
Həyat gözəl, doyulmazdı,
Doyanlara sözüm yoxdu.

Tanı, tanıt, sev özünü,
Üz saxlama, de sözünü.
Yar qəlbini, dost gözünü,
Oyanlara sözüm yoxdu.

Axtarmadım kölgə, dalda,
Bəxtəvərəm mən bu halda.
Qəlbi darda, gözü yolda,
Qoyanlara sözüm yoxdu.

Əkiz candır Vətən, ana –“
Ruhdur keçər candan-cana.
Allahı qoyub Şeytana
Uyanlara sözüm yoxdu.
Şahməmməd Dağlaroğlu

Ay ana

Ümidlərim külə dönməz, ha yana,
Səni gəzər gözüm baxsa ha yana.
Nə yatmısan, haray ana, hay ana,
Qurban olum, oyan, oyan, ay ana.

Saçlarıma qar yağdıran yaşa bax,
Qalx ayağa, mən ölüncə yaşa, bax.
Gözlərimdən seltək axan yaşa bax,
Rahatdırmı sənə o yan, ay ana?

Kim deyir ki, yatan bəxtim oyanmaz,
Ocağıma su calanıb, o yanmaz.
Qılınc, nizə barmağımı oyammaz,
Ürəyimi dərddi oyan, ay ana.

Sənsiz tərlan oylağımı sar alar,
Aparmayıb sellər səntək Saralar.
Ayaz günü-gündən solar, saralar,
Dözməz həsrətinə o yana-yana.
Ayaz Şəfaqətov

Bilmirəm

Qarğalar qarıldar öz arasında,
Bir saflıq axtarma üz qarasında.
Məlhəm kara gəlməz söz yarasında,
Dərdimin əlacın tapa bilmirəm.

Qəlbimdən gələni dedin, ay dilim,
Xoşa gələmmədin, it ilim-ilim.
Ürəyim deyəni mən necə silim?
Dilimə yalan söz yapa bilmirəm.

Qalmışam qarayla ağ arasında,
İtmişəm dərəylə dağ arasında.
Bir qaratikana bağ arasında
Elə ilişmişəm, qopa bilmirəm.
Nazilə Səfərova

Şəhərdə

Rayondan şəhərə köçmüş xanım haqqımda deyib:
– Aşıq Elman şəhərdə yaşasa da, kəndçiliyində qalıb.

Aylar ötür, illər ötür ömürdən,
Bala-bala yaşayıram şəhərdə.
Ürəyimin o pas atmış ləkəsin
Gecə-gündüz qaşıyıram şəhərdə.

Yaxşı-yaman bir-birinə qarışıb,
Xeyir-şərlə, şər-xeyirlə yarışıb.
Paxıllıqla, ədavətlə barışıb,
Saflığımı boşayıram şəhərdə.

Bir bağ saldım bar-bəhərli olmadım,
Köhlən mindim, heç yəhərli olmadım.
Hey çalışdım mən şəhərli olmadım,
“Kəndçi” adı daşıyıram şəhərdə.
Aşıq Elman Mehdiyev

Dindim ”Yetim segah” üstə…

Baxışın nur, arzun qönçə,
Yanaq zərif, duyğun incə.
Varlığın dönsə sevincə,
Bayram elə, günü yaşat.

Həsrətindən külə dönsəm,
Payızlaşan yelə dönsəm.
Saçında ağ telə dönsəm,
Teldə o ağ dəni yaşat.

Vüqar köklənib ah üstə,
Bir əl çatmaz günah üstə.
Dindim ” Yetim segah” üstə…
Qəlbində hey məni yaşat.
Vüqar Vaqifoğlu (Hüseynov)

Yaşa, Azərbaycanım

Azərbaycan –“ canda can,
Damarımda axan qan.
Azərbaycan məşəli,
Sən həmişə alovlan.

Ucalsın hər an səsin,
Yaşa, Odlar ölkəsi.
Qüdrətinlə dünyada
Heyran elə hər kəsi.

Azadlığın rəmzidir,
Yaşıl, göy, al bayrağın.
Canımızdan əzizdir,
Hər bucağın, hər çağın.

Dünya durduqca sənə
Bağlıyıq canımızla.
Tarixini yazmışıq
Canımız, qanımızla.

Mənim deyil, vermişəm,
Sənindir hər vaxt canım.
Mən ölsəm, eybi yoxdur,
Yaşa, Azərbaycanım!
Nicat Osmanlı

Sən evinə dönmədin

Aprel şəhidi Mikayıl Vahabzadəyə

Г‡əmənlər çiçək açır,
Bu gün sənin adına.
Г‡aylar, bulaqlar yanır,
Həsrətinin oduna.

Gəlişini gözləyir,
Açılan bənövşələr.
Sənsiz yaman lallaşıb,
Pıçıldaşan meşələr.

Dağların zirvəsində,
Qar da sənin qədər pak.
Hər gün həmsöhbətimdir,
Səndəki amal, idrak.

Ana deyib torpağa,
Can verdin ölməzliyə.
Ruhunu əzizlədim,
Balam, qardaşım deyə.

Elə rahat yatmısan,
Qıymıram deyim: ayıl.
Sən evinə dönmədin,
Elə döndün, Mikayıl.
Şərqiyyə Balacanlı

Musavari

M.Yaqubun “Əlini əlimə öyrətmə belə” şeirinə

Kreslo,vəzifə rast saldı bizi,
Г‡ox yaxşı iş oldu, dost saldı bizi.
Bu dostluq quruca olacaq isə,
Gözlərin yollarda qalacaq isə…
Sən Allah, yalandan yanaşma mənə,
Yalançı vədləri danışma mənə.
Mən biraz iştahlı pələng kimiyəm,
Gül-çiçək ətirli çələng kimiyəm.
Deyim bil, şəkərim puldur, paradır.
Pul üçün ürəyim para-paradır.
Əllərim öyrəşib pay-puş almağa,
Gözlərim öyrəşib ələ baxmağa.
Əgər get-gəlişin olmayacaqsa,
Pay vermək vərdişin olmayacaqsa…
Ay kişi, yeri get, uzaq dur məndən
Görünmə gözümə uzaqdan, gendən.
Г‡ətin tanıyarsan məni hələ sən,
Mən də bilməyirəm hələ sən nəsən.
Mən biraz məst olan pişik kimiyəm,
Köç dəvə salası köşək kimiyəm.
Yaylaqdan qaymağım, balım olmasa…
Aylıq alacağım, pulum olmasa…
Dağ kəli ətindən payım olmasa…
Sən Allah, dost deyib yanıma gəlmə,
Güvənib boş əllə önümə gəlmə.
Xalıq Yusifoğlu

Xalçaçı qızlar

Əllər görünməyir, xalı toxuyur,
Vurulur sürətlə əlvan ilmələr.
Xalçaçı astadan mahnı oxuyur,
Güclə eşidilir oynaq kəlmələr.

Bunu deyəcəyəm, tərif olsa da –“
Möcüzə yaradır bizim gözəllər.
Bir görün, doğrudan, zərif olsa da,
Nələr canlandırır bu işlək əllər.

Ürək duyduğunu möcüzə sayır,
Sənətin önündə karıxıbmı o?
Nədən xalça üstdə günəş parlayır,
Əngin səmalarda darıxıbmı o?

Oyanır yuxudan yatan təbiət,
Şəfəqlər gözləri qamaşdırarkən.
Qoynundan sükutu atan təbiət
Nə gözəl görünür sübh çağı, erkən.

Yuxulu gözünü ovuşduraraq,
Ağaclar yuxudan oyanır səhər.
Г‡içəklər –“ gözündə şehli bir çıraq –“
Xəfif meh əsdikcə mürgüləyirlər.

Budaqdan-budağa ötüşür hər quş,
Г‡içəkdən-çiçəyə qonur kəpənək.
Bu nədir? Bənövşə şəst ilə durmuş,
O ki, dayanardı boynun bükərək.

Bahar səhərində bu zərif gülü,
Sənətkar istəyi yaratmış belə.
Pərişan etməmiş hər duyan könlü,
Onu yaratmamış necə var elə.

Ürək duyduğunu həqiqət sayıb,
O nə karıxıbdır, nə də çaşıbdır.
Sənət gözəlliyi kölgədə qoyub,
Gözəllik sənətlə qoşalaşıbdır.

Bizim bu dağların hər bir guşəsi,
Xalçalar üstündə nəqş olunubdur.
Dağların reyhanı, tər bənövşəsi,
Xalçalar üstünə uçub qonubdur.
Rövşən Niyallı

Dağlar mənim hər dərdimin dərmanı

Düşmüşəm mən bir hikmətin sehrinə,
Əskik olmaz heç başının dumanı.
Dağlar məni hey çağırır seyrinə,
Xatırladır keçib gedən zamanı
Dağlar mənim hər dərdimin dərmanı.

Niyalla mən qürurlanır, öyünür,
Düzlərilə qəlbim mənim döyünür.
Xan qalası dörd bir yandan görünür,
Deyir mənəm Cavanşirin məkanı,
Dağlar mənim hər dərdimin dərmanı.

Niyalgülü tək aləmdə gülüm var,
Qartalım, kəkliyim, həm bülbülüm var.
Qantəpərim, səhləbim, sünbülüm var,
Təbiət çağırır seyrə insanı,
Dağlar mənim hər dərdimin dərmanı.

Mərcbədoyun qayasından baxarsan,
Fikrə gedib, xəyallara dalarsan.
Fit dağında, Qırxotağında olsan
Nişan verir tarix Mustafa xanı,
Dağlar mənim hər dərdimin dərmanı.

Böyürtkənin burda var ayrı dadı,
Qaçaq saldı qeyrət eldən Fərhadı.
Səfiyurdda bir ağacda var adı,
İgidlərin dağlar olub gümanı,
Dağlar mənim hər dərdimin dərmanı.

Bala Niyal bənzəyir bir bərəyə,
Sürü düşər su içməyə dərəyə.
Gecə xəlvət ayı gələr sürüyə,
İtlər hürüb oyadarlar çobanı,
Dağlar mənim hər dərdimin dərmanı.

Quzudöşün bürüyər gül qoxusu,
Nə gül sorsan. Vardır burda çoxusu.
Г‡obanın da qəfil tutar yuxusu,
Canavar hürküdüb qovar heyvanı,
Dağlar mənim hər dərdimin dərmanı.

Qart dağına gün dəyəndə bozarar,
Yay girəndə Buzbulaqda buz olar.
Onu görən çaşıb heyrətdə qalar,
Bir bax, tanı o uca Yaradanı,
Dağlar mənim hər dərdimin dərmanı.

Babadan yadigar, Baba dağımsan,
Ağsaqqalım, ulumsan, ocağımsan.
Laylayım sən, qocalıqda ağımsan
Bir gün gələr köçüb getmək zamanı,
Dağlar mənim hər dərdimin dərmanı.

Qar yağanda qarın qalxar lap dizə,
Heyvan gəzər, hey qarışar iz-izə.
Hərdən qismət ola rşikar, ov bizə,
Bismillahla axıdarıq al qanı,
Dağlar mənim hər dərdimin dərmanı.

Bənzəyirsən başımda sevdaya sən,
Oldun mənə körpəlikdən dayə sən.
Sən müqəddəs Quranımda ayəsən,
İnsan baxar, artar onun imanı,
Dağlar mənim hər dərdimin dərmanı.

Sən bizə öyrətdin vəfa dərsini,
Mən İshaqın eşqin açdı səsini.
Mənə göstər sən eşqin qibləsini,
Mən hazıram olmaq üçün qurbanı,
Dağlar mənim hər dərdimin dərmanı.
İshaq Mövlayi,
Lahıc qəsəbəsi

Şərh Yaz