İdman gimnastikadan başlayır

3 iyun 2018 – İsmayıllı Olimpiya-İdman Kompleksində bədii gimnastika üzrə “Xəyala doğru bir addım” adlı 1-ci İsmayıllı Kubokunun yarışları keçirilib.
İsmayılıda idmanın bu növü rayonun Olimpiya-İdman Kompleksi ilə yaşıddır. Bir qədər fərqli desək, İsmayıllıda ən gənc idman növü elə bədii gimnastikadır.İdman gimnastikadan başlayır
İdman gimnastikadan başlayır
İsmayıllı OİK-i qapılarını bir sıra idman növləri yanaşı bədii gimnastika üzrə respublika birinciliyinə də açmışdır.
2014-cü ildə bədii gimnastikanın ölkə birinciliyi yarışlarının İsmayıllıda keçirilməsi kiçik yaşlı qızlarımızda idmanın bu növünə olan həvəsi artırdı. Gimnast qızlarımız qısa müddətdı öz bacarıqlarını zona və respublika yarışlarında nümayiş etdirdilər. Uğurlu başlanğıc valideynləri öz qızlarını OİK-də fəaliyyət göstərən qrupuna gətirməyə sövq etdi.
Digər idman növləri ilə yanaşı İsmayıllı OİK-də bədii gimnastika üçün də hər cür şərait yaradılıb.
Son yarışların iştirakçıları buradakı işgüzar mühitin qələbələr əldə etmək üçün qənaətbəxş, əlverişli olmasəndan söz açmaları da kifayət qədər ürəkaçandır.
Gimnast qızlarımız idmanın gimnastikadan başlamasını deyərək qələbələrinin sayını, nailiyyətlərini gündən-günə artırırlar. Son yarışda qazanılan nəticələr göstərdi ki, İsmayıllı gimnastları sırasında qarşıdakı yaxın illərin beynəlxalq yarışlarının medalçıları yetişir.
Ülviyyə Cəbiyeva

Şərh Yaz