Xalqlarımız və ədəbiyyatımız üçün böyük hədiyyə

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və maliyyə dəstəyi ilə işıq üzü görmüş “Özbək şeir çələngi” – “Узбек шериyaти гулчамбари” kitabının iyun ayının 12-də Özbəkistan Elmlər Akademiyasinin kitabxanasında təqdimat mərasimi keçirilib. Xalqlarımız  və ədəbiyyatımız üçün böyük hədiyyə    Təqdimat mərasimində kitabın redaktorları Əkbər Qoşalı və Fərid Hüseyn çıxış edərək ölkəmizdə türk dünyasının zəngin ədəbi mühiti ilə seçilən özbək ədəbiyyatına, şairlərinə böyük maraq olduğunu qeyd ediblər. Onlar kitabda tərtibçilərin təkrarsız yaradıcılıqları ilə Özbəkistanda məşhur olan qələm sahiblərinin əsərləri ilə yanaşı, bir sıra gənc şairlərin də şeirlərinə yer verməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Natiqlər Azərbaycan-Özbək xalqları arasında daim ədəbi əlaqələrin yüksək səviyyədə olduğunu və ədəbiyyatımızın bu əlaqələrdən faydalandığını qeyd etdilər. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında çap olunan kitabın xalqlarımız və ədəbiyyatımız üçün böyük hədiyyə olduğunu söyləyiblər.
Digər çıxışçılar Özbəkistan Yazıçılar İttifaqının tərcümə bölməsinin müdiri Atxam Alimbekov, şair-Özbəkistanın tanınmış “Kitab dünyası” jurnalının baş redaktoru Xasiyət Rüstəmova özbək ədəbiyyatını, özbək düşüncəsini əks etdirən şeirlərin, əsərlərin Azərbaycancaya çevrilməsini təqdir edərək, azərbaycanlı ədəbiyyatsevərlər, tədqiqatçılar üçün yaxşı imkanlar açıldığını və ədəbiyyat tarixində misilsiz bir işin həyata keçirildiyini söyləyiblər.
Qeyd edək ki, 310 səhifəlik “Özbək şeir çələngi” –“ “Узбек шериyaти гулчамбари” adlı ikidilli kitabın tərtibçiləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şahməmməd Dağlaroğlu, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, özbək şairəsi Şəhla Qasımovadır. Kitaba azərbaycanlı akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.
“Özbək şeir çələngi” – “Узбек шерiyatРё гулчамбари” adlı kitabın məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitab Özbəkistan və Azərbaycan kitabxanalarına, elm, təhsil müəssisələrinə əvəzsiz olaraq göndəriləcəkdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz