Qalacıq məktəbində “Son Zəng” tədbiri keçirilib

İyun ayının 14-də İsmayıllı rayonu T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Qalacıq məktəbində “Son Zəng”  tədbiri keçirilibTədbirdə 3 saylı Ərazi Maliyyə Hesablaşma İdarəsinin rəisi Elxan Cavadov, İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının Qalacıq İƏD nümayəndəsi Eminov Təbriz, Qalacıq kənd Bələdiyyəsinin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak edib. Qalacıq məktəbində “Son Zəng”  tədbiri keçirilib
Tədbir musiqi sədaları altında Məzunların Azərbaycanın Dövlət Bayrağını meydana gətirməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Məktəbin direktoru Rusan Qasımov təntənəli surətdə şənliyi açıq elan edərək qonaqları salamlayıb. R.Qasımov çıxışında sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Г‡ıxışı zamanı direktor şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlardan danışıb. Həmçinin təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açıb. Qalacıq kənd tam orta məktəbinə göstərilən diqqət və qayğı üçün minnətdarlığını bildirib.Qalacıq məktəbində “Son Zəng”  tədbiri keçirilib
3 saylı Ərazi Maliyyə Hesablaşma İdarəsinin rəisi Elxan Cavadov çıxış edərək “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb. Məzunların həyatında yeni mərhələnin açıldığını deyən natiq onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.Qalacıq məktəbində “Son Zəng”  tədbiri keçirilib
Qalacıq kənd üzrə icra nümayəndəsi Təbriz Eminov İsmayıllı rayon İcra Başçısının təbrikini tədbir iştirakçılarına və məktəbin müəllim kollektivinə çatdıraraq öz adından da cəmiyyətimizin gələcək qurucularına uğurlar arzulayıb.
Г‡ıxış edənlər arasında məzunların birinci sinif rəhbəri və XI sinifin sinif rəhbəri, əvvəlki illərdə məktəbimizi bitirən və yüksək nəticələrlə respublikanın ali məktəblərini qazanan məzunlar, və valideynlər də var idi. İlk sinif müəllimlərinin və körpə fidanların çıxışları xüsusi diqqət çəkib. Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.Qalacıq məktəbində “Son Zəng”  tədbiri keçirilib
Məzunlarımızın rəngarəng şeirləri və şən mahnıları tədbirə xüsusi rəng qatıb. Məzunlar məktəblə və müəllimləri ilə son dəfə vidalaşaraq xatirə rəsmləri çəkdiriblər. Qalacıq kənd Bələdiyyəsinin hədiyyələri məzunlara təqdim olunub. simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh Yaz