“Xüsusi təyinatlı” filminin təqdimat mərasimi keçirilib

6 iyun 2018-ci il tarixdə İsmayıllı şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” studiyasının Milli Qəhrəman Mehdi Abbasova həsr olunmuş “Xüsusi təyinatlı” filminin təqdimatı olub. “Xüsusi təyinatlı” filminin təqdimat mərasimi keçirilibƏvvəlcə “Şəhidlər xiyabanı” ziyarət edilib, ardınca İsmayıllı rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanova, İsmayılı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı Rayon Təhsil şöbəsinin əməkdaşları, digər idarə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanova filmin çəkilişi, “Yaddaş” silsiləsindən bundan sonra çəkiləcək filmlər barədə danışıb, təqdimat üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Digər çıxışlarda da Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasovun həyat yoluna nəzər salınıb. Bildirilib ki, Mehdi Abbasov Qərbi Azərbaycanda dünyaya göz açıb, orta və ali təhsilini Qazaxıstanda alıb. Torpaqlarımızın azadlığı uğrunda şəhidlik məqamına yüksəlib.“Xüsusi təyinatlı” filminin təqdimat mərasimi keçirilib
Ardınca “Xüsusi təyinatlı” filmi nümayiş etdirilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək bu mövzulu filmlərin gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət daşıdığından, şəhidlərin xatirəsinin yaddaşlarda daha da möhkəmlənməsinə, torpaqlarımızın işğaldan azad olunmasına, xalqın mübarizlik ruhunun daha da artmasına xidmət etdiyindən danışıb. Filmi çəkənlərə, təqdim edənlərə rayon rəhbərliyinin təşəkkürünü çatdırıb.
Rəna Mirzəliyeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz