Şanlı tariximiz haqqında məlumat verilib

May ayının 12-də İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin tarix-metodbirəşmə rəhbəri Təranə Məmmədovanın təşkilatçılığı ilə hazırlanmış Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Şanlı tariximiz haqqında məlumat verilib    Tədbirdə Dövlət qulluğu veteranı Valeh Salehov, İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, məktəb rəhbərliyi, fənn müəllimləri və şagirdlər iştirak edib.
Tədbir zamanı iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib, mahnı və şeirlərdən ibarət kompozisiyalar səsləndirilib.
Sonda qonaqlar və məktəbin direktoru Gündüz Qədirov çıxış edərək çalışmalarına görə fənn müəlliminə, tədbirin ərsəyə gəlməsində iştirakı olan şagirdlərə təşəkkür ediblər. Tədbir xatirə şəkli çəkilməsi ilə başa çatıb.
Şəhanə Muradova,
məktəbin X C sinif şagirdi

Şərh Yaz