Yaddas kitabcasi

Təhsillə peşə bir arada

30 aprel tarixində İsmayıllı Peşə Tədris Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahəsində Dual Peşə Təhsil və Təlim pilotların yaradılması” (ED VET) qrant layihəsi çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə özəl sektor, orta məktəb direktorları, İsmayıllı Rayon Məşğulluq Mərkəzini və digər maraqlı tərəflərlə mövzu ilə əlaqədar təşviqat xarakterli tədbir keçirilib.
Təhsillə peşə bir arada
Təhsillə peşə bir arada
Təhsillə peşə bir arada
Təhsillə peşə bir arada
Təhsillə peşə bir arada
Təhsillə peşə bir arada
Layihə Avropa İttifaqının maliyyəsi ilə GİZ tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında duala bənzər peşə təhsili pilotlarının yaradılmasıdır. Layihə turizm və kənd təsərrüfatı sektorlarını əhatə edən peşə təhsili sahəsi üçün müasir kurikulumların, tədris materiallarının hazırlanması, eyni zamanda müəllim və usta heyətinin təlimləndirilməsini nəzərdə tutur. Layihədə işəgötürənlərin təhsil sahəsi ilə əməkdaşlığın qurulması da əsas istiqamətlərdən biridir.
Tədbiri İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov açıb. İsmayıllı Rayon İcra Hakimiyyəti nümayəndəsi Murad Məhərrəmovun mövzu ətrafında çıxışından sonra İsmayıllı Peşə Tədrisi Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev İsmayıllı RTM haqqında məlumatları diqqətə çatdırıb.
Layihənin təqdimatında “Dual Peşə Təhsil və Təlim“, –ћDuala bənzər peşə təhsilinin konsepsiyası“ və –ћMəşvərət Şuraları“ haqqında məlumatlar verilib.
İsmayıllı Tikiş fabrikinin direktoru Lətifə Əliyevanın, İsmayıllı Rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənovun, İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin aparıcı mütəxəssisi Paşa Məmmədovun, İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Ramil Dadaşovun çıxışı diqqətlə dinlənilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz