Müəllimlər intellektual yarışda

Rayon Təhsil Şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarları İttifaqı İsmayıllı Rayon Komitəsi ümumi təhsil müəssisəsinin müəllimləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat yarışı keçirib. Yarışda rayonun təhsil müəssisələrində çalışan müəllimlər bu qədim intellektual idman yarışında güclərini sınayıblar.
Müəllimlər intellektual yarışda
Müəllimlər intellektual yarışda
Müəllimlər intellektual yarışda
Müəllimlər intellektual yarışda
Müəllimlər intellektual yarışdaQaliblər RTŞ-si və ATİAHİ RK-nın birgə diplomlarını və pul mükafatını alıblar. Yarışın qalibi həm də Bakı şəhərində keçiriləcək Respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
Bundan əlavə, ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş tədbirlər planına uyğun olaraq aprel və may aylarında təhsil işçiləri arasında voleybol, stolüstü tennis yarışlarının keçirilməsini də planlaşdırıb.
Hafiz Kərimov,
ATİAHİ Rayon Komitəsinin sədri

Şərh Yaz