Zərifə Əliyevanın 95 illik yubileyi qeyd olunub

26 aprel 2018-ci il tarixdə İsmayıllı rayon, T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan qadınının dünya elminə verdiyi tövhələr” adlı tədbir keçirilib. Zərifə Əliyevanın 95 illik yubileyi qeyd olunub
Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti Aparatının məhsul əməkdaşı Nəsimi Teymurov, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədov, İsmayıllı RİH-nin İƏD üzrə Qalacıq kənd nümayəndəsi və əməkdaşları, Qalacıq kənd Bələdiyyə sədri, Qalacıq kənd Tibb Məntəqəsinin əməkdaşları, Qalacıq kənd Sənətkarlıq Klubunun əməkdaşları, Məktəb kollektivi və şagirdlər iştirak edib. İlk olaraq alimin xatirəsinə həsr olunmuş guşəyə və sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Rusan Qasımov açaraq Zərifə xanımın mənalı ömür yoluna nəzər salıb. O, qeyd edib ki, “Zərifə Əliyeva Azərbaycan elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi kimi fəxri adlara layiq görülmüş, dünya şöhrətli alimdir. 150 elmi əsərin müəllifi olan Zərifə xanım həm də qayğıkeş və səmimi insan olub”. Zərifə Əliyevanın 95 illik yubileyi qeyd olunubZərifə Əliyevanın 95 illik yubileyi qeyd olunubTədbirdə çıxış edən İsmayıllı RZərifə Əliyevanın 95 illik yubileyi qeyd olunubayon İcra Hakimiyyəti Aparatının məhsul əməkdaşı Nəsimi Teymurov Akademik Zərifə Əliyevanın tibb sahəsində böyük alim olmaqla yanaşı, həm də tarixi araşdırmaçı olduğunu vurğulayıb: “Zərifə xanım o qədər çox işin, qayğıların içində tarixi araşdırmalarla da məşğul olub. Gözəl alim olmaqla yanaşı, gözəl həyat yoldaşı da olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq, arxa olub”. Zərifə Əliyevanın 95 illik yubileyi qeyd olunub
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Tibb elmləri üzrə fəlsəfə doktoru, Əməkdar həkim Aydın Əsədov Zərifə xanım Əliyeva ilə bağlı xoş xatirələrindən danışıb. Zərifə xanımın insanlara necə qayğı ilə yanaşdığının şəxsən şahidi olduğunu qeyd edib: “Azərbaycanın bu cür qadınlarının olması tariximizin xalqımıza göstərdiyi böyük lütfdür. Bunu biz hamımız, xüsusilə gələcəyimiz olan uşaqlar dəyərləndirməlidirlər. Zərifə Əliyeva Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biridir. Zərifə Əliyevanın həyat yolu hər bir vətəndaş üçün bir örnəkdir”. Baş həkim əhalinin sağlamlığının qorunması üçün dövlətimiz tərəfindən görülən tədbirləri vurğulayıb. O cümlədən bu gün dövlətimiz tərəfindən Səhiyyəyə, səhiyyə işçilərinə göstərilən diqqət və qayğıdan söz açıb.
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədov görkəmli alimin yetişdirdiyi övladlarının xalqımız və vətənimiz üçün dünya əhəmiyyətli işlər gördüyünü, ulu öndər Heydər Əliyevin ideyalarını əzmlə və fədakarlıqla həyata keçirməklə bərabər ölkəmizi dünya dövlətləri içərisində nüfuzlu bir yerə qaldırmasını qeyd edib.Zərifə Əliyevanın 95 illik yubileyi qeyd olunubArdınca məktəblilərin ifasında Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş şeirlər və mahnılar dinlənilib, alimin nəcib sənətinə həsr olunmuş ədəbi bədii kompozisiya nümayiş etdirilib. Görkəmli alimin həyat yoluna həsr olunmuş videoçarx və film nümayiş etdirilib.Zərifə Əliyevanın 95 illik yubileyi qeyd olunub
Elnarə Qasımova

Şərh Yaz