2018-ci ilin yanvar-mart aylarında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı haqqında

Birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir. Bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2018-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır.
2018-ci ilin yanvar-mart aylarında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı haqqında Ölkə iqtisadiyyatında yaranan müsbət meyillər regionların inkişafı üçün də daha geniş yollar açır. İsmayıllı rayonunun da sosial –“ iqtisadi inkişafı üçün 2018-ci ildə uğurlar gözlənilir. Birinci rübdə əldə olunan nəticələr artıq bunu qeyd etməyə əsas verir.
Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2018-ci ilin yanvar –“ mart aylarında faktiki qiymətlərlə 36129,1 min manat, müqayisəli qiymətlərlə 35443,4 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 6,8 faiz artaraq 419,3 manata çatmışdır. Məhsul və xidmətlərin 56,4 faizi istehsal sahələrinin, 43,6 faizi isə xidmət sahələrinin payına düşür.
Hesabat dövründə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 11,2 milyon manatlıq və ya ümumi məhsulun 31,1 faizi, sənayedə 1,6 milyon manatlıq (müvafiq olaraq 4,5 faiz), tikinti 7,5 milyon manatlıq (20,9 faiz), rabitədə 0,2 milyon manatlıq (0,6 faiz), nəqliyyatda 0,8 milyon manatlıq (2,1 faiz), ticarət və xidmət sahəsində 14,7 milyon manatlıq (40,8 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.
Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 0,5 faiz, tikinti istehsalı 4,9 faiz, rabitə 10,7 faiz, sənaye məhsulunun istehsalı 57,4 faiz, ticarət 4,4 faiz artmış, nəqliyyat sektorunda isə 0,7 faiz azalma müşahidə olmuşdur.

Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın sayı 65 baş artaraq 51350 baş, qoyun-keçilərin sayı 105 baş artaraq 179359 baş, donuzların sayı isə 29 baş artaraq 284 baş olmuşdur. 2018-ci ilin yanvar – mart aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 8 ton, süd istehsalı 47 ton, yumurta istehsalı 133 min ədəd artmışdır.
01 aprel 2018-ci il tarixə 2098 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Yazlıq bitkilərin 487 hektarı kartof, 282 hektarı tərəvəz, 925,5 hektarı paxlalılar, 389,5 hektarını yem bitkiləri təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 787,0 hektar yazlıq bitkilər çox əkilmişdir. Havaların əlvrişli keçməsi səbəbindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartof əkini 64 hektar, tərəvəz əkini 48 hektar artmışdır. Hazırda yazlıq bitkilərin əkini sürətlə davam etdirilir.
2018-ci ilin yanvar-mart ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 1624,9 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,0 faiz təşkil edir. Sabit qiymətlərlə isə sənayedə keçən ilin müvafiq dövrü ilə müqayisədə 57,3 faiz artım müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 0,5 faiz çox, 15,2 milyon kilovat saat elektrik enerjisi, 0,6 milyon kub metr az,11,1 milyon kub metr qaz istehlak olunmuşdur.
Bu ilin ilk 3 ayında rayonda 1262,5 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Hesabat dövründə əsas kapitala 8633,0 min manatlıq investisiya qoyulmuşdur. Cari ildə investisiya qoyuluşunun həcmi əvvəlki ilin eyni dövründən 3,7 faiz artmışdır.Rayonun podratçı təşkilatları tərəfindən bu ilin 3 ay ərzində 736,9 min manatlıq tikinti işləri yerinə yetirilmişdir .
Hesabat ilinin I rübündə rayon əhalisinə 44965,0 min manatlıq istehlak malları satılmış, 6175,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 2,3 faiz çox, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə müqayisəli qiymətlərlə 2,4 faiz çox təşkil etmişdir.
Hesabat dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 230,9 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 10,7 faiz çoxdur.
01 aprel 2018-ci il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq əmək haqqı ilkin məlumatlara əsasən 277,7 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 4,3 faiz yüksək olmuşdur.
Rayonda 2018-ci ilin birinci rübündə yeni açılmış iş yerlərinin sayı 456 iş yeri təşkil etmişdir.Açılmış iş yerlərinin 3-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 281-i mövcud müəssisə və təşkilatlarda, 5-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 112-i fiziki şəxslərdə, 55- i isə digər tədbirlər üzrə (mövsümi abadlıq işləri ) qeydə alınmışdır. Mövcud müəssisə və təşkilatlarda açılmış iş yerlərinin 281-i (61,6 faiz) əsasən sənaye, xidmət və tikinti sahələrində qeydə alınmışdır.
Əziz Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz