Düzgün etimad, yüksək uğurun qarantıdır

Azərbaycanda elm və təhsilin inkişafına xüsusi diqqət yetirilir. Dövlətimiz son illər təhsil sahəsində böyük islahatlar həyata keçirir, bu sahənin inkişafına yönələn tədbirlər icra olunur.Düzgün etimad, yüksək uğurun qarantıdır
Hər bir işdə uğur və inkişaf müəyyən faktorlara söykənir. İsmayıllı rayonu sürətli inkişaf mərhələsindədir. Rayonun hərtərəfli inkişafında rayon rəhbərliyinin rolu danılmaz olduğu kimi, burada uğurlu təhsil siyasətinin həyata keçirilməsinin mümkünlüyü və başlıca səbəbi bu sahəyə rəhbərlik edənin düzgün seçilməsidir.
Düzgün seçim və etimad yüksək uğurun qarantıdır. Cəmiyyət nümunəvi – ziyalı, işgüzar, təəssübkeş, vətənpərvər insanların varlığı ilə maraqlıdır. Cəmiyyəti maraqlı edən insanlar sırasında maarifçilər, müəllimlərimiz həmişə öndə olublar. Gözəl, mənalı olduğu qədər zəngin yaradıcılıq uğurları ilə ömür sürən maarifçilərimiz müxtəlif həyat yollarına malik olsalar da, onları bir amal, bir məqsəd birləşdirir – doğma Azərbaycana layiq ölad olmaq, xalqın əsrlərdən bəri qoruyub saxladığı milli-mənəvi dəyərləri inkişaf etdirib gələn nəsilə ötürmək. Bu istək və arzuları, keyfiyyətləri özündə birləşdirən vətəndaşlarımızın sırasında müəllimin xüsusi yeri var. O, ilk növbədə insandır. Bir ziyalı kimi bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevir. Uşaqları, gəncləri xalqın, Vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir. Yüksək əqidə, məslək sahibi, əsil vətəndaşdır. O, qəlbinin ziyası ilə gələcək vətəndaşlarımızın ömür yolunu işıqlandırır.
Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək bidirir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Bu böyük etimad müəllim adına böyük hörmət və bununla yanaşı daha böyük məsuliyyət gətirmişdir. Ulu öndərin müəllimə verdiyi dəyərin qarşılığında həmin etimadı doğrultmağa çalışan və zaman-zaman pedaqoji ustalığı, təlim-tərbiyədəki səmərəli fəaliyyətləri ilə seçilən ziyalımız Rasim Orucov və onun qabaqcıl təcrübəsi barəsində söz açacağam.
Orucov Rasim Hacıbaba oğlu 1954-cü il may ayının 3-də İsmayıllı rayonunun Cülyan kəndində, müəllim ailəsində dünyaya göz açıb. Atası Hacıbaba müəllim uzun illər məktəb direktoru olub. 1972-1976-cı illərdə ADPU-nun coğrafiya fakültəsində təhsil alıb. Oxuduğu universtitetin fəal tələbələrindən olan R. Orucov bugünkü ictimai nüfuzunu hələ həmin o illərdən formalaşdırmağı bacarıb. O, özündə zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri cəmləşdirmiş, yüksək nüfuz qazanaraq ətrafdakılara nümunə olub.
1976-cı ildən İsmayıllı rayonunun Quşencə kənd orta məktəbində öz ixtisası üzrə müəllim kimi əmək fəaliyyətinə başlayıb. İşlədiyi ilk illərdən yenilikçi pedaqoq, respublika pedoqoji içtimaiyyəti arasında dərin hörmət qazanıb, ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Aktiv fəaliyyəti ilə seçildiyi üçün 1981-ci ildə isə İsmayıllı rayon Cülyan kənd səkkizillik məktəbinə direktor təyin edilib və burada valideynlərin yaxın məsləhətçisi, şagirdlərinin sevimlisi olub. Həmin illər Cülyan məktəbinin intibah dövrü başlayıb. Məktəb məzunlarının əksəriyyəti respublikanın ali məktəblərinə daxil olublar. Bir neçə ildən sonra həkim, mühəndis, müəllim, aqronom, mədəniyyət işçisi kimi çalşıblar. Bu da Rasim müəllimin düzgün idarəetmə bacarığının göstəricisidir.
Düzgün etimad, yüksək uğurun qarantıdırÖlkə Başçısı tərəfindən müəllimlərə böyük dəstək nümayiş etdirildiyinin hər gün dəflərlə şahidi oluruq. Rasim müəllimin uğurlu pedaqoji və idarəetmə bacarıqları da dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, ona yüksək etimad göstərilmişdir. Təyinatı üzrə olduqca məsuliyyətli, səmərəli fəaliyyəti və xüsusi idarəetmə qabiliyyəti nəzərə alınaraq 2004-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İsmayıllı RTŞ-nin müdiri vəzifəsinə təyin edilib. Onun rəhbərliyi ilə ən ucqar kəndlərdə məktəblər tikilib, təmirə ehtiyacı olan elm-təhsil ocaqları əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib, innovasiyaların tətbiqi sahəsində əsaslı işlər görülüb, ümumilikdə bu illər ərzində rayon ümumtəhsil müəsisələrinin hər birinin maddi-texniki bazası yaxşılaşdırılıb. Son illər rayonda 12 yeni tipli məktəb binası, 3 uşaq bağçası, tikilərək istifadəyə verilmişdir. O cümlədən ucqar dağ kəndlərində 2 modul tipli məktəb tikilib istifadəyə verilmiş, daha 3 modul tipli məktəbin tikintisinə hazırlıq işləri gedir.
Artıq 15 ilə yaxın müddətdir ki, Rasim müəllim İsmayıllı RTŞ-nin müdiri vəzifəsində çalışır və rayon təhsilinin dinamik inkişafını saxlamaqdadır. Pedaqoji kadrlara olan ehtiyac ali və orta pedaqoji məktəbləri bitirən gənclər hesabına tədricən ödənilib.
Rasim Orucov müəllimlik fəaliyyəti dövründə də digər həmkarlarından fərqlənməyi bacarmış, özünün yüksək təlim texnologiyaları ilə təlim-təhsil sahəsində yüksəlişə, davamlı inkişafa nail olub. Təhsilə, elmə, biliyə xüsusi qayğı göstərmiş, pedaqoji kollektivin hər bir probleminə diqqətlə yanaşır. Hər şeydən əvvəl Rasim müəllim bacarıqlı, qayğıkeş bir rəhbər, saf, təmiz, əxlaqlı pedaqoq, yaxşı insan kimi tanınır. Öz iradəsi və təvazökarlığı ilə cəmiyyətdə müstəsna rol oynamışdır.
Dəyərli ziyalının şərəfli həyat yolu gənc nəslimiz, bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunədir. Rasim Orucov bir çox beynəlxalq təşkilatların, elm-təhsil müəsisəlinin fəxri-fərman, diplom və müxtəlif mükafatları ilə təltif edilib. Onun zəngin və çoxşaxəli səmərəli fəaliyyətinə layiqli qiymət verilərək 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb. Rasim müəllim ona göstərilən etimadı layiqincə doğrultmuş, xalqına xidməti üzrə qabaqcıl təcrübəyə yiyələnmişdir.
Bu gün Təhsil Nazirliyinin hər bir tapşırığı, aparılan inkişafyönümlü islahatlar, əmr və sərəncamlar, bütün təlıimati məktublar zəngin maarifçilik ənənələrinə malik olan İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən operativ və təkmil şəkildə icra edilir. 2017-2018-ci tədris ili “Təhsildə Keyfiyyət ili” ilə bağlı Nazirliyin fəaliyyət planında nəzərdə tutulan hədəflərin vaxtında yerinə yetirilməsi rayonun bütün pedaqoji kollektivinin əsas vəzifəsi olaraq icra edilir. Həmçinin Ulu öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar Rayon Təhsil Şöbəsində və bütün məktəblərində, ən ucqar dağ kəndində belə tədbirlər böyük həvəs və məsuliyyətlə həyata keçirilir.
Möhtərəm Prezidentimizin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsi ilə əlaqədar Cümhuriyətin 100 illiyi ərəfəsində ciddi hazırlıq işləri aparılır, müsabiqələr təşkil olunur. Təhsil sahəsində keçirilən bütün müsabiqələrdə İsmayıllı rayonunun müəllimləri fəal iştirak edərək layiqli yerləri qazanırlar. Misal üçün Təhsildə İnkişaf və İnnovasiyalar üzrə I qrant müsabiqəsində İsmayıllı rayonunun 4 müəllimi qalib gəlib. Ümumilikdə son illərdə İsmayıllı rayonunun 26 müəllimi “Ən yaxşı müəllim müsabiqəsi”nin qalibi olub. Təkcə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 13 nəfər Respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülüb. Bununla yanaşı 9 müəllim “Tərəqqi” medalı, eləcə də 37 müəllim ”Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Yüksək təhsilli cəmiyyətin formalaşmasında peşəkarlıqları və pedaqoji mədəniyyətləri ilə fərqlənən müəllimlərin rolu danılmazdır. Müəllimlərə inkişafetdirici mühitin yaradılması burada təhsilin keyfiyətinin yüksəldilməsinə və təhsilalanların yüksək nəticələr əldə etməsinə səbəb olur. Dinamik inkişafa nail olan və onu qoruyub saxlayan İsmayıllı rayonu dövlətimizin diqqəti mərkəzindədir. Dövlət başçısının Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamı bu diqqətin təzahürüdür.
Son 5 ildə 17 nəfər məzun qızıl, 2 məzun isə gümüş medalla təltif edilib, 26 nəfər şagird fənn olimpiadalarının Respublika mərhələsinin qalibi olub, 40 nəfər məzun məktəbi fərqlənmə attestatı ilə bitirib. Respublika və rayon səviyyəli çoxsaylı tədbirlərdə müsabiqələrdə bir qayda olaraq İsmayıllı məktəbliləri qaliblər sırasında yer tutmaqdadır. Əldə olunan uğurlar Təhsil Şöbəsi tərəfindən məktəblərin qarşısına qoyulan tələbin və müəllimlərimizin gərgin əməyinin nəticəsidir.
İsmayıllı rayonunun qəbul göstəriciləri də ölkə üzrə ilk yerdə olduğunun təsdiq edir. Belə ki, son 5 ildə 1564 məzun ali məktəbə qəbul olub. Bunlardan 12 nəfəri yüksək bal topladığı üçün “Prezident Təqaüdü”nə layiq görülüb. 352 nəfər 500 baldan artıq, 115 nəfər 600-dən artıq, 2 nəfər isə 700 bal toplamışdır. Təkcə 2016-2017-ci tədris ilində 777 məzun ali məktəbi bitirmiş və bunlardan 450 nəfəri ali məktəblərə qəbul imtahanında iştirak edib. 354 nəfər məzun ali məkətəbə daxil olub. Dövlət İmtahan Mərkəzinin açıqlamalarına görə hər il İsmayıllı rayonun müxtəlif fənlər üzrə qəbul göstəriciləri Respublika göstəricilərindən yüksək olur. Bununla yanaşı rayon məktəblilərinin idman yarışlarındakı çoxsaylı uğurları qənaətbəxşdir. Belə məqamlar İsmayıllı təhsilinin qabaqcıl təcrübəyə malik olmasının sübutudur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 yanvar 2018-ci il tarixli 21 в„–-li əmrinin icrası ilə əlaqədar Ağsu və İsmayıllı rayonlarının Təhsil Şöbələri, həmçinin ümumtəhsil məktəbləri arasında pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsinin fəaliyyət istiqamətləri barədə birgə tədbirlər planına tərtib olunub. Plana əsasən Ağsu və İsmayıllı Rayon Təhsil Şöbələri “Dostluq körpüsü” layihəsinə start verib. Rayonlar arası əməkdaşlıq mükəmməl şəkildə aparılır.
Dövlətçiliyimizə daim sadiqliyi ilə seçilən İsmayıllı rayonunda və rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən təhsilə və təhsil işçilərinə yüksək etimad, böyük dəstək vardır. Rayonun ən ucqar dağ kəndinin müəllimi də Təhsil Nazirliyinin respublika səviyyəsində və beynəlxalq tədbirlərinə qoşulur, rayon məktəblərinin beynəlxalq əlaqələri genişlənir. Ölkəmizdə ilk dəfə Yaponiyanın İto şəhəri ilə İsmayıllı rayonunun qardaşlaşmasına nail olunub. Bu şəhərlər arasında geniş təhsil proqramı həyata keçirilir, Qabaqcıl müəllimlərin Türkiyə, Rusiya, ABŞ, Almaniya, Yaponiya, Fransa, İngiltərə və digər ölkələrin təhsillə bağlı keçirilən tədbirlərinə qoşulması, təcrübə mübadiləsinin aparılması da rayon təhsilinin dünyanın ən qabqcıl təhsil müəsisləri ilə rəqabət bacarığını ortaya qoyur. İsmayıllı təhsilinin qazandığı uğurlar və ölkə mətbuatında davamlı işıqlandırılması respublika pedaqoji ictimaiyyətinin diqqəti mərkəzindədir.
Dövlətimiz tərəfindən təhsil işçilərinə göstərilən qayğı və səmərəli gənclər siyasəti nəticəsində gənc müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması, onların problemlərinin həll edilməsi məsələləri İsmayıllı RTŞ tərəfindən ciddi şəkildə həyata keçirilir. Rasim Orucov müəllimlərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Bir gənc müəllim olaraq Rasim müəllimin simasında əsas brendi təhsil olan İsmayıllı rayonunda təhsilə verilən önəmi, təhsil işçilərinə göstərilən dəstəyi vurğulamağı özümə borc bildim.
Biz gənc müəllimlər yaradılan geniş imkanlar üçün cənab Prezidentimizə, Təhsil Nazirliyinə, İsmayıllı rayon İcra Hakimiyyəti Başçısına və Təhsil Şöbəsinin müdiri Rasim Orucova dərin minnətdarlığımızı bildiririk. Görülən işlərdən, əldə olunan uğurlardan da bəlli olur ki, Rasim Orucova göstərilən etimad özünü layiqincə doğruldub, İsmayıllı təhsili etibarlı əllərdədir.
Cəmiyyətə Ziyalı övladlar bəxş edən valideynlər gələcəyimizin ziyalı və parlaq olmasına yol açan insanlardır. Rasim müəllim nümunəvi müəllim, müdir olmaqla yanaşı həmçinin də nümunəvi valideyndir. Övladlarının hər biri yüksək təhsil alaraq onun maarifçilik yolunu yüksək səylə davam etdirilər.
May ayının 3-də, ömrünün 42 ilini elm, təhsil sahəsinə həsr etmiş Rasim Orucovun doğum günüdür.
Hörmətli Rasim müəllim!
Sizi doğum gününüz münasibəti ilə səmimiqəlbdən təbrik edir, möhkəm can sağlığı, davamlı yaradıcılıq uğurları və layiq olduğunuz ucalıqda əbədi qərar tutmağı arzulayıram!
Elnarə Günəş,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz