İqttisadiyyatın yüksəldilməsi yollarının araşdırılıb

“İsmayıllı rayonunun 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”in müzakirəsinə həsr olunmuş yığıncağı giriş nitqi ilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb.
İqttisadiyyatın yüksəldilməsi yollarının araşdırılıb
İqttisadiyyatın yüksəldilməsi yollarının araşdırılıb
İqttisadiyyatın yüksəldilməsi yollarının araşdırılıb
İqttisadiyyatın yüksəldilməsi yollarının araşdırılıb
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti seçkilərində cənab İlham Əliyevin növbəti qələbəsi çiçəklənən Vətənimizin dayayanıqlı inkişafına, uğurlu gələcəyinə verilən səs, şəxsən cənab Prezidentə olan inam və etibarın təzahürüdür.
Prezident cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının apardığı məqsədyönlü təbliğat bəhrəsini verdi. Nəticə göstərdi ki, Azərbaycan xalqı, güclü lideri, bacarıqlı siyasətçini yaxşı tanıyır və onunla irəli, daha uğurlu məqsədlərə doğru bərabər addımlamağa önəm verir.
Başçı qeyd edib ki, Azərbaycan 2018-ci ilin birinci rübündə də uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib. Ölkənin mövcud sosial-iqtisadi və maliyyə durumunun, regionlarda sosial infrastrukturun davamlı inkişafı göstərir ki, ölkə vətəndaşları bugünkündan daha firavan yaşamaq arzusuna mütləq çatacaqlar. Gündəlik inkişaf bizə daha işıqlı gələcək bəxş edəcəkdir.
M.Sadıqov giriş nitqində rayonda istehsal sahələrinin genişləndirilməsi, iqttisadiyyatın yüksəldilməsi yollarının araşdırılması məsələsinə də toxunub.
Eyni zamanda bildirib ki, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələri bütünlüklə yerinə yetirmək əzmindəyik. Bu ilin 3 ayının yekunları da deyilən fikiri təsdiq edir. Məhz bu gün rayonun sosial-iqtisadi inkişafının 3 aylıq yekunlarını və qarşıda duran vəzifələri müzakirə etmək üçün bir araya gəlmişik.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev hesabat məruzəsi ilə çıxış edib.
İsmayıllı şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədov, İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev və başqalarının çıxışları dinlənilib.
Cari ilin 3 ayının yekunlarına həsr olunmuş yığıncaqda Milli Məclisin üzvü Növruzəli Aslanov iştirak və çıxış edib.
İşgüzar şəraitdə keçən müzakirələrdən sonra yığıncaq iştirakçıları adından 11 arpeldə keçirilən Prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevə təbrik məktubu oxunub.
Ş.Soltanov

Şərh Yaz