Bugünkü ziya alovu, o dövrün qığılcımıdır

Azərbaycanımızın qədim, keçməkeçli və şərəfli tarixi mövcuddur. Dünənimizdə keşməkeşli tariximiz, bu günümüzdə şərəfli istiqlaliyyətimiz var, sabahımızda günəşli zirvələr bizi gözləyir!Bugünkü ziya alovu, o dövrün qığılcımıdırAzərbaycanımızın qədim, keçməkeçli və şərəfli tarixi mövcuddur. Dünənimizdə keşməkeşli tariximiz, bu günümüzdə şərəfli istiqlaliyyətimiz var, sabahımızda günəşli zirvələr bizi gözləyir! O, zirvələr ki, onun günəşinin şəfəqləri 100 ildir Azərbaycan üfüqlərini işıqlandırır. 100 il əvvəl Qoca Şərqdə Azərbaycan Xalq Cümhuriyyəti adlı günəş doğdu. Xalqımızın bu Cümhuriyyət adlı zəngin dünyası, zəngin mədəniyyət, qədim tarix, milli mənəvi dəyərlər çərçivəsində formalaşmış ayrıca bir dünya idi. O dünya ki, dünyanın ən yaxşı qanunlarını qəbul etmişdi və dünyanın ən gözəl bayrağı altında fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı Müstəqil Azərbaycan dövləti də Cümhuriyyətin sadiq varisi olaraq xələfinin kurallarını davam etdirir, hə həyata keçirə bilmədiyi ideyaları daha təkmil şəkildə bu gün həyata keçirir. Tariximizin şanlı səhifəsinə, cümhuriyyətimizə dövlətimizin başçısı Möhtərəm Cənab Prezidentimiz tərəfindən yüksək dəyər verilərək 2018-ci il Cümhuriyyət ili elan edib. Belə bir məqamda Cümhuriyyət tarixindən və bu tarixi yazan insanlardan söz açmaq yerinə düşərdi.
Bugünkü ziya alovu, o dövrün qığılcımıdır
Cümhuriyyət dövrünün fəalları dedikdə hər kəs ilk olaraq o dövrün ziyalı kişilərini yada düşür. Lakin unutmamalıyıq ki, həmin dövrün kişiləri ilə bərabər ziyalı və ictimai həyatda aktiv qadınları da var idi. Hər hansı bir uğuru qazanmaq üçün, güclü iradəyə, inam və etibara malik olmalısan. Qadın öz intellektual səviyyəsinə, öz gücünə, öz ağlına, öz yaradıcılıq qabiliyyətinə inanmalı, özünə inamla yanaşmalıdır. Belə olduğu təqdirdə uğur sənin olur. Bu gün müasir dünyada yaşayırıq. Müasirlik dedikdə xanımlarımızın müasir təhsilə, elmi biliklərə, gözəl ixtisasa yiyələnməsində, cəmiyyətdə özünə layiqli və ləyaqətli yer tutması nəzərdə tutulur. Qadın gözəlliyin rəmzidir. Qadın güclü, ağıllı olduğunu düşündükcə daha böyük işlər görə bilər. Azərbaycan qadını, dünyanın ən qayğıkeş anası, mehriban müəllim, nəcib həkim, zərif dərzi, gözəl kulinar, həssas diplomat, sədaqətli həyat yoldaşı, fəal ictimai xadim, nəğməkar şair, istedadlı rəssam və ən əsası ağıllı qadındır. Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur. Bu gün müasir Azərbaycan qadını, öz yüksək əxlaqı, zəngin elmi, və güclü siyasəti ilə dünyanın diqqətini çəkib. Ölkəmizin birinci Vitse Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Xanım Əliyevanın Dünya arenasındakı yüksək nüfuzu da bunları deməyə imkan verir. Mehriban xanım Azərbaycanımızın dünyada tanıdılması və davamlı inkişafı naminə çox böyük işlər görüb və bu gün də həmin işləri daha geniş şəkildə həyata keçirtməkdə davam edir. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınının bilik və bacarıqlarını, yüksək mədəniyyətini təmsil edən sima olaraq öz işini layiqincə yerinə yetirir. Bu da onu deməyə əsas verir ki, qadın çox böyük gözəlliklər yaratmağa qadirdir. Qadın böyük qüvvədir! Həmçinin qadın dünyanın ən xeyirxah, ən nəcib varlığıdır. Bugünkü ziya alovu, o dövrün qığılcımıdırQadın anadır, qadın xeyirxahdır!

Qadınlarımızın xeyirxahlıq missiyası hələ qədim dövrlərə təsadüf edir. O, cümlədən Cümhuriyyət dövrünün ziyalı qadınları da bu ənənəni davam etdirərək təkmilləşdirmişdirlər. Beləliklə 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüsü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu, 1923-cü ildə “Şərq qadını” jurnalının nəşrə başlaması, Azərbaycan qadınlarının 1957, 1967 və 1972-ci illərdə keçirilmiş qurultayları da Azərbaycanda qadın hərəkatının inkişafında, onun daha mütəşəkkil forma almasında mühüm rol oynadı.
Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. Cumhuriyyət dövrünün ziyalı qadınları əsasən mədəni- maarifçi, sosial ictimai sahədə fəaliyyət göstərirdilər. Həm pedaqoji, həm də publisitik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar.
Azərbaycanda XIX əsrin ortalarından başlayaraq yüksəliş mərhələsinə qədəm qoyan maarifçilik hərəkatı nəticəsində ölkədə bir çox nüfuzlu cəmiyyətlər yarandı. Bununla da ölkənin müxtəlif şəhərlərində qadın cəmiyyətləri də yaranmağa başladı. Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi açılmışdır. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar. O dövrün aktiv gənc qadınlarının məqsədi qadınların mədəni səviyyəsini qaldırmaq, onlarda biliklərə həvəsi oyatmaq idi. Bu təşəbbüs müasir Azərbaycan qadınının inkişafına, elm-təhsil, mədəniyyət, maarifçilik sahəsindəki tərəqqisinə zəmin yaradan amil idi.
Cumhuriyyət fəallarından olan qadınlarımızdan biri də Rəhilə xanım Terequlovadır. Azərbaycanda milli ziyalı qadın təbəqəsinin yaranmasında, maarifçilik tariximizdə dünyəvi qadın təhsilinin inkişafında, Azərbaycan qadınının dünyəvi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin, habelə Rəhilə xanım Hacıbəyovanın müdir olduğu müsəlman qızlar üçün ilk ali-ibtidai məktəbin təhsil tariximizdə əhəmiyyətli rolu olmuşdur. XX əsrin əvvəllərində yaşayıb-yaratmış, maarifpərvər xadimi, publisist, yazıçı, xeyriyyəçi Şəfiqə xanım Əfəndizadə də məhz elə həmin aktiv qadınlardandır. Ş.Əfəndizadə dövrünün tanınmış ziyalıları ilə birlikdə xalqın maariflənməsində, azadlığa qovuşmasında mübarizə aparıb. Həm bir müəllim, həm də bir publisist kimi ölkəni ağır vəziyyətdən çıxarmaq üçün dövrün vətənpərvər ziyalılarına hər sahədə dəstək olub. Müəllimliklə, xeyriyyəçiliklə yanaşı, qələmi ilə də xalqının maariflənməsinə, tərəqqi etməsinə çalışıb. Bugünkü ziya alovu, o dövrün qığılcımıdır

Qadını, qızı ziyalı olmayan cəmiyyət tarix boyu kor və kölədir

Azərbaycan qadınlarının savadlanması istiqamətində babalarımız vaxtında düzgün addım atmışdırlar. Nəticəsi olaraq Nigar Şıxlinskaya ali təhsil alan ilk Azərbaycanlı qadın olmuşdur. Bununla yanaşı Sona xanım İbrahim qızı İlk Azərbaycanlı oftalmoloq qadın idi ki, göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri vəzifəsinə qədər yüksəldi. O, Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadın idi. Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor Xədicə Əlibəyovanın da xalqımızın maarifləndirilməsində xidmətləri olmuşdur. Qadınların mətbuata gəlişi mətbuat aləmində də uğurlara təkan vermiş, yeni canlanma yaratmışdır. Belə ki, 1911-ci ildə Azərbaycanda ilk qadın məcmuəsi olan “İşıq” jurnalı işıq üzü görür. Lakin, 1912-ci ildə “İşıq” jurnalı fəaliyyətini dayandırdıqdan sonra Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən biri kimi fəaliyyət göstərən Xədicə Əlibəyova Şəkiyə köçərək həkim-ginekoloq işləmişdir. 1920-ci ildən 1946-cı ilədək Şəkidə həkim – ginekoloq kimi fəaliyyət göstərən xanım Xədicə Əlibəyova burada, həmçinin, savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak etmiş, ömrünün sonuna yaxın Bakıya qayıtmışdır. 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Mədəniyyət sahəsindəki fəal qadınlarımızdan aktrisa Gövhər Qazıyeva, müğənni Şövkət Məmmədova, Azərbaycanlı kimyaçı alim İzzət Oruczadə, Azərbaycanın ilk milli kinoaktrisası, Akademik, texnika elmləri doktoru, Azərbaycan Əməkdar Elm və Texnika Xadimi kinorejissor Qəmər Salamzadənin Azərbaycan incəsənəti tarixində əvəzsiz əməyi vardır.
Dünya Aviasiya sahəsində xüsusi xidmətləri olmuş, Azərbaycanda, bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk təyyarəçi qadın Leyla Məmmədbəyova Azərbaycan qadınının cəsarət simvolu olmağı bacarmışdır.
Həmçinin tibb sahəsində, Adilə Şahtaxtinskaya, Azərbaycan sovet mama-ginekoloq, tibb elmləri doktoru, professor adını alan ilk Azərbaycanlı qadın olmuşdur.
İctimai-siyası həyatdakı aktivliyi ilə seçilən Ayna Sultanova Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, “Şərq qadını” jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri olmuşdur.
Adlarını qeyd etdiyim qadınlar bu gün Azərbaycan qadının uğurlarının, zəkasının, təhsilinin, mədəniyyətinin kökündə dayanan və ilklərə imza atan insanlardır. İlkə imza atmaq isə həmişə çətin və daha çox məsuliyyətli olmuşdur. İlk təhsil, ilk maarifçilik, ilk müəllimlik, alimlik, həkimlik, təyyarəçi, musiqiçi və digər istənilən sənətdə ilk olmaq çətindir. Onun üçün çətindir ki, ilk addımlar müxtəlif cür təpkilərlə, müxtəlif təzyiqlərə məruz qalır. Dövrünün bütün çətinliklərini və sınaqlarını adlayaraq ilkə imza atanlar tarixin yaddaşında da ilk olaraq qalır. Odur ki, ətrafdan, cəmiyyətdən ala biləcəkləri təpkiləri gözə alaraq xalqın, cəmiyyətin sağlam gələcəyini təmin etmək məqsədi ilə yola çıxmış Cümhuriyyət dövrünün zərif fədailəri bizim və gələcək nəsillərin xüsusi minnətdarlıqla xatırladığmız mənəvi sərvətimizdirlər.
Maraqlı məqam ondan ibarətdir ki, Cümhuriyyətin aktiv xanımlarının əksəriyyəti o dövrün tanınmış rəhbər maarifçilərinin həyat yoldaşları idilər.

Bugünkü ziya alovu, o dövrün qığılcımıdır

Bu da Azərbaycan kişisinin qadınına, azərbaycanlı ailənin bir birinə verdiyi dəyərin göstəricisi idi. Məsələn, Əlimərdan bəy Topşubaşovun xanımı Pəri xanım Topşubaşova və Nəsib bəy Yusifbəylinin xanımı Şəfiqə xanım Yusifbəyli gimnaziyada dərs deməklə yanaşı həm də maarifçilik istiqamətində qadın hüquqlarından bəhs edən yazılar da yazırdılar. Şəfiqə xanım və dövrün digər ziyalı qadını Sara xanım qurultayda başıaçıq çıxış edəndə az qala böyük İsmailiyyə binası alqışlardan titrəyirdi. Daha sonra Kazanda ümumrus müsəlmanlar qurultayı keçirildi. Orada da Şəfiqə xanım Əfəndizadə, Səlimə xanım Yaqubova iştirak edirdilər. Səlimə xanım hətta qurultayın idarə heyətinin üzvi də olub. Bu xanımların qurultayda aktiv fəaliyyətinin nəticəsi olaraq gündəliyə qadın məsələsi də salınır. Milyonçu Murtuza Muxtarovun xanımı Liza Muxtarova da çox mütərəqqi fikirli xanım olub. O, qadın azadlığı, qadın təhsili məsələləri naminə əlindən gələn fəaliyyəti həyata keçirməyə çalışıb.”
XIX əsrin sonu, XX əsrin əvvəllərində aktiv fəaliyyət göstərən və əsas maarifçi, ictimai tribuna olan mətbuat Cümhuriyyətə də dəyərli ziyalılar ötürmüşdü. Məsələn, o dövrün gənc ikən məhsuldar fəaliyyətdə olan xanımları Cümhuriyyət dönəmində yaşlansalar da yenə də öz missiyalarını həyata keçirirdilər. Həsən bəy Zərdabinin xanımı Hənifə xanım Məlikova və Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımı buna misal göstərə bilərik. Mətbuat tarixi üzrə araşdırmaçı Qərənfil Quliyeva bu nüansı xüsusi olaraq qeyd edir: “Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova yaşlansa da Cümhuriyyət dövründə maarifçi missiyasını həyata keçirə bilirdi. Xatırladaq ki, o Tiflis gimnaziyasını bitirən ilk müsəlman qadın idi. Həsən bəy də onun adını qəzetdə görərkən təəcüblənmişdi ki, bu qədər rus, erməni, gürcü, cuhud tələbələrinin arasında bir müsəlman xanım da var. Odur ki, özü şəxsən Tiflisə gedib onunla tanış olmuşdu. Mirzə Cəlilin xanımı Həmidə xanım da cumhuriyyət dövründə kənarda çəkilib dayanmadı. Düzdür, o, həmin vaxtda Bakıda deyil, Qarabağda olmasına baxmayaraq, orada da nəsə etməyə çalışırdı. Məsələn, elə Cumhuriyyət dövründə xalça sexi açdırıb qadınları işə cəlb edirdi. Həmçinin, 1918-ci ildə erməni-müsəlman davasından qaçqın düşüb Qarabağa sığınan azərbaycanlılara kömək etmək üçün rəhbərliyə Nəsib bəy Yusifbəyliyə müraciət etmişdi. Haşım bəy Vəzirovun qızı Sona Vəzirovanı da göstərə bilərik.
Ümumiyyətcə Cümhuriyyət dövründə təkcə mərkəzlərdə deyil, əyalətlərdə də aktiv ictimai xidmətləri olmuş qadınlarımız var idi. Məsələn İsmayıllı rayonunun Maçaxı kəndində əsasən bəylər yaşayırdılar ki bu bəylərin xanımları da yaxın ətraflarında xeyriyyəçilik işləri ilə məşğul olmuşdurlar. Doğrudur 1918-ci il Soyqırımını həyata keçirərkən erməni qəsbkarları Maçaxı və onun kimi yüzlərlə yaşayış məntəqəmizi darmadağın etmiş, xalqımızın maddi və mənəvi sərvətlərini tükəndirməyə can atmışdırlar. 1918-ci il Bolşeviklərin və erməni vandallarının Maçaxını yerlə-yeksan etməsi nəticəsində Maçaxı Bəyləri və onların xeyriyyəçi xanımlarının, ümumiyyətcə onların fəaliyyətləri barəsində dəlillər tapmaq olduqca çətindir. Cumhuriyyət fədailəri heç zaman unudulan deyil. Bu gün hər bir ziyalı Azərbaycan qadını, bizə böyük bir məktəb, ədəb və təhsil məktəbini miras qoymuş Cümhuriyyət dövrünün ziyalılarını, xüsusən də ziyalılığımızın əsasını qoymuş qadınlarımızı unutmamışdır. Bu gün bir gənc Azərbaycanlı xanım olaraq sələflərimiz olan Cümhuriyyət dövrünün ziyalı qadınlarının ruhuna dualar oxuyur, və hər birinə gözünüz aydın olsun deyirəm. Bu günkü müstəqil və inkişaf etmiş Azərbaycanımız məhz sizin xəyalını qurduğunuz, arzusunda olduğunuz Azad və Müstəqil Azərbaycandır. Yaşasın Azad Azərbaycanımız! Nə qədər ki, Azərbaycanımız İnkişaf edəcəkdir, bir o qədər Cümhuriyyət dövrü qurucularının ruhu şad olacaqdır! Azərbaycan tarixinin şanlı səhifəsi olan Cümhuriyyət dövrü xalqın yaddaşından silinməyəcək, böyük izlər buraxmış tarixi dönəmdir! Bu tarixi xalqımıza yadlaşdırmaq və xalqın yaddaşından silmək üçün 100 ildə minlərcə ağır cinayətlər, fəlakətlər törədildi. Lakin xalqımızın Azadlıq və İstiqlaliyyət əzmini qıra bilmədilər. Azərbaycanımız öz müstəqilliyini əldə etdiyi vaxtlardan etibarən, Xalqımızın Ümummilli lideri, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xalqımızda böyük güvən yarandı. Əzəli və əbədi Azərbaycan xalqı yenə özünə qayıdır, öz tarixinin şanlı səhifələrini qürurla qeyd edir! 100 yaşın mübarək Azərbaycan!
Elnarə Günəş
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz