Faydalı əməklə məşğulluq rahat yaşayışın təminatıdır

Aprel ayının 17-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun Mollaisaqlı kənd sakinləri ilə görüş-qəbul keçirib.Faydalı əməklə məşğulluq rahat yaşayışın təminatıdır
Faydalı əməklə məşğulluq rahat yaşayışın təminatıdır RİH başçısı nitqinə aprel ayının 11-də keçirilən Prezident seçkilərində kənd sakinlərininin fəal iştiraklnı yüsək dəyərləndirməklə başlayıb. Bildirib ki, qədirbilən insanlar sırasında mollaisaqlılar dövlətə və dövlətçiliyə sədaqətli olduqlarını bu dəfə də yetərincə nümayiş etdiriblər.
Kəndin sosial qayğılarından xəbərdar olduğunu bildirən başçı problemlərin həlli istiqamətində mühüm işlər aparıldığından danışıb.
Azərbaycanda insan faktorunun öndə olduğunu qeyd edən RİH başçısı hər bir ailənin xoşbəxt sabahı üçün görülən və görüləcək işlərdən söz açıb, yaxşı yaşamaq üçün faydalı əməklə məşğulluğun başlıca şərt olduğunu vurğulayıb, gəncləri bu məsələdə daha fəal olmağa dəvət edib.
Г‡ıxışlarda sakinlər narahatlıq doğuran çatışmazlıqları dilə gətiriblər. Xahiş və təkliflər qeydiyyata alınıb. M.Sadıqov daxili ilkanlar çərçivəsində həlli mümkün məsələlərlə bağlı yerindəcə müvafiq tapşırıqlar verib. Digər xahişlərin əlaqədədar təşkilaylar çatdırılacağını söyləyib.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıq ifadə ediblər.
Ş.Soltanov

Şərh Yaz