Dayanıqlı inkişafın İsmayıllı modeli

Azərbaycan əldə etdiyi nailiyyətlərə görə Cənubi Qafqazın lider dövləti hesab olunur. Bu məlumatlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, eləcə də jurnallarda təqdir olunur, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.Dayanıqlı inkişafın İsmayıllı modeli
Respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq kampaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu da təsadüfi deyil. Г‡ünki ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görədir ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Bu baxımdan İsmayıllı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir. Son illər abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Prezident İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirib, onun müstəqil siyasət yeritməsini təmin edib. Məhz bu düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın ən qabaqcıl ölkələri sırasında yer alıb. Ölkəmiz mötəbər idman tədbirlərinə ev sahibliyi edən dünyanın tanınmış ölkələrindən biridir. Belə böyük və əhəmiyyətli tədbirlər Azərbaycana gələn turistlərin sayını xeyli dərəcə artırmışdır. Bu da ölkəmizdə turizm sektorunun inkişafına xidmət edir. Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqətdə saxlayır. Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan məqsədlərin kifayət qədər geniş və əhatəli olmasına imkan yaradıb. Son dövrlərdə bu istiqamətdə müsbət dinamika güclənib.
Dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün indi müxtəlif istiqamətlərdə fəal işlər görülür. Bu işdə Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Azərbaycanın I Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında son illərdə ölkəmizdə və xaricdə çoxlu tədbirlər keçirilir, Azərbaycanın turizm potensialının tanıdılması və təbliği ilə bağlı bir sıra layihələr icra olunur. Turizmin inkişafı da Azərbaycançılığın təbliğatından və ölkəmizə gələn turistlərin qarşılanmasında tam asılı olan məqamdır. Ölkəyə gələn qonaqları yaxşı qarşılamaq üçün müasir tələblərə cavab verən otellər və istirahət mərkəzləri tikib istifadəyə verilir. Azərbaycana gələn xarici qonaqlarla yanaşı yerli vətəndaşların istirahəti üçün də həmin otellərə ehtiyac vardır. Bu məqsədlə Təkcə paytaxtda deyil regionlarda da bu sahənin inkişafına xüsusi diqqət yetirilir. İsmayıllının inkişafında Rayon İcra hakimiyyəti başçısı Mirdaməd Sadıqovun xüsusi xidmətləri vardır. Rayonumuzdakı inkişafa dəyərli tövhə vermək üçün, aparılan abadlıq və quruculuq işlərinin davamı olaraq “İsmayıllı” otelinin tikintisinə başlanmışdır. Dövlətimizin davamlı iqtisadi və digər sahələrdəki inkişafı hər bir region kimi İsmayıllı rayonuna da öz müsbət təsirlərini göstərmişdir. Azərbaycanda, xüsusən də regionlarda müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Son illərdə ölkənin sosial-iqtisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı “İsmayıllı” otelinin təsis olunmasını şərtləndirmiş və buna təkan vermişdir. İsmayıllı otelinin tikintisinə 2016-cı ildə başlanılıb. Otel Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “İsmayıllı” oteli təkcə İsmayıllı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan İsmayıllıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açır.
İnşası davam etdirilən oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlərin göstərilməsi nəzərdə tutulur. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə edilməsi nəzərdə tutulub.
Oteldə yüksək hazırlıq kursu keçmiş heyətin xidmət göstərməsini və onların əksəriyyətini yerli kadrlar təşkil etməsi əsas məqsəddir ki, bu da istirahət edən qonaqların xidmətdən məmnun olmasına istiqamətlənmişdir. Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan konfrans zalı, 50 qədər yüksək səviyyəli xidməti otaqlar, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərəcəkdir. Oteldə müxtəlif kateqoriyadan olan nömrələrin ən müasir tələblər səviyyəsində tərtib edilməsi və yüksək dizaynı ilə fərqlənməsi plana daxildir.
Azyaşlı qonaqların da istirahətinin təşkili üçün lazımı şərait yaradılacaqdır. Burada müxtəlif əyləncə və idman sahələri təşkil olunacaq, qonaqların vaxtlarını səmərəli keçirmələri üçün bilyard və boulinq zalları təsis ediləcək, təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənəcəkdir.
Qonaqların sağlam istirahətini təmin etmək məqsədi ilə oteldə idman və sağlamlıq mərkəzi trenajorlar, müasir idman avadanlıqları və hovuzlar quraşdırılacaqdır. Həmçinin otelin arxa hissəsində qonaqların əlavə istirahəti üçün yardımçı binanın tikilməsinə başlanmışdır.
Hal-hazırda otelin özəl hissələri tikilib, arakəsmə və hörgü işləri aparılıb, suvaq çəkmə işləri, həmçinin dam örtüyünün çəkilməsi ilə bağlı işlər tamamlanmışdır, binanın fasad örtüyü çəkilib, yekunlaşmaqdadır. “İsmayıllı” otel kompleksində 50 nəfər üçün iş yeri nəzərdə tutulur. Kompleksin ərazisi tam abadlaşdırılacaqdır, yaşıllıq sahəsi salınacaqdır. Otel xidmətindən istifadə edənlər həm də burada inşa edilən parkovka meydançasından da, rahatlıqla istifadə edəcəklər. Otel üçün zəruri avadanlıqlar sifariş verilib və yaxın zamanlarda hazırlanması gözlənilir. İnşallah otelin ən qısa zaman kəsiyində son tamamlanma işləri aparılaraq qonaqların və rayon sakinlərinin istifadəsinə veriləcəkdir. Bu kimi quruculuq və abadlıq işlərinin vaxtaşırı həyata keçirilməsini, günü-gündən çiçəklənən Azərbaycanımızın dayanıqlı inkişafının İsmayıllı modeli də adlandırmaq olar. Yaşasın və hər zaman yüksəlsin qüdrətli Azərbaycan!
Elnarə Qasımova

Şərh Yaz