Ailənin sevinci

Sevinc Əliyevanın müəllifliyi ilə “Ömrün ən əziz illəri” adlı kitab işıq üzü görüb.
Respublikanın istedadlı gənclərindən, onların qazandıqları uğurlardan bəhs edən bu kitabda həmyerlilərimiz, ümidverici idmançı Hüsniyyə Sadıqzadə və qardaşı Hüseyn Sadıqov barəsində sevindirici məlumatlara da yer ayrılıb.
Ailənin sevinci
Hüsniyyə İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin IV sinfində, Hüseyn isə həmin məktəbin VI sinfində oxuyur. Kitabda balaca qəhrəmanlarımızın böyük uğurları ilə yanaşı təhsillərini də müvəffəqiyyətlə davam etdirməsi kimi faktlar yer alıb.
Qeyd olunduğu kimi, Hüsniyyə Sadıqzadə İsmayıllı Olimpiya-İdman Kompleksində karate idman növü ilə vaxtaşırı məşğul olur və davamlı uğurlar qazanır. Bu istedadlı qız haqqında məşqçi-müəllim Bayram Qəhrəmanovun, Dünya çempionu Asif Məlikovon, təhsil aldığı məktəbin direktoru Ramil Dadaşovun və digərlərinin fikirləri də əksini tapıb. Hüsniyyə kontakt karate üzrə Respublika çempionatının, Budo döyüş növü üzrə dünya Kubokunun qalibidir.
Kitabda Hüseyn Sadıqzadə haqqında fənn müəllimi Aygün Qurbanova, musiqi müəllimi Tofiq Babazadə, Teymur Manafov, Uşaq-Gənclər Mərkəzinin dərnək rəhbəri Xalıq Xalıqovun dəyərli fikirləri yer alıb. Bildirilib ki, Hüsniyyə və Hüseyn barəsində rayonumuzun yerli mətbu orqanı olan “İsmayıllı xəbərləri” qəzetində, digər mətbuat orqanlarında da vaxtaşırı xəbər və məqalələr dərc olunur. Bu sevindirici xəbərlər balaca qəhrəmanlarımızı, onların sinif yoldaşlarını sevindirir, yeni uğurlara səsləyir.
Kitabda bir məqam xüsusilə qeyd olunub. Seçilən bu iki şagirdin babaları Cavanşir kişi müntəzəm olaraq məktəblə əlaqə saxlayır, nəvələrinin təlim-tərbiyəsi ilə maraqlanır. Cavanşir kişi bu cəhətdən həmişə valideynlərə nümunə göstərilir.
Elnarə Qasımova

Şərh Yaz