Tariximiz təbliğ edilir

Tariximiz təbliğ edilir
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır.31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmiş, on minlərlə azərbaycanlı qətlə yetirilmiş, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirilmişdir. 31 mart soyqırımı İsmayıllılardan da yan keçməmişdir. Erməni qəsbkarları, rayonumuzun Tircan, Mücü, Pirəbilqasım, Qıçatan, Bizlan, Zeyvə, İsmayıllı kəndi, Kürdmaşı, Mican, Zərnava, Sulut, Talıstan, Xankəndi, Diyallı, Qəzli, Sərdahar, Tağlabiyan, Kürdüvan, Şəbiyan, Maçaxı, Hacıhətəmli, Kəlfərəc kəndlərində ümumilikdə 1597 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir.

31 mart soyqırımına ilk dəfə Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin sayəsində hüquqi qiymət verilmişdir. Ulu öndərin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib.

Ulu öndərimiz Heydər Əliyev hər zaman Azərbaycan tarixinə böyük dəyər vermiş və uzaqgörən siyasəti sayəsində tarixi hadisələrə zəruri, hüquqi qiymət verilmişdir. Ulu Öndər qeyd etmişdir: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

Р¦mummilli liderin ideyalarına sadiq qalmaqla bu dəyərli fikirlərini əsas götürən İsmayıllı Rayon Qeydiyyat Şöbəsi milli faciəmiz və bəşər tarixinin qanlı səhifələrindən biri olan 31 mart soyqırımının 100-cü ildönümünün qeyd olunması ilə bağlı ölkə başçısının 2018-ci il 18 yanvar tarixli sərəncamından irəli gələn işləri lazımı şəkildə icra etməyə çalışır.

1918-ci ildə erməni millətçilərinin törətdikləri qanlı faciənin unudulmamağı üçün digər idarə və təşkilatlarda olduğu kimi İsmayıllı Rayon Qeydiyyatı Şöbəsində də maarifləndirmə istiqamətində mütəmadi işlər görülür, nikaha daxil olan gənclərə keçmiş tariximiz çatdırılır.

Nikaha daxil olan gənclərə erməni faşistlərinin törətdiyi cinayətlər barədə məlumatlar verilir. Soyqırımı həqiqətlərinin çatdırılması, yaddaşlara köçürülməsi məqsədi ilə müvafiq maarifləndirici tədbirlər həyata keçirilir. Cinayət qurbanlarını yad etmək üçün İsmayıllı rayonunda ucaldılan “Ana harayı” abidəsinin ziyarət olunmasının zəruriliyi vurğulanır. Hər il tariximizin ağrılı-acılı günlərində rayon rəhbərliyi və sakinlər bu məkanı ziyarət etməyə gedir və müqəddəs abidə qarşısında şanlı tariximizə olan ehtiramı ifadə edilər. Gənc ailələrin də nikaha daxil olduqları zamanda tarixi abidələrimizi ziyarət etməsi, abidələrimizə, tariximizə ehtiram nümayiş etdirilir. Bununla yanaşı, İsmayıllı Rayon Qeydiyyat Şöbəsi mövzu ilə əlaqədar sosial şəbəkələrdə geniş təbliğat işi aparır. Məqsəd azərbaycanlılara qarşı törədilmiş soyqırımları barədə ailə qurmağa hazırlaşan gənclərə ətraflı məlumat vermək, eləcə də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Xalqımızın qan yaddaşını yaşatmaq və gələcək nəsillərə çatdırmaq vəzifəsindən asılı olmayaraq hər birimizin vətəndaşlıq borcumuzdur.

Tariximiz təbliğ edilir
Tariximiz təbliğ edilir

Namil Cəbiyev,
İsmayıllı rayon qeydiyyat şöbəsinin rəisi

Şərh Yaz