Yaddas kitabcasi

Şəhərlər qardaşlaşıb

Şəhərlər qardaşlaşıbİsmayıllı rayonunun beynəlxalq əlaqələri genişlənir. Yaponiya, Fransa, Belarus və Latviyadan sonra daha bir ölkə ilə – İsrail dövləti ilə İsmayıllının qardaşlıq və dostluq əlaqələri yaranıb.
5 mart 2018-ci il tarixdə İsrailin Kiryat Bialik şəhərinin nümayəndə heyəti İsmayıllıya gəlib. Nümayəndə heyətinə həmin şəhərin meri Eli Dukorski rəhbərlik edib. Qonaqların İsmayıllıya səfərinin əsas məqsədi şəhər və rayonla, milli mənəvi dəyərlərlə, tarixi yerlərlə, yəhudilərin tarixən yaşadığı Mücühəftaran kəndi ilə tanışlıq, sonra isə qardaşlaşmış şəhərlərin əməkdaşlığı haqqında saziş imzalamaq olub.
Kiryat Bialik şəhərinin nümayəndə heyəti səfər müddətində İsmayıllı şəhəri, Lahıc qəsəbəsi, İvanovka və Mücühəftaran kəndləri ilə tanış olub, şəhərdəki tarix diyarşünaslıq muzeyinə, Yapon bağına, özəl xalça emalatxanasına, Velosiped istehsalı zavoduna gedib, “Od çərşənbəsi” bayramında iştirak ediblər.
Şəhərlər qardaşlaşıb
Şəhərlər qardaşlaşıb
Şəhərlər qardaşlaşıb7 mart 2018-ci il tarixdə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
Rayon İcra Hakimiyyətinin konfrans zalında qardaş şəhərlərin əməkdaşlığı haqqında saziş imzalanması mərasimi keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları salamlayaraq, rayonun tolerantlığı, tarixi, milli tərkibi, sürətli inkişafı, xüsusilə kənd təsərrüfatı sahəsində qazanılan uğurlarından danışıb. Şəhərlərin qardaşlaşmasının böyük əhəmiyyəti olduğunu qeyd edib.
İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfiri Dan Stiv səmimi qəbul üçün təşəkkürünü bildirib, İsraillə Azərbaycanın strateji əməkdaşlığından danışıb və yeni qardaşlaşmanın əhəmiyyətli olacağını qeyd edib.
Kiryat Bialik şəhərinin meri, nümayəndə heyətinin rəhbəri Eli Dukorski qonaqpərvərliyə, səmimi münasibətlərə görə təşəkkürünü bildirib və qeyd edib ki, şəhərlər arasında əməkdaşlıq sazişinin imzalanması hər iki şəhərin sakinlərinin xeyrinə olacaq, mədəniyyətlərin qovuşmasına şərait yaradacaq. Г‡ox yaxşı haldır ki, bir qrup sabiq İsmayıllı rayon sakini indi bizim şəhərin sakinidir. Şəhərimiz hamının üzünə açıqdır. Bundan sonra əlaqələrimiz daha səmərəli və intensiv olacaqdır.
Daha sonra Kiryat Bialik və İsmayıllı şəhərləri arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi RİH-nin başçısı Mirdaməd Sadıqov və Kiryat Bialik şəhərinin meri Eli Dukorski imzalayıblar.
Valeh Salehov,
dövlət qulluğu veteranı

Şərh Yaz