Ulu öndərin dəyərli yadigarını qoruyacağıq

Ulu öndərin dəyərli yadigarını qoruyacağıq                      Azərbaycan xalqı zaman-zaman xarici təpgilər nəticəsində azadlığını, müstəqilliyini itirmək məcburiyyətində qalsa da həmişə bir gün öz müstəqilliyini qazanacağına inanmış, böyük ümidlər bəsləmişdir. Bu inamla da tarixin ən çətin məqamlarında, ən çətin sınaqlardan belə məğrur çıxmağı bacarmışdır. Xalqımızın çətin məqamlarında onun yanında olan, xalqın haqq səsinə hay verməyi bacaran ümummilli lideri, ulu öndər Heydər Əliyev xalqın xilaskarı olaraq hakimiyyətə gəldi və Azərbaycanımızı xilas etdi. Ulu öndərin düşünülmüş siyasi iradəsi sayəsində Azərbaycan öz əbədi müstəqilliyinə və istiqlaliyyətinə qovuşdu. Ulu öndərin müdrik siyasəti bu gün də mükəmməl şəkildə davam etdirilir. Müstəqil Azərbaycan Heydər Əliyevin bizə əmanətidir. Və məhz elə onun üçün Azərbaycan xalqı bu müqəddəs torpaqlarımızın, bizə verilmiş ən dəyərli əmanətimizin qorunması, günü-gündən inkişaf etdirilməsi üçün birgə səy göstərməlidir. Azərbaycan dünyanın ən zəngin maddi və mənəvi sərvətlərinə malik qədim diyarıdır. Xalqımız dünyanın ən xoşbəxt xalqıdır ki, Azərbaycan xalqının Heydər Əliyev kimi dahi lideri vardır.
Müstəqil dövlətimiz tarixinin ən şərəfli dövrünü yaşayır. Cənab prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi Azərbaycanın müstəqillik tarixinin əsl intibah, inkişaf mərhələsi oldu. Bu gün bütün dünya Azərbaycanın qüdrətinə və siyasi nüfuzuna xüsusi hörmətlə yanaşır. Azərbaycan düşünülmüş daxili və xarici, sosial-iqtisadi inkişafı və mədəni əlaqələrinin genişlənməsi baxımından regionun lider dövlətinə çevrilib. Ulu öndər də İlham Əliyevə və Azərbaycanın firavan gələcəyinə böyük ümidlər bəsləyərək deyirdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” Təbidir ki, gözlənildiyi kimi də oldu. Cənab prezident və ölkənin birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Ulu öndərin siyasi kursunu uğurla həyata keçirərək ölkənin sosial-iqtisadi və mədəni həyatının davamlı inkişaf strategiyasının formalaşdırılmasına nail oldular. Azərbaycan bütün sahələrdə dinamik inkişafa nail oldu. Hər bir uğurun başlanğıcında ağır zəhmət və xüsusi dəyərlər dayanır. O dəyərlər ki, Mehriban xanım Əliyeva çıxışlarının birində vurğulamışdır: “Mən Azərbaycanın ən dəyərli sərvətinə – Azərbaycan xalqına inanıram!” Məncə dünyanın heç bir yerində, dünyanın heç bir xalqına bu qədər böyük inam və hörmətlə yanaşılmayıb. Azərbaycanın dövlət başçısı və onun xanımı Azərbaycan xalqına böyük hörmətlə yanaşmağı bacaran siyasi xadimlərdir. Səmimiyyətin də qarşılıqlı olduğunu hər birimiz yaxşı bilirik. Bu hörmət bu səmimiyyət xalqın Prezidentə olan sayğı və sevgisindən, dərin ehtiramından qaynaqlanan ülvi hisslərdir.
Qarşıdan 11 aprel şanlı tariximizin gözəl səhifələri gəlir. Xalq öz seçimində dəqiqdir. Hər kəs, xüsusən də ziyalılarımız seçiminin Möhtərəm prezidentimiz İlham Əliyev olduğunu bildirərək 11 aprel prezident seçkilərini səbirsizliklə gözlədiklərini bəyan edir.
İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Respublikanın Əməkdar müəllimi, Şəfaqət Rəsulov Cənab prezidentlə şəxsən dialoqda olduğu andan qürurverici məqamları dərin ehtiramla xatırlayır: – Cənab prezident olduqca səmimi və təvazökar insandır. Onunla qurduğum bir neçə dəqiqəlik, olduqca səmimi və qürurverici dialoqu həyatımın ən gözəl məqamlarından biri kimi xatırlayıram. Mən Cənab prezidentin özünə də dedim: ”Biz Sizi Ulu öndər Heydər Əliyevin Əziz yadigarı olaraq qoruyacağıq!” Bu, bizim vətəndaşlıq borcumuzdur. Xalqın xidmətində olan, hər bir vətəndaşın prezidenti olmağı bacaran Siyasi lideri göz-bəbəyi kimi qorumaq lazımdır. Bütün sahələrdə olduğu kimi, milli təhsil quruculuğu və siyasəti də məhz Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dönməz xarakter alıb, Azərbaycan təhsili dünya təhsil sisteminə uğurla inteqrasiya etdi. Ölkəmizdə təhsilin inkişafı ilə bağlı bir çox dövlət proqramları qəbul edilib, onların icrası nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlib, müasir idarəetmə modellərinin tətbiqi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, təhsil sisteminin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı və digər sahələrdə bütün növ zəruri addımlar atılmaqdadır. Cənab prezident Ulu öndər ənənələrinə sadiq qalaraq hər zaman təhsilə xüsusi önəm verir. Bariz nümunədir ki, 2013-cü ildə prezident seçkilərindən dərhal sonra XXI əsrdə təhsilin inkişafının “Yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı imzaladı. Hazırda həmin Strategiyada müəyyənləşdirilən hədəf və istiqamətlər üzrə islahatlar dövlət başçısının rəhbərliyi və qayğısı ilə uğurla davam etdirilir. Həmçinin “qara qızılı insan kapitalına çevirmək” siyasəti nəticəsində ölkəmizdə insan kapitalının inkişafı sahəsində böyük uğur qazanılıb. Azərbaycanın intellektual potensialının zənginləşməsində, rəqabətə davamlı kadrların formalaşmasında bu addım müstəsna tarixi əhəmiyyətə malikdir. Dövlət başçısının böyük diqqət və qayğısı ilə həyata keçirilən bütün bu tədbirlər ümumi təhsildə keyfiyyətin yüksəlməsinə öz töhfəsini verir, xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bunu nəticəsidir ki, Prezidentimiz bu illər ərzində hər bir vətəndaşın prezidenti olmağı bacarmış və yenilməz Xalq-Prezident birliyi formalaşmışdır. Dövlət başçısının siyasətinin yekdilliklə dəstəklənməsi müəllimlərimizin prinsipial mövqeyidir və həmişə də belə olacaq. Mən İsmayıllı rayonunun müəllimləri adından prezidentimizə dəstəyimizi bildirirəm. Biz hər birimiz İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyirik. Bu dövlətimizin sağlam gələcəyi, xalqımızın rifahı üçün ən vacib məqamdır. İnsanların sosial rifahının artması, iqtisadiyyatın həcminin bir neçə dəfə artması məhz İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bütün bunlar da bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib. Xoşbəxt və firavan gələcəyimiz üçün biz müəllimlər də həmişəki kimi qarşıdan gələn prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəyik, milli təhsilimizin aydın sabahına, müstəqilliyimizin qarantına bir daha əmin olacağıq!
Elnarə Günəş,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz