1918-2018 – yüz il: Yalanlar və həqiqətlər

1918-2018 - yüz il: Yalanlar və həqiqətlər Üçüncü yazı

( İkinci yazı 28 vevral tarixli sayımızda)

“Hekayə” haqqında doğru qeyd edirdi ki, Morqentau öz qərəzli kitabını ona görə yazmışdı ki, “Anti alman, antitürk təbliğat işini yaymağla, ABŞ-ın müharibəyə cəlb olunmasına dəstək qazanılsın və ABŞ hökümətinin müharibə siyasəti əsaslandırılsın. “Morqentay özü etiraf edir ki, onun hekayəsi müharibə təbliğatı niyyəti daşıyırdı. Morqentaunun erməni katibi Haqop Andoyan hekayənin tamamlanmasında önəmli rol oynayırdı. O, Morqenataunun Birləşmiş ştatlara qayıtmasında onu müşayət etmişdir və kitab tamamlanana qədər onunla yaşamışdır. Arşaq Şmavanyan kitab üçün Morqentaunu giriş məlumatları ilə təmin edib. Morqentau özü də yalanına valeh olaraq yazır ki, Tələt paşa çəkinmədən ona ermənilərin kökünü kəsməyi planlaşdırdığını deyib. Guya Morqentau yeganə adam imiş ki, yorulmadan “amansız Tələtlə ənvəri” ermənilərin məhv edilməsi kimi dəhşətli plandan çəkindirməyə çalışmışdır. Osmanlı imperiyasının Daxili İşlər Naziri Tələt paşa elə ağılsız deyildi ki, dövlətin çox gizli planını (əgər belə plan mövcud olubsa) Amerika səfirinə açsın, üstəlik Amerikanın erməniləri hər zaman dəstəkləyən bir dövlət olduğunu bilə-bilə. Bununla əlaqədar olaraq, Amerikalı professor Castin Makkarti yazır:
“Kimsə Osmanlı imperiyasının Daxili İşlər nazirinin həqiqətən də belə bir şey etdiyinə inanırmı? Nazir bilirdi ki, Amerika həmişə erməniləri dəstəkləyib və həmişə də belə edib. Əgər o, ürəyini boşaltmaq üçün bir adama ehtiyac duysa idi, o zaman onun söhbət edəcəyi son adam kim olardı? Amerika səfiri olardı? Hələ, o, bütün bunları kimə deyərdi? Amerika Səfirinə! Tələt paşa təcrübəli siyasətçi idi. Bütün siyasətçilər kimi, şübhəsiz, o da müəyyən qaydaları pozmuş və səhvlər etmişdir. Ancaq heç bir kəs heç vaxt inanmaz ki, Tələt paşa belə ağılsız iş tuta bilər”.
Dəyərli professor haqlı olaraq Morqentaudan soruşur ki, nəyə görə o bunu dərhal ABŞ dövlət Departamentinə bildirmədi. Makkartinin öz sualına cavabı belədir ki, Morqentau Dövlət Departamentinin buna inanmayacağını bilirdi. Ceyms Makkarti gerçəklikləri, erməni yalanlarını ortaya qoyduğu üçün onun həyatını ermənilər təhlükə qarşısında qoyurlar. Odur ki, hörmətli professor FTB-dən qorunma istəmişdi.
“Səfir Morqentaunun hekayəsi” 1915-ci ildə, demək olar ki, bir il Türkiyədə olan Associated Press xəbər agentliyinin müxbiri Corc Srener tərəfindən tamamilə ifşa edilmişdir. 1918-ci ilin 11 dekabrında o, Morqentauya ünvanlanan məktubunda yazır: Mən sizin yer kürəsində türkləri və almanları çox pis qələmə verməyinizi alqışlaya bilmərəm… Sizin heç ağlınıza gəlməyib ki, bütün hökumətlər baş qaldıran qiyamçılarla mübarizə üçün haqqa sahibdirlər?”
Dünyanın gözünə kül üfürməkdə olan ermənilər hər il aprelin 24-nü “erməni soyqırımının ildönümü” kimi qeyd edirlər. Əslində isə 24 aprel 1915-ci il tarixində Osmanlı hökuməti erməni terror təşkilatlarını bağlamış və onların liderlərini həbs etmişdir.
Ermənilərə görə, türklərin köçürmə planı nəticəsində qırılan ermənilərin sayı ən azı 1,5 milyon olmuşdur. Qərbin demoqrafiya ilə məşğul olan tədqiqatçıları belə etiraf etmişlər ki, 1913-cü ildə Osmanlı imperiyasının hüdudlarında yaşayan ermənilərin sayı 1,3-1,5 milyon civarında olmuşdur. Əgər köçürmə nəticəsində 1,5 milyon erməni qırılmışsa, onda Osmanlı imperiyasının ərazisində bir nəfər də erməni qalmalı deyildi. Osmanlı arxivlərində mövzuyla bağlı mövcud sənədləri araşdırarkən aşkar edilmişdir ki, yeni yaşayış yerlərində məskunlaşdırılmaları üçün evlərindən çıxarılan ermənilərin ümumi sayı 438758 nəfər olmuşdur. Bunlardan 56610 nəfər çıxmaqla yerdə qalan 382148 nəfəri (yəni 87 faizi) yeni məskənlərinə yaxşı vəziyyətdə yetişmişlər.
1918-2018 - yüz il: Yalanlar və həqiqətlər Onda istər-istəməz oxucuda belə bir sual yaranır: şişirdilmiş rəqəmlər hardandır? Müqayisə üçün bir neçə örnək göstərmək istərdim. XX əsrin 50-ci illərində Leninqrad universitetinin nəşr etdiyi “Xarici Asiya və Afrika ölkələrinin yeni tarixi” adlı dərs vəsaitində Türkiyə haqqında qeyd edilib: “Ermənilərin təqib edilməsi siyasəti ölkəyə çox böyük zərər vurdu. Təxminən 600 min erməni qırıldı, 1 milyon 200 min erməni Suriya və Mesopotamiyaya sürgün edildi. Azərbaycan Sovet Ensiklopediyasının IV cildində oxuyuruq: “Birinci dünya müharibəsi (1914-1918) zamanı Osmanlı hökuməti yerli hakimiyyət orqanlarına ermənilərin kütləvi şəkildə qırılması (genosid) haqqında göstəriş vermişdi: 1915-1956-cı illərdə 1,5 milyondan artıq erməni məhv edildi, 600 mindən çox erməni Mesopotamiya səhralarına qovuldu, 300 min erməni Rusiyada sığınacaq tapdı”.
Müharibədən dərhal sonra ermənilər iddia edirdilər ki, 600 min nəfər qətlə yetirilib. Daha sonra bu rəqəm 800 minə qalxdı və sonra V.N.Dadrian deyir: “Osmanlının sənədləri və imperiyanın müharibə dövründəki müttəfiqləri olan Almaniya və Avstriya–“Macarıstanın arxivlərindən götürülmüş sənədlər onu göstərir ki, Osmanlı ermənilərinin məqsədli şəkildə törədilmiş məhvi “gənc türklər” tərəfindən təşkil edilmişdir. Müharibədən əvvəl 1,8 milyon olan erməni əhalisinin 1,2 milyondan çoxu məhv edilmişdi”.
M.Ə.Şeyx bu rəqəm oyunu ilə bağlı yazır: “ermənilər tərəfindən qəsdən uydurulmuş bu rəqəm daha sonra şişirdilərək 1,5 milyona qaldırıldı. Britaniya ensiklopediyasının 1918-ci il nəşrində qırılan ermənilərin sayı 600 min göstərilirdisə, bu rəqəm həmin eksiklopediyanın 1968-ci il nəşrində 1.5 milyona qalxdı”.
Yuxarıda qeyd edilənlər erməni xislətini açmaqda az da olsa müəyyən aydınlıq gətirə bilər. Mən 1918-ci il hadisələri ilə əlaqədar bəzi məsələlərə toxunmaq istərdim. Belə ki, Qafqaz İslam Ordusu 1918-ci ilin iyun ayının ortalarında Göyçay-Qaraməryəm istiqamətində taleyüklü döyüşə başlayır. Göyçay Şaumyan və onun ətrafına toplanmış quldur dəstələri üçün Gəncəyə, yenicə yaranmış AXC hökümətini boğmaq üçün təşkil olunmuş yürüşdə həlledici rol oynayırdı. Qafqa İslam Ordusu üçün Bakının azad olunması yolunda Göyçay dönüş nöqtəsi idi. Təkcə onu demək kifayətdir ki, Göyçay-Qaraməryəm arasındakı döyüşlərdə Qafqaz İslam Ordusu 256 nəfər şəhid vermişdir. Belə şəraitdə Şaumyan əlaltılarından biri, başkəsən Əmiryanı Muğam-İsmayıllı istiqamətinə yönəldir, həmin plana əsasən yolun üstündəki müsəlman kəndlərini yandırıb-yaxdıqdan sonra Göyçaya arxadan zərbə vurulmalı idi. Təkcə Bizlan- Tircan arasındakı kəndlərdən -12 kənddən 1029 nəfər soydaşımızı qətlə yetirmişdir. Mən bu barədə əvvəllər mətbuatda çıxış etdiyimə görə təfsilata varmıram. Tircandan sonra Göyçay çayının sahilində yerləşən erməni Bozəvənd kəndinə yerləşir. İxtiyarında 1000 nəfər təpədən-dırnağa silahlanmış cəllad, 2 top, 2 pulemyot. Sözsüz ki, bu cəllad yolun üstündəki digər türk-müsəlman kəndlərində əlinə keçənə rəhm etməyib. Bu yolda Diyallı, Talıstan, İsmayıllı, Mican, Quşencə, Qalınçaq, Hacıhətəmli və s. kəndlər yerləşir. Hacıhətəmli kəndini ermənilər viran ediblər, 5 nəfər həmkəndlimiz qətlə yetirilib. Kəndin məscidi yandırılıb. Əmiryan gecə ikən qəflətən Göyçaya hücüm edir. Lakin, Qafqaz İslam Ordusunun və yerli könüllü dəstələrinin rəşadəti ilə Əmiryanın dəstələri geri oturdular. Göyçay ətrafında yaranmış gərgin vəziyyətlə əlaqədar Nuru paşa Göyçaya gəlir və burada göstəriş verir ki, ətrafda olan erməni kəndləri silahlılardan təmizlənməlidir. Г‡ünki, həmin silahlı dəstələr hər an Qafqaz İslam Ordusunun arxasınca təhlükə törədə bilər. Bu kəndlər Bozəvənd, Qalagah, Soltankənd, Uştal, Ruşan və s. erməni kəndləridir. Bu məqsədlə Qafqaz İslam Ordusunun 30-cu taboru Hacıhətəmli, İvanovka istiqamətində hərəkətə keçir. Bu istiqamətdə 30-cu taboru 3 nəfər şəhid vermişdir. Göyçay- Hacıhətəmli yolunun üstündə – Mustafa çavuş şəhidliyi, 2 nəfər isə Hacıhətəmli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. İndi bu iki şəhidin məzarları kənd qəbirstanlığındadır. Məzarların üstündə Azərbaycanın və qardaş Türkiyənin bayraqları dalğalanır. On ildən artıq ki, kənd camaatı, məktəblilərlə mart ayında, bir də sentyabrın 15-də Bakı şəhərinin azad olunduğu gün tədbir keçirilir. Doğrusu Mirdaməd Sadıqov RİH-nin başçısı təyin olunana qədər rayon səviyyəsində elə bir tədbir keçirilmirdi. Mirdaməd müəllim ilk dəfə kənd camaatı ilə görüşə gələndə bu məsləni xatırlatdım. Dərhal bu məsələ diqqətə alındı və artıq rayon mərkəzində soyqırım abidəsi ucaldıldı. İndi rayon səviyyəsində tədbirlər keçirilir. Ümumiyyətlə, Mirdaməd müəllimin gördüyü işlər göz önündədir. Bu işdə ona uğurlar arzulayıram.
Yuxarıda Əmiryanın Muğanlı-İsmayıllı-Göyçay istiqamətində viranedici yürüşünü xatırlatmışdım. Ovaxtlar Göyçay qəzasına tabe olan kəndlərə dair tərtib olunmuş aktlar və digər sənədlər ya yoxdur, ya da nəşr olunmamışdır. 2001-ci ildə Ankarada “Azərbaycan belgelerində erməni sorunu (1918-1920)” sənədlər toplusu nəşr olunmuşdur. Həmin toplunun giriş hissəsini yazan Azərbaycan Arxivlər İdarəsinin müdri Ataxan Paşayev bir məsələyə diqqəti cəlb edir: “Kurul (FİK nəzərdə tutulur- M.Məmmədov) başkanı A.Hasmemmedovun 6 ocak 1919 tarihində Dışişleri Bakınına yazdığı məktubunda, Azərbaycandan Avropa Barış Konqresinə gidecek təmsilçilər qrubuna Baku, Quba və Şemahi şeherlerində, Şemahi, Quba, Gökçay və Cevad kazalarında Azərbaycan türklerine karşı yaptıkları mezalimi detaylı bir şekildə kanıtlayan belgelerin verildiyi bildirilyordu. Kurul, Barış Konqresinə katılacak təmsilçilər qrubu için kanıtlayıcı malzeme olarak, 6 ciltlik soruşturma belgelerini və 95 adet fotoqraf sunduğuna da dikkat çekiyordu. Nə yazık ki, bu gün bu belgeler yabancı ülkede oturan soydaşımızın ve ya Batı dövlətlərinin birisinin arşiv ve ya kütüphanesində bulunmaktadır”.
Həmyerlimiz Manaf Süleymanov “Azərbaycan diyarı Lahıc” kitabında 1918-ci il hadisələri ilə bağlı xatırladır: “Aftafa bombalarını ilk dəfə Niyal dağında təcrübədən keçirdilər. Arsen Əmiryanın quldur dəstəsi Basqal qəsəbəsini tutandan sonra Lahıclara ultimatum göndərdi təslim olun. Təklif rədd edildi:
Erməni silahlı qüvvələri Niyal dağının yamacına gəldilər. Yeganə dolambac cığırla dağa çıxmaq lazım idi. Ətraf divar təki dik sıldırım qayalar. Bu cığırla təcrübəli çarvadarlar və bir də illərlə dırnaq sındırmış atlar qalxıb-enə bilirdilər. Ömründə heç kəs dolanbacda at üstündə keçə bilməmişdir. Hamı piyada, özü də addım-addım çıxıb-düşərdi, çox vaxt atın quyruğundan yapışardılar ki, yolun iki tərəfindəki uçuruma yuvarlanmasınlar. Arsenin dəstəsi cığırla dırmananda Niyalın zirvəsində “Aftafa” bombaların fitilini alışdırdılar.
Bombalar partladı, nə partladı. Elə bil yer kürəsi parça-parça olub, gurultu qopara-qopara dağılır.
Erməni quldurlar qorxub geri çəkildilər. Başçılardan biri demişdir ki, mən qərb cəbhəsində almanların bütün yeni silah növlərinin partlayışını eşitmişəm, amma beləsinə rast gəlməmişəm. Bu nə olan şeydir? Yəqin möcüzədir”.
M.Süleymanov “Qafqaz İslam Ordusu və Azərbaycan” adlı monoqrafiyasında Lahıc haqqında qeyd edir: “Elə həmin günlərdə yazdığı bir məktubunda Nuru paşa özü Lahıc kəndi ətrafında əhalinin 6 aydan bəri erməni və bolşeviklərə qarşı müqavimət göstərdiyini bildirməklə buranın xalqını cəsur bir xalq adlandırırdı”.
İndi də ayrı-ayrı dövrlərdə elm, sənət adamları, siyasi xadimlərin ermənilər haqqında dediklərindən bir neçə nümunə vermək istərdim. Erməni tarixçisi B.İsxan yazır: “Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Türkiyə və İrandan gəlmiş qaçqınlardır. Azərbaycan torpağı onlar üçün təqiblərdən və təhdidlərdən qorunmaq üçün sığınacaq yeri olmuşdur”.
T.Engels yazır: “Ermənistanda Anahit hurdulları ilk vahişələr idilər. Bəşəriyyətə ilk dəfə fahişəliyi yayan ermənilər olub. Daha doğrusu erməni qul və kənizləri, Korinfdə Afrodita kənizləri, habelə Hindistanın məbədlərində xidmət edən rəqqasələr, bir sözlə, dünyada ilk fahişələr idilər.
K.Marks yazırdı: “Dünya xanımlarının bir qismi erməni qadının bir qayda olaraq öz ərlərinə xəyanət etmə təcrübəsin, başıpapaqlısının həmin əməldən hali olmaması incəsənətini mənimsəməyə cəhd göstərməsələr də azları buna nail ola bilər. Yeniyetmə erməni qızları öz bakirəliyindən elə erkən, elə həvəslə imtina edirlər ki, sanki onlar namus çəpərlərinin bütovlüyünü qorumurlar, sadəcə üstlərinə qonmuş tozu çırpırlar”.
Avropada aparılan antitürk təbiğati ilə bağlı K.Marks yazırdı: “Biz qətiyyələ türklərin tərəfində dururuq, çünki, biz türk kəndlərini, başqa sözlə, türk xalq kütləsini ətraflı öyrənmişik və onun simasında Avropada kəndlilərin ən işguzar və mənəvi keyfiyyətlərə malik nümayəndələrindən birini görürük.
Mark Ferron: “Hədsiz məğlubiyyətlər görmüş ermənilər öz tarixini həvəslə mübaliğələşdirir, ideallaşdırır, onun əzabkeşliyin parlaq obrazına çevirir”.
Aleksandır Duma: “Ermənilər əmin olmuşlar ki, doğru söz deməyin axırı ölümə gətirib çıxarır. Nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan hiyləgər, kələkbaz adamlara çevirmişlər.
Ermənilər xain, hiyləgər, həm də qorxaq millətdirlər”.
Alman səyyahı Alfrid Körtü: “Demək olar ki, bu əyalətdə kim xalqın örnəyi ilə ünsiyyətdə olursa, türklərə hörmət etməyi və onlara məhəbbət bəsləməyi özünə bac bilir, yunanları alçaq tutur, ermənilərə nifrət edir. Tərəddüdsüz demək olar ki, əgər sizi Anadoluda kimsə harada aldadıbsa, deməli, siz ermənilərlə bağlı bir işə düşübsünüz”.
Rus şairi A.S.Puşkin: “Sən qorxaqsan, sən köləsən, sən oğrusan, sən ermənisən”.
M.Y.Lermontov: “Sən qulsan, sən qorxaqsan, çünki, sən ermənisən”.
Tanınmış rus tarixçisi V.L.Veliçko yazır: “Ermənilər haqqında qədim dövrlərdə pis fikirlər formalaşıb ki, bunun da əsassız olmadığı öz-özünə aydınlaşır. Belə olmasaydı müxtəlif zamanlarda, müxtəlif xalqlarda ermənilər haqqında bu cür fikirlər meydana gəlməzdi. Ermənilərin zəhlə tökən fırıldaqçılığı, iyrənc eybəcərliyi, biabırçı alçaqlığı var” və ya “satqın” sözünü işlətmədən erməni tarixini və erməni xislətini xarakterizə etmək olmaz”.
“Ermənilər Zaqafqaziya aborigenləri deyillər və ona görə də Hür sahilləri və Ərsan heç cür əsl erməni torpaqları və Ermənistanın köklü vilayəti ola bilməz”.
“Mənim və ya mənim tanışlarımın söhbət etdikləri türkəyəli qaçqın ermənilərin çoxu açıq etiraf edirlər ki, onlar Rusiyaya türklərdən deyil, öz terrorçularının əlindən baş götürüb qaçıblar”.
“Tarix-arxeologiya sahəsində ermənilər gürcüləri vicdansızcasına qarət edirlər: abidələr üzərindəki gürcü yazılarını pozur, qədim provoslav məbəd və kilsələrini ələ keçirir, tarixi uydurmalar həkk edir, hər bir daşın gürcü çarlığının keçmişindən xəbər verdiyi yerləri qədim erməni torpaqları kimi qələmə verirlər”.
“Gücsüzlər yanında lovğalıq, təkəbbürlülük, qəddarlıq, güclülər qabağında isə qul kimi quyruq bulamaq, nəhayət, özlərini reklam etməkdə müstəsna bacarıq və hədsiz şöhrətpərəstlik ermənilərdə daha kobud şəkildə nəzərə çarpır”. Mən yazılarımın birində yazmışdım: Faktlar çoxdur, lakin, erməni qəddarlığını duymaq, tarixi həqiqətləri bilmək üçün bunlar da kifayətdir. Axtarmalıyıq, aşkar etməliyik, öyrənməliyik, yadda saxlamalıyıq, yaddaşımıza əbədi həkk etməliyik ki, bir vaxtlar olduğu kimi: “Biz Sizdən öyrəndik qəhrəmanlığı” şüarı ilə Cəllad Şaumyanın rəhbərlik etdiyi 26-ları xalqımızın başına olmazın oyunların gətirmiş, tariximizi saxtalaşdırmış Mikayonlar, Leninin “qayğısı” ilə əfv olunmuş quldur, Şamaxıda, İsmayıllıda və b. bölgələrdə saysız-hesabsız amansızlıqlar törətmiş S.Lalayanlar bizə qəhrəman kimi “sırılmışlar”. Həqiqət hər şeydən yüksəkdə durur, biz əsil həqiqəti bilmək üçün daim keçmişimizi öyrənməliyik: müdriklər demişkən, tez-tez arxaya boylanmalıyıq ki, haradan gəldiyimizi və haraya getdiyimizi yaxşı bilək”.
Mehdi Məmmədov,
tarix müəllimi

Şərh Yaz