Mineral gübrələrin və pestisidlərin tətbiqi

Mineral gübrələrin və pestisidlərin tətbiqi                                Mart ayının 16-da İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin və “Park Aqro” MMC-nin təşkilatçılığı, Almaniya Respublikasından gəlmiş mütəxəssislərin iştirakı ilə açıq havada – Talıstan kəndi ərazisində, taxıl əkini sahəsində seminar-müşavirə keçirilib.
Tədbirdə aidiyyəti mütəxəssislər və iri taxılçılıq təsərrüfatlarını əhatə edən fermerlər iştirak edib. Burada Almaniya istehsalı olan toxum və gübrəsəpən, pestisidlərin verilməsi üçün çiləyici aqreqatlar nümayiş etdirilib, bu aqreqatların iş qaydaları, eləcə də digər texnikalardan üstünlüyü barədə fermerlərə ətraflı məlumat verilib. Almaniyalı mütəxəssis fermerləri maraqlandıran sualları cavablandırıb.
Görüşdə məqsəd Avropada yayılmış müasir aqrotexniki tədbirlərin rayonumuzda tətbiqi və bu sahədə fermerlərin maarifləndirilməsi olub.
Əsmər Abbasova

Şərh Yaz