Yaddas kitabcasi

İlk dəfə səs verəcək gənclərlə görüş

İlk dəfə səs verəcək gənclərlə görüş                  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə gənclər, xüsusilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi məqsədi ilə tədbirlərə başlanılmışdır.
Respublikamız növbəti seçkilər ərəfəsindədir. Aprel ayının 11-nə təyin edilmiş seçkilərə o qədər də çox vaxt qalmayıb. Cəmiyyətimiz qarşıdan gələn bu seçkilərə köklənib. Xalqımız inkişafın, sabitliyin, yüksək rifahın və güclü dövlətçiliyin tərəfdarı olmaqla,əsil namizədə səs verəcəkdir.
Martın 2-də İsmayıllı Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin iştirakı ilə Rayon Təhsil Şöbəsinin akt zalında ilk dəfə səs verəcək gənclər ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. Ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyan növbəti Prezident seçkiləri barədə məlumat verib. İlk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətində görülən tədbirlər barədə danışıb.
RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov tədbirə toplaşan gəncləri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı adından salamlayıb. İlk dəfə səs verənləri təbrik etməklə onları qarşıdan gələn Prezident seçilərində fəal iştiraka dəvət edib. Rayonda son illərdə dövlət-gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərimizin rayon ictimai- siyasi həyatındakı fəal rolunu diqqətə çatdırıb.
İlk dəfə səs verəcək gənclərlə görüş
İlk dəfə səs verəcək gənclərlə görüş
İlk dəfə səs verəcək gənclərlə görüş                  Rayon dairə seçki komissiyasının üzvi Hacıməmməd Məmmədov, Rayon Polis Şöbəsinin əməkdaşı Rahim Orucov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Dövlər Humanitar və Texnologiyalar Kollecinin tarix müəllimi Mövlud Ağayev, kollecin fəal tələbəsi Əlirza Hüseynov çıxış edərək növbəti Prezident seçkilərinin şəffaf, aydın və bütün dünyaya açıq şəkildə keçiriləcəyini qeyd edirlər.
Tədbirin sonunda fəal gənclər rayon Gİİ-nin Fəxri fərmanları ilə təltif olunublar.

***
13 mart 2018-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi oxşar tədbiri İsmayıllı Peşə Tədris Mərkəzinin akt zalında keçirib.
Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov, 86 saylı dairə seçki komisiyasının üzvü Hacıməmməd Məmmədov, İsmayıllı şəhər İƏD üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov iştirak ediblər.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbiri açıb və ölkəmiz, eləcə də hər bir vətəndaşımız üçün böyük siyasi əhəmiyyəti olan növbəti Prezident seçkiləri barədə məlumat verib. İlk dəfə səs verəcək gəncləri müstəqil həyata əlamətdar bir ərəfədə atılmaları, seçki hüququna sahib olmaları münasibəti ilə təbrik edib.
RİH başçısı aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov tədbirə toplaşan gənclərə xoş arzularını, RİH başçısının salamlarını çatdırıb. İlk dəfə səs verənləri vətəndaş kimi həyatda layiqli yer tutmağa, qarşıdan gələn Prezident seçilərində fəal iştiraka dəvət edib.
Hacıməmməd Məmmədov, Məhərrəm Əhmədov və Zaur Muradov növbəti Prezident seçkilərinin demokratik, şəffaf və bütün dünyanın izləyib bəyənəcəyi şəkildə keçiriləcəyinə əminlik ifadə ediblər. Tədbirdə gənclərə seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydaları barədə ətraflı danışılıb, suallara cavablar verilib.
Səbuhi Əzizov

Şərh Yaz