Şagirdlərin bəyəndiyi tədbir

Şagirdlərin bəyəndiyi tədbir      Mart ayının 16-da İsmayıllı Rayon Təhsil Şöbəsinin (RTŞ) təşkilatçılığı, rayon məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə şöbənin akt zalında “Hüquqlarımızı bilək” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) İsmayıllı Rayon Komitəsinin (RK) sədri Hafiz Kərimov, Əməkdar müəllim Ramiz Baloğlanov, RTŞ-nin metodist müəllimləri Sədəf Mikayılova, Rəna Mirzəliyeva, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov təşkilatçı və dəvətli kimi iştirak ediblər.
Şagirdlərin bəyəndiyi tədbir      Təşkilatçı və dəvətlilər mövzu ilə bağlı maraqlı, yaddaqalan fikirlər səsləndiriblər. Disküsiya şəklində keçən tədbirdə şagirdlərin fəallığı, məsələ ilə əlaqəli kifayət qədər bilgili olmaları sevindirici hal kimi qeyd olunub.
Tədbir öncəsi elan olunmuş “Ən yaxşı sual, ən yaxşı cavab və ən yaxşı təklif” müsabiqəsinin qaliblərinə
ATİAHİ İsmayıllı RK-i tərəfihdən hədiyyələr təqdim olunub.
Şagirdlər bu qəbildən olan maarifləndirici tədbirlərin əhəmiyyətli olduğunu qeyd edərək, vaxtaşırı keçirilməsini xahiş ediblər.
Xəyalə Məmmədova,
şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi

Şərh Yaz