Şəhid şəhər – Xocalı

Şəhid şəhər  - XocalıXocalı Dağlıq Qarabağ ərazisində əlverişli coğrafi mövqedə yerləşən strateji əhəmiyyətli bir məntəqə idi. Şəhər Xankəndindən 10 kilometr cənubi-şərqdə Qarabağın dağlıq silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üzərində yerləşirdi. 7000 əhalisi olan şəhər 1919-cu ildə noyabr ayının 26-da Əsgəran rayonu ərazisi tərkibində yaradılmışdır. Xocalı şəhəri tarixi memarlıq və mədəniyyət abidələri ilə zəngindir. Əsrin başlanğıcında ermənilərin xalqımıza qarşı törətdiyi 1905-1907-ci illərdə başlandığı, 1918-1920, 1948-1952-ci illərdə davam etdirdiyi təmizləmə əməliyyatının son mərhələsini 1992-ci ilin fevral ayında başa çatdırdı.
Xocalı faciəsi Azərbaycanın yeni tarixinin ən qanlı səhifələrindən biridir. Bu faciə insanlığa qarşı törədilmiş ən böyük faktdır. Tarixdə buna oxşar Г‡exiyanın Lidiça şəhərində, Bolqarıstanın Xatın kəndində törədilmiş dinc əhalinin qətlə yetirilməsi ilə nəticələnən faciələr baş vermişdir.
Faciələrin törədilmə tarixi müxtəlif olsa da nəticələr eyni idi. Dinc əhaliyə qarşı amansız və qəddar işgəncələr verməklə bir şəhərin yer üzərindən silinməsi ilə nəticələnmişdir. Xocalı isə XX əsrdə Azərbaycanın şəhid olmuş şəhəri oldu. Şəhərə hücum fevral ayının 25-i saat 23:00-da 366-cı alayın şəhər ətrafında döyüş mövqeyi tutması ilə başladı. Tanklardan, piyadaların döyüş maşınından və Alazan toplarından atılan iki saatlıq döyüş hazırlığından sonra ermənilər 3 istiqamətdə şəhərə doğru hərəkətə keçdilər. Şəhəri mərdliklə, cəsarətlə qoruyan və yüngül silahlarla silahlanmış müdafiəçilər qüvvələrin qeyri-bərabərliyinə tab gətirə bilmir. Artıq gecə saatlarından düşmən ordusu şəhərə daxil olmağa başlayır. Səhər saat 7-də bütün müdafiə məntəqələri susdurulur və şəhər bütünlüklə düşmən əlinə keçir. Əliyalın əhali hücum başlayan zaman Qarqar çayı vadisinə və Kətik dağına üz tutur. Qışın dondurucu soyuğunda Qarqar çayını keçib dağa sığınan əhali Naxçıvanikdə ermənilərin qurduğu pusquya düşür. Elə buradaca böyük qırğın baş verir. Г‡oxlu sayda insan burada amansız vəhşiliklə qətlə yetirildi, yarısı əsir düşdü, yarısı isə böyük çətinliklərlə Ağdamın Şehli kəndinə gəlib çıxa bilmişdir. Erməni vəhşiliklərini öz gözləri ilə görmüş və düşmənə əsir düşən Dürdanə Ağayeva “Erməni zindanında səkkiz gün” adlı kitab yazmışdır. Kitabın nəşrində erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyəti var. Kitab türk dilinə tərcümə olunmuşdur. Yaxın gələcəkdə kitabın rus, ingilis və fransız dillərinə tərcümə olunması da nəzərdə tutulub. Düşmən qocaya, körpəyə, qadına rəhm etmədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdi. Cavan oğlanlar erməni qəbirləri üzərində qurban kimi kəsilirdi. Bu, insanlığa sığmayan bir faciə idi. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini məhv edilib, 8 ailə tamamilə məhv edilib. 25 uşaq isə hər iki valideynini itirmişdir. Xocalı faciəsi haqqında çoxlu filmlər çəkilib, kitab və şeirlər yazılmışdır.
Şəhid şəhər  - XocalıXocalı soyqırımının ildönümü hər il Azərbaycanda və dünyanın bir çox ölkələrində qeyd edilir. Azərbaycan səfirlikləri və diasporaları fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir. Bu tədbirlərdə ermənilərin törətdikləri vəhşiliklər – fotostendlər, qısametrajlı filmlər nümayiş olunur. Soyqırım həqiqətlərini əks etdirən kitablar sərgilənir. 2008-ci ildən İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoqlararası Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” (Justice for Khojalı) kompaniyası keçirilir. Kompaniyanın məqsədi Xocalı faciəsi ilə bağlı Beynəlxalq ictimaiyyətin məlumatlandırılması, faciəyə beynəlxalq arenada mənəvi –“ siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı törədilmiş faciə kimi deyil, bütün insanlığa qarşı törədilmiş vandalizm kimi dəyərləndirilməlidir. Beynəlxalq kontekstdə dünyaya çatdırılmalıdır. Bu istiqamətdə gənclərin də üzərinə böyük məsuliyyət düşür. Faciə haqqında filmlər, məlumatlar müxtəlif xarici dillərə tərcümə olunaraq beynəlxalq aləmə çatdırılmalıdır.
Aman verilmədi bir körpəyə də,
Aman verilmədi bir pöhrəyə də.
Hörmət qoyulmadı bir örpəyə də,
Xocalı ah çəkdi, yandı o gecə,
Yoruldu ocağı, söndü o gecə.

Əl açdı göylərə, cavab gəlmədi,
Dünya bu dəhşəti görüb dinmədi.
Gözünün yaşını kimsə silmədi.
Xocalı kimsəsiz qaldı o gecə,
Bir şəhər saraldı, soldu o gecə…
Zarema Əliyeva

Şərh Yaz