Yaddas kitabcasi

Peşə vaxtında və düzgün seçildikdə

Peşə vaxtında və düzgün seçildikdə   İsmayıllı Rayon Məşğulluq Mərkəzi tərəfindən təsdiq olunmuş qrafikə əsasən 12 mart 2018-ci il tarixdə İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbində peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə tədbir keçirilib.
Tədbirdə məktəbin pedaqoji heyəti, valideyinlər və yuxarı sinif şagirdləri iştirak ediblər. “Gənclərin peşə seçimində valideyinlərin rolu” adlı mövzu yetişən nəslin vaxtında və düzgün peşəseçmə barədə bilgiləri əhatə edib.
Peşə vaxtında və düzgün seçildikdə   Tədbiri giriş sözü ilə məktəbin direktoru Etibar Abdulov açıb. Mərkəzin aparıcı məsləhətçisi Qadir Abduləzizov çıxışında düzgün peşə seçiminin tələbləri, işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində mühüm rol oynadığını qeyd edib. İşəgötürənlərin peşə və ixtisaslara olan tələbləri şagirdlərin və valideynlərin nəzərinə çatdırılıb.
Tədbirdə şagirdlərlə peşə seçmələri ilə bağlı sorğu keçirilib, iştirakçıları maraqlandıran müxtəlif istiqamətli suallar Mərkəzin mütəxəssisləri tərəfindən cavablandırılıb.
Q.Abduləzizov,
Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi

Şərh Yaz