Yaddas kitabcasi

Bolluq zəhmətdən, ucuzluq bolluqdan yaranır

Bolluq zəhmətdən, ucuzluq bolluqdan yaranır Ulu Yaradan öz qüdrəti ilə dörd ünsür yaratdı. Od (onun atası Günəşdir), hava, su və torpaq. Bu müqəddəs ünsürlərdən biri olmazsa, həyat da olmaz. Yaradılanlar canlı məxluqlara görə yaradıldı və bu qüdrət yalnız yeri-göyü xəlq edən Allaha məxsusdur.
Adı gedən dörd ünsürün müqəddəs olduğu bəşər övladına bəllidir. Odur ki, istənilən halda insan bu dörd ünsürün müqəddəsliyini diqqətdə saxlamalıdır. Təəssüflər olsun ki, torpağı, havanı, suyu korlayır, oda, ocağa yetərincə dəyər vermirik. Nəticədə isə biganəliyimizin, laqeydliyimizin cəzasını çəkirik. Başqa cür ola da bilməz. İnsanlar bu dörd ünsürdən yarandıqlarından sonda elə bu ünsürlərə də qovuşur.
Həyat getdikcə niyə çətinləşir? İnsanların əzabı niyə artır? Niyə torpaqlar əvvəlki qədər bol məhsul vermir? Niyə insanlar bəzən sulara qərq olur, bəzən isə susuzluqdan əzab çəkir? Bütün bunlar artan günahlarımızın ucbatındandır.
İnsan zəhmət çəkib ruzisini halallıqla qazanmalı, ehtiyacından artıq olan hissəsindən zəiflərə, imkansızlara, yoxsullara, əmək qabiliyyəti yetərincə olmayanlara yardım etməlidir. Belə olduqda bolluq da olar, səmimiyyət də. İmkansızlıq üz verdikdə varlı qonum-qonşudan deyil Allahdan və dövlətdən umuruq. Ulularımızdan qalan adət-ənənələrdən uzaqlaşdıqca isə çətinliklərimiz, biri-birinə olan ümu-küsülərimiz artır, mizan-tərəzi pozulur.
Ulularımız buyurub ki, bir əlin əməyi o biri ələ haramdır. Yəni insanın hər iki əli çalışmalıdır, bir kəsdigərinin qazancına göz dikməməli, qeyrisinin zəhməti hesabına yaşamağa can atmamalıdır. Г‡alışqan olmaqla bərabər, hər kəs xeyirxah, səxavətli, namuslu və qeyrətli olmalıdır. Bu meyarlar gözlənməyən yerdə, xeyir-bərəkət, rahatlıq olmaz. Dərdlər, bəlalar günbəgün artar.
Gözəl Novruz bayramı ərəfəsində, hamıya sevinc, səadət, bolluq arzuladığımız vaxtda gənclərimizə tövsiyə edirik ki, müqəddəs olan hər şeyə sevgi ilə yanaşsınlar. Torpağın –“Vətənin, ananın, çörəyin, suyun, həyat üçan zəruri olan təmiz havanın qədrini bilsinlər. Qədirbilən insanlara hörmətlə yanaşsınlar. Gələcəyimiz olan gənclərimiz bilsinlər ki, bolluq zəhmətdən, ucuzluq bolluqdan yaranır. Rahat yaşamaq isə halal zəhmətlə yaradılan bolluqdadır.
Nemətlər bolluğu yaratmaq üçün torpaqdan ikiəlli yapışmalı, təbiəti qorumalı, maddi nemətlər bolluğu yaradılmasında mütləq iştirak etməliyik. Bunu bizdən dinimiz, siyasi və iqtisadi müstəqilliyini gündən-günə artırıb qüdrətlənən azad və sülhsevər dövlətimiz –“ həyatımız tələb edir.
Tahir Nadirov,
Nizami Nadirov

Şərh Yaz