Baharın carçıları

Baharın carçılarıİsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirib. Belə tədbirlərdən biri xüsusi qeyd olunan “Od çərşənbəsi” olub. Tədbirdə milli folklorumuz barədə geniş məlumat verilib, bildirilib ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, onu oyatmaq üçün hazırlayır.
Xoş təsadüfdür ki, bu çərşənbəni İsmayıllı ictimaiyyəti İsrail dövlətindən gəlmiş qonaqların iştirakı ilə keçiriblər. Qonaqlara bildirilib ki, çərşənbələrin keçirilməsi gələcək nəsillərin tariximizi, mədəniyyətimizi, milli adət-ənənələrimizi bilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Г‡ərşənbə böyük coşqu ilə qeyd edilib. Bayram şənliyinə qatılan Kosa və Keçəl həmişəki kimi, insanları əyləndirib. Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin, “Niyal” xalq çalğı alətləri ansamblının ifasında səslənən mərasim nəğmələri, xalq mahnıları tədbirə xüsusi təravət gətirib. Qonaqların tonqal ətrafında yallı getməsi tamaşaçılara unudulmaz dəqiqələr yaşadıb.

Şərh Yaz