Ağsuda “Tərəkəmə” festivalı

Ağsuda “Tərəkəmə” festivalıİsmayıllı özünün qabaqcıl təcrübəsini qonşu rayonlarla hər zaman paylaşmış və ətraf rayonlarda keçirilən beynəlxalq tədbirlərdə dost dəstəyini göstərmişdir. Belə tədbirlərdən biri də MİRAS ictimai birliyinin dəstəyi ilə Ağsu rayonunun Gəgəli kəndində keçiriləcək Tərəkəmə festivalıdır. Hər il olduğu kimi bu il də rayonumuzdan olan dəvətlilər ənənə halını almış el bayramında iştirak edəcəklər. Bu ilin ilaxır çərşənbə günlərində III Beynəlxalq Tərəkəmə Г‡ərşənbəsi Folklor Festivalı keçiriləcəkdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayonu Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində yeni yaradılmış “Tərəkəmə” folkloru araşdırma və təbliğat qrupu festivala təşkilati dəstək göstərir.
Festival 2 gecə, 3 gün ərzində baş tutur. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olur. Festivalda baharla bağlı adət-ənənlərini təbliğ və təqdim etmək istəyən müxtəlif xalqların folklor qrupları, mədəniyyət ocaqları və turizm şirkətləri iştirak etmək üçün dəvət olunur. 19-21 mart 2018-ci il tarixində Ağsu rayonu Gəgəli kəndində keçiriləcək III Folklor Festivalında iştirak olduqca maraqlı və yaddaqalan olacaqdır.
Elnarə Qasımova

Şərh Yaz