Seçki hüququ üzrə ixtisaslaşdırma kursları uğurla başa çatıb

Seçki hüququ üzrə ixtisaslaşdırma kursları uğurla başa çatıbDemokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu hüquqların içərisində seçki hüququ xüsusi yer tutur.
Bu fikirlər fevral ayının 19-da 86 saylı İsmayıllı Seçki Dairəsində dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursun tədris məşğələsində səsləndirilib.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən bu kurslar aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyıb.
Seminarın birinci günündə Dairə Seçki Komissiyasının sədri Əlirəmzi Məhərrəmov çıxış edərək, təlimlərə dairənin tərkibinə daxil olan 69 seçki məntəqəsinin, həmçinin məcburi köçkün rayonlarının İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən seçki məntəqələrinin sədrlərinin, dairə seçki komissiyasının üzvlərinin cəlb edildiyini diqqətə çatdırıb.Seçki hüququ üzrə ixtisaslaşdırma kursları uğurla başa çatıbDemokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu hüquqların içərisində seçki hüququ xüsusi yer tutur.
Bu fikirlər fevral ayının 19-da 86 saylı İsmayıllı Seçki Dairəsində dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursun tədris məşğələsində səsləndirilib.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən bu kurslar aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyıb.
Seçki hüququ üzrə ixtisaslaşdırma kursları uğurla başa çatıbSeminarın birinci günündə Dairə Seçki Komissiyasının sədri Əlirəmzi Məhərrəmov çıxış edərək, təlimlərə dairənin tərkibinə daxil olan 69 seçki məntəqəsinin, həmçinin məcburi köçkün rayonlarının İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən seçki məntəqələrinin sədrlərinin, dairə seçki komissiyasının üzvlərinin cəlb edildiyini diqqətə çatdırıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev “Seçki siyahıları ilə iş aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması, seçki komissiyaları ilə səmərəli, qarşılıqlı əlaqələrin qurulması” ilə bağlı fikirlərini açıqlayıb.
Rayon məhkəməsinin sədri Rəfayel Şirinov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçkidə iştirak hüququnun qorunması mexanizmləri” barədə məlumatları səsləndirib.
Kursun ikinci günündə Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşları Etibar Quliyev və Kəmalə Əliyeva iştirakçılara seçki prosesinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri, seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri və digər məsələlər barədə geniş məlumat veriblər. Bildirilib ki, MSK Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edir.
Həmin gün Rayon Polis Şöbəsinin rəisi Telman Ağasıyev “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu” mövzusu ilə çıxış edib.
DSK katibliyinin baş məsləhətçisi Eldar Əliyev “Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” barədə məlumat verib.
Seminarın yekun günündə İsmayıllı rayon prokuroru Ülvi Abbasov “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” haqqında bilgiləri seminar iştirakçılarının nəzərinə çatdırıb.
Üç gün davam edən seminarda dinləyiciləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
86 saylı DSK-nın sədri Ə.Məhərrəmov məşğələlərin uğurla başa çatdığını bildirərək, təlimçi və dinləyicilərə təşəkkürünü ifadə edib, keçiriləcək Prezident seçkilərinin də uğurla başa çatdırılacağına əmin olduğunu bildirib.
Şahməmməd Soltanov

Şərh Yaz