Yaddas kitabcasi

Miqrasiya xidmətləri barədə geniş məlumat verilib

Miqrasiya xidmətləri barədə geniş məlumat verilib  “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Ağsu Regional Miqrasiya İdarəsinin təşəbbüsü, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə fevralın 20-də İsmayıllıda “Açıq qapı günü – vətəndaş forumu” keçirilib.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzində vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, aidiyyəti dövlət qurumları, ictimai təşkilatların nümayəndələri, işəgötürənlər, sahibkarlar, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil olunan vətəndaş forumunda qeyd edilib ki, Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətlə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı bir sıra prinsiplər yer alıb. Dövlət Miqrasiya Xidməti bu prinsiplərdən irəli gələrək belə tədbirlərin təşkilini daim davam etdirir.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir. DMX-nin fəaliyyət sferasına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin, qaçqın statusunun müəyyənləşdirilməsi və sair kimi məsələlər daxildir. Xidmətin aparatında, istərsə də regional miqrasiya idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün ardıcıl tədbirlər həyata keçirilir.
Miqrasiya xidmətləri barədə geniş məlumat verilib  “Açıq qapı günü”ndə DMX-nin elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib. “Elektron hökumət” portalına qoşulan qurumun istifadəyə verdiyi 11 elektron xidmətdən istifadə qaydaları və faydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb. Tədbirdə vurğulanıb ki, elektron xidmətlərin yaratdığı imkanlar sayəsində, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq elektron qaydada da qəbul edilir.
Gördüyü işlər barədə ictimaiyyəti yaxından tanış etmək, öz fəaliyyəti haqqında əhalini məlumatlandırmaq məqsədilə fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin www.migration.gov.az rəsmi saytı tamamilə yenilənib, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilib, zamanın tələbinə uyğunlaşdırılıb. Habelə, Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində dərc edilən “Miqrasiya” jurnalının nəşri mütəmadi olaraq təşkil olunur. Jurnalda Azərbaycanın miqrasiya tarixi, miqrasiya siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi mövzularına, miqrasiya prosedur qaydalarına geniş yer verilir.
Sərhəd nəzarət buraxılış məntəqələrindən keçərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə onlara elə sərhəddəcə Azərbaycan, rus və ingilis dillərində olan müvafiq yaddaş vərəqəsi verilir.
Bildirilib ki, Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamına əsasən fəaliyyəti təmin edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) bu gün ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. Habelə, VMMS-nin “Giriş-Miqrasiya xidmətləri barədə geniş məlumat verilib  Г‡ıxış və Qeydiyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə və Əhalinin Dövlət Reyestrinə inteqrasiyası təmin olunub. Eyni zamanda, DMX-də virtual informasiya təhlükəsizliyinə, o cümlədən istifadə olunan informasiya sistemləri, internet resursları, elektron xidmətlər və kompüter şəbəkələrinin təhlükəsizliyinə ciddi nəzarət həyata keçirilir.
Tədbirdə nəzərə çatdırılıb ki, dövlətin qayğısının nəticəsində Xidmətin Bakı, Şirvan, Lənkəran, Gəncə, Yevlax, Şəki, Ağsu və Xaçmaz regional idarələri tam gücü ilə fəaliyyət göstərir. Regional idarələrin yerləşdiyi binalar müasir tələblərə tam cavab verir və yüksək səviyyədə xidmət şəraiti yaradılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Qurumun hər bir regional idarəsində miqrasiya məsələləri ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Bu da ictimai maariflənmənin təmin olunmasına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də əhalinin bu sahədə hüquqi biliklərinin artırılmasına xidmət edir.
Tədbirin sonunda miqrasiya qanunvericiliyinə aid verilən çoxsaylı suallar əməkdaşlar tərəfindən ətraflı cavablandırılıb, təqdim edilən video slaydla bağlı geniş fikir mübadiləsi aparılıb. Müraciət edənlər səyyar xidmətin təşkilinə görə Dövlət Miqrasiya Xidmətinə öz minnətdarlıqlarını bildiriblər.
Murad Məhərrəmov

Şərh Yaz