Yaddas kitabcasi

Kooperasiyaların yaradılması, sığorta işinin təbliği

Kooperasiyaların yaradılması, sığorta işinin təbliği 15 fevral 2018-ci il tarixdə Qubaxəlilli kəndində kooperasiyaların yaradılması, sığorta işinin təbliği və kənd təsərrüfatı işlərinin gedişi, mineral gübrələrə olan tələbatın ödənilməsi və taxıl sahələrində yanğın hadisələrinin ehtimalının minimuma endirilməsi ilə əlaqədar fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları və ictimaiyyətin nümayəndələri ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahin Hüseynov bildirib ki, “Kənd təsərrüfatı kooperasiyası” haqqında yeni qanunun məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır.
Kooperasiyaların yaradılması, sığorta işinin təbliği Tədbirdə kooperasiyanın yaradılması ilə əlaqədar qanunvericilik bazasının formalaşdığı qeyd olunmuş, onun üstünlükləri və kənd təsərrüfatının inkişafı istiqamətində verəcəyi səmərə barəsində ətraflı müzakirələr aparılıb. Eləcə də, sənədləşmə işinin aparılması qaydası ətraflı izah olunub.
Fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili və bu sahədə olan normativ-hüquqi aktlardan və digər yeniliklərdən, eləcə də sığortalanmanın mexanizmi, qaydaları haqqında Paşa Məmmədov geniş məlumat verib.
Kooperasiyaların yaradılması, sığorta işinin təbliği Tədbirdə kənd təsərrüfatı işlərinin gedişi, hal-hazırda aparılması vacib olan aqrotexniki əməliyyatların həyata keçirilməsi və gələcəkdə baş verə biləcək yanğın hadisələrinin ehtimalının minimuma endirilməsi istiqamətlərində müzakirələr davam etdirilib.
Tədbir iştirakcıları tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, məzmunu və mahiyyəti eyni olan növbəti tədbir 22 fevral 2018-ci il tarixdə Aşıqbayramlı kənd sakinlərinin iştirakı ilə keçirilib.
Azər Bədəlov

Şərh Yaz