1918-2018 – yüz il: Yalanlar və həqiqətlər

1918-2018 - yüz il: Yalanlar və həqiqətlər İkinci yazı

(Birinci yazı в„– 1-4, 30 yanvar tarixli sayımızda)

Almanların fəxrlə yad etdiyi Bismarken özünün etiraf etdiyi kimi, bir qanunu var idi. “Dəmir və qan”. Stalin xalqımızın otuz min ziyalısını məhv etdi. Məhrum X.Rzanın sözləri ilə desək “Yetərimizi, təpərimizi” əlimizdən aldı. Necə oldu ki, bunların heç birinə “Qanlı” ləqəbi yaraşmadı? Necə oldu ki, ancaq Sultan Əbdülhəmidə “Qanlı” ləqəbi yapışdı?
XIX əsrin sonlarında Türkiyədə baş verən olaylar XX əsrin əvvəllərində Azərbaycana da sirayət etdi. 1905-1907-ci illər inqilabı dövründə türkün qanına susamış erməni “İnqilabçıları” indi də Naxçıvanda, Qarabağda, Gəncədə dəhşətli qanlı olaylar yaratdı. Qadın, qoca, körpə bu hadisələrin qurban oldu. Lakin bizlər ara sakitləşən kimi bu hadisələri unutduq. Bu baxımdan Ömər Faiq Nemanzadənin 1906-cı ildə söylədikləri olduqca ibrətamizdir. Ömər bəy yazır:
“Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəl hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış…
Bu sadədilliyimiz səbəbi ilə cümləmiz ermənilərlə yenə qədim sayaq üzrə sülhanə rəftar edib rahat və arxayın olmağı vəd və bəyan edirdik və bu sürətlə millətimizin gözünü bağlayıb uçuruma sarı hazırlayırdıq.
İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq”. Bu münasibətlə B.Vahabzadə ibrətamiz şeir yazıb. Həmin şeirdən bir neçə misra verirəm:
Ömər bəy, hər sözün haydı, haraydı,
Deyilib elə bil, bu çağımızda.
Sənin bu fəryadın sırğa olaydı,
Daim səslənəydi qulağımızda.

Quyruğu əzilir, yumşalırıq biz,
Deyirik, bir daha o, çalan deyil.
Amma, unuduruq, unuduruq biz,
Küdurət xəstəsi sağalan deyil.
Dəyərli oxucu, yəqin fikirləşəcəksən ki, Ömər Faiq bəy 1906-cı ildə bizləri xəbərdar etmişdi. Niyə biz qəfləti yaxalandıq? Ömər Faiq bəy, Salman Mümtaz, Conabzadə Bəkir, M.Müşfiq, Əhməd Cavad, Hüseyin Cavid, Almaz İldırım kimi söz, fikir sahibləri olan, xalqın düşünən başları olan on minlərlə soydaşımız S.Topozidze, Qriqoryanların əli ilə 30-cu illərdə məhv edilmişdi. “Dədə Qorquda” qadağa qoyulmuşdu. SSRİ Elmlər Akademiyası rəyasət qərarı ilə Qafqaz Albaniyasının tarixini araşdırmaq Azərbaycan alimlərinə yasaq edilmişdi. Dünyada analoqu yoxdur. Mənim tarixi erməni, gürcü, rus, polyak araşdıra bilər, ancaq mən susmalıyam. Bu baxımdan görkəmli qafqazşünas tarixçi Y.İ.Krupnovun dedikləri diqqətəlayiqdir: Kruppov yazırdı: “Albaniya tarixinin öyrənilməsi içində heç bir qadağan, məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin alimləri öyrənirlər. Lakin bir şeydə məlumdur: Qafqaz Albaniyasının taleyi ilə hamıdan çox Azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.
Bu baxımdan akademik Z.Bünyadovun özünün “Azərbaycan VII-IX əsrlərdə monoqrafiyasının ana dilində nəşrinə aid dedikləri də olduqca maraqlıdır. Müəllif yazır: “Bu kitab rus dilində 1965-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Azərbaycan dilində olan mətn1970-ci ildə nəşr olunmalı idi. Lakin müəllifdən asılı olmayan səbəblərə görə kitabın mətbəədə yığılmış mətni dağıdıldı. Həmin mətnin yalnız iki nüsxəsi qalmışdır. Bu nüsxələrdən də biri itmişdir.
Oxucuya təqdim olunan bu kitab azərbaycanca yeganə nüsxədən çap olunur.
Amma mən bir müəllif kimi, illər boyu kitabın çağını gözləməkdən, demək olar ki, yorulmuşdum. Kitabın Azərbaycan dilində oxuculara çatacağına inanmırdım və ümidimi də kəsmişdim”. Kitab Azərbaycan dilində rus dilində nəşrindən 24 il sonra 1989-cu ildə işıq üzü gördü.
Belə bir sual ortaya çıxır: tarixdə “erməni soyqırımı” olubmu? Əgər belə hadisə olubsa təbii ki, yeni suallar ortaya çıxır: Harada? Nə vaxt? Nə üçün?
1914-cü ildə I Dünya müharibəsi alovlanır. Osmanlı dövləti də Almaniya, Avstriya-Macarıstan imperiyası tərəfindən müharibəyə qoşulur. Osmanlı dövləti bir neçə cəbhədə Qafqaz cəbhəsində, Qara və Aralıq dənizi sahillərində, Suriyada, İraqda hərbi əməliyyatlar aparmalı olur. Yəni müharibə edən ölkələrdən ən kritik vəziyyətdə olan Osmanlı dövləti idi. Dövləti çətin vəziyyətə salan təkcə cəbhədə gedən əməliyyatlar deyil, Antanta dövlətləri ilə əlbir olub Osmanlı dövlətinin əsaslarını sarsıtmaq məqsədi ilə hərəkətə keçən erməni terror təşkilatlarının fəaliyyəti də az rol oynamırdı. Pakistanlı tədqiqatçı M.Ə.Şeyxin “Yalanlar, yalanlar bir daha yalanlar” adlı tədqiqat əsrinə istinadən bəzi məqamlara aydınlıq gətirmək istərdim. Bəzi faktlara diqqət yetirək. 1914-cü il noyabrın 5-də Tbilisidəki erməni milli bürosu çara aşağıdakıları ünvanlamışdı: “Bütün ölkələrdən olan ermənilər Şanlı Rusiya ordusu sıralarına qoşularaq, Rusiyanın qələbəsi uğrunda öz qanları ilə xidmət etməyə hazırdır… Qoy Rusiya bayrağı Dardaneldən Bosfora qədər dalğalansın”. Daha bir xəyanət. 1914-cü ilin noyabrında Parisdə nəşr olunan Hınçaq erməni qəzetində deyilir: “bütün erməni xalqı inqilab qılıncını sıyıraraq, mənəvi və maddi köməkləri ilə Antanta üçlüyünün, xüsusilə də Rusiyanın dostları kimi ordu sıralarına qoşulacaqdır. Onlar son qələbə uörunda bütün siyasi və inqilabi vasitələrdən tam şəkildə istifadə edərək müttəfiqlərlə əməkdaşlıq edəcəklər”. 1919-cu ilin yanvarın 30-da Bağos Nubar məktubunda açıq-aşkar iftixarla yazırdı: “Qafqaziyada Rusiya ordusunun tərkibində 150000, Andranik, Nazarbekov və başqalarının rəhbərliyi altında isə 50000 erməni könüllü olaraq, sadəcə, dörd il yalnız Antanta üçün savaşmamış, həmçinin Rusiya imperiyasının süqutundan sonra da Türklərin qafqazlılara irəliləməsinə müqavimət göstərən yeganə qüvvə olaraq qalmaqdadır”.
Hələ müharibə başlamazdan əvvəl minlərlə Osmanlı ermənisi müharibədə rusların qələbəsinə yardımçı olmaq üçün Rusiya tərəfə keçdi. Erməni inqilabçı komitələri müharibə başlamazdan əvvəl Osmanlının müharibə səylərinə qarşı sabotajçı fəaliyyətə başlamışdılar. Onların Osmanlı imperiyasının müharibəyə qoşulmasından öncə türklər və Osmanlı hökumətinin əleyhinə olan terrorçu fəaliyyətləri çox genişlənmişdi. Bununla da onlar sülhsevər türk xalqına qarşı təzyiqləri artırırdılar. Türklərə qarşı keçirilən qırğınlar və türk kəndlərinin dağıdılması tez-tez baş verirdi. Əsgərlər və yarıhərbi birləşmələrin üzvləri pusqular qurur, çoxlu erməni terrorçuları isə, öz növbəsində qeyri-qanuni silah və sursatlarla müxtəlif yerlərdə ehtiyatda dururdular. Г‡oxlu sayda rus, fransız və erməni dillərində olan məxfi kodlu məktublar ələ keçirilmişdi. Müharibə başlayan kimi, Osmanlı ordusunda xidmət edən erməni əsgərləri öz silahlarını da götürüb ordunu tərk etməyə başladılar. Onlar erməni partizanlarına qoşularaq osmanlının müharibə səylərinin qarşısında maneələr törətmək üçün əməliyyatlar həyata keçirdilər. Cəbhələrə əlavə qüvvələrin , silah və sursatın göndərilməsini yubatmaq üçün mühüm kommunikasiya xətlərini dağıdırdılar, bu da türk qoşunlarının cəbhədə müvəffəqiyyətli əməliyyat aparmaq imkanına mənfi təsir göstərirdi.
Əməliyyat şəraiti və təhlükəsizlik tədbirlərini nəzərdə tutan Osmanlı hökuməti erməni terror təşkilatlarının və onların agentlərinin Anadoluda yetirdikləri geniş yayılmış dağıdıcılıq fəaliyyətlərinin qarşısını almaq üçün bir sıra tədbirlər görməyi qərara aldı. Sabotajçı erməni fəaliyyətləri və anti-osmanlı qiyamları Şərqi Anadoluda, Rusiya sərhədinə yaxın əməliyyat bölgəsində cəmlənəndən sonra Osmanlı hökuməti üçün bunların öhdəsindən gəlmək xeyli çətin idi. Lakin şərait tamamilə nəzərə alınaraq, milli təhlükəsizliyi və günahsız insanların həyatının təhlükəsizliyini təmin etmək qərara alındı. Nəticədə, Osmanlı hökuməti 24 aprel 1915-ci ildə bütün erməni terror təşkilatlarını bağlatdı və 2345 terroristi həbs etdi.
Osmanlı rəhbərliyinin tətbiq etməyə məcbur olduğu digər bir ölçü isə milli təhlükəsizliyin qorunması və Şərq cəbhəsində əməliyyatları maneəsiz aparmasını təmin etmək üçün erməniləri əməliyyat aparılan ərazilərdən və Anadolunun digər həssas bölgələrindən Osmanlı imperiyasının daha təhlükəsiz yerlərinə aparmaq üçün onların məcburi şəkildə köçürülməsi qərarı oldu. Ermənilər, onların Rusiya və xristian qərb dövlətlərindəki havadarların tərəfindən isə bu tədbirlər belə yozuldu ki, guya Osmanlı rəhbərliyi Anadolunun erməni əhalisinin öz doğma yurd-yuvalarından məcburi köçürülməsinə fərman verməklə onları daha da incik salmış və hökumət tərəfindən gizli təlimat Osmanlı türkləri tərəfindən əvvəlcədən hazırlanmış hücum planına məruz qoymuşlar. Bu iddialarının təsdiq etmək üçün onlar guya ki, o dövrdə yaşanmış hadisələrə aidiyyəti olan Osmanlı rəhbərləri tərəfindən verilmiş sənədlər hazırlamışdılar. Ermənilər və onların xristian havadarları tərəfindən türkləri şantaj etmək üçün aparılan intensiv təbliğat kampaniyasının mahiyyətini formalaşdıran da elə bu idi. Bu təbliğat kompaniyasının yekun nəticəsi də bu oldu ki, bir çox xalqlar kütləvi köçürmə əməliyyatını yanlış olaraq soyqırım kimi qavradılar. Parlament 1915-ci il may ayının 27-də “köçürülmə haqqında qanunu”u təsdiqlədi. Bu barədə iyunun 1-də rəsmi dövlət qəzetində məlumat dərs olundu və dərhal tətbiq edilməyə başlandı. O da qeyd edilməlidir ki, Osmanlı hökuməti dünya tarixində bu cür radikal ölçü götürən yeganə dövlət olmamışdır. Amerika da daxil olmaqla, bir çox qərb dövlətləri milli təhlükəsizlik maraqları naminə əhalisinin böyük hissəsini köçürmək kimi tədbirləri görmüşlər. Qanun Osmanlı imperiyasında yaşayan ermənilərə tətbiq edilmədi. Qanun yalnız bir neçə əyalətin əhalisinə, terrorçuluq fəaliyyətlərini yüksək həddə çatdırdığı əyalətlərin əhalisinə qarşı tətbiq olundu. İzmir, İstanbul, Ədirnə və bir neçə digər əyalətlərin erməni əhalisinə toxunulmadı. Köçürmə Krotestant, katolik kilsəsinə mənsub olan ermənilərə, o zamankı hökumətin dövlətin idarələrində qulluq edən sadiq ermənilərə, xəstələrə, əlillərə, yaşlılar, yetimlər və dul qadınlara aid edilmədi.
İmkansız kateqoriyaya mənsub olan insanlar yetimxanalarda və tamamilə mühafizə edilən kənd evlərində yerləşdirilmişdilər və onların bütün tələbatları dövlət tərəfindən ödənilirdi. Erəmənilərin köçürülməsi zamanı onların təhlükəsizliyi ilə bağlı ətraflı təlimat verilmişdi. Amma sərhədlərdəki vəziyyətin çətinliyi, erməni terroru köçürülən əhalinin yolda təhlükəsizliyini tam təmin etməyə imkan vermirdi. Köçürülmə ilə bağlı təlimatlarda evakuasiya zamanı insanların yeməklə təminatı, köçürülənlərin daşınmaz və daşınan əmlakının tam dəqiq siyahının hazırlanması və.s. məsələlər daxil edilmişdi. Köçürülənlərdən bircəciyini belə öldürməyi, onların əmlakını dağıtmağı, yazılan təlimatlardan azacıq da olsa kənara çıxmağı ağlından belə keçirmək istəyənlərə ciddi xəbərdarlıq edilirdi. Dövlət məmurları isə cinayət törətdikləri halda həbs və hətta edam hökmü kimi sərt cəzalarla cəzlandırılacaqları barədə xəbərdar edilmişdilər. Köçürülmə prosesi 1916-cı il fevral ayının 8-də dayandırıldı. Birinci Dünya müharibəsinin bitməsindən sonra vaxtilə məcburi şəkildə köçürülmüş ermənilərə arzu edilərsə əvvəlki məskənlərinə qayıtmaları üçün icazə haqqında qərarlar verildi. Hökumətin niyyəti, dövlətin əleyhinə təxribatlar törədən erməniləri zərərsizləşdirmək, onların milli məqsədləri olan Osmanlı ərazisində Ermənistan dövləti qurmaq yönündə fəaliyyətlərini davam etdirmələrinin qarşısını almaq idi. Bir çox qərb tarixçiləri məlum köçlə bağlı mövzularda tədqiqatlar aparmışlar və onların bəziləri belə nəticəyə gəlmişlər ki, erməni, köçkünlərinin təzyiqə məruz qaldığı ərazilərin əksəriyyəti hökumətin nəzarətinin zəif olduğu ərazilər idi. Digər tərəfdən yerli müsəlmanları erməni köçkünlərinə hücuma təhrik edən səbəb öz ailələrinin və yaxınlarının ruslar və ermənilər tərəfindən qətlə yetirilməsi idi. Əgər Osmanlı hökumətinin öz erməni vətəndaşlarının genosidini həyata keçirmək kimi niyyəti olsaydı, bunu çox qısa bir zamanda həyata keçirərdi. Buna görə də Osmanlı hökumətinin uydurulan və himayə edilən bu erməni genosidində heç bir günahı yoxdur.
İndi də ermənilərin və onların havadarlarının əl atdıqları bəzi saxtakarlıqlarının məqamlarına nəzər yetirək. Saxta bir sənəd vardır ki bu sənəddə bir şəkil təsvir olunub, bu da xatırlatma üçün kitabçanın baş səhifəsində çap olunub. Burada Birinci Dünya müharibəsi zamanı Türkiyədə qırğına məruz qaldıqlarını iddia edən erməni kütləsinin təbliğatçıları tərəfindən irəli sürülən insan kəllələri piramidası göstərilir. Kətan üzərində çəkilən bu şəkil ermənilər tərəfindən məharətlə istifadə edilmişdir və erməni soyqırımının sübutu kimi təqdim olunmuşdur. Türklərə böhtan atmaq məqsədi daşıyan bu təbliğat şəkildən bir açıqca kimi, insanları aldatmaq üçün istifadə edilirdi və şəklin altında 1915-1917-ci illər yazılmışdı. Həqiqət budur ki, qeyd olunan şəklin erməni soyqırımı ilə heç bir əlaqəsi yoxdur. Bu qəsdən edilmiş bir saxtalaşdırmanın formasıdır ki, dünyanı heç vaxt baş verməyən erməni genosidinə inandırsınlar. Şəkil “Müharibənin Anofizi” adlı orijinal şəkildən götürülmüşdür ki, bu da 1871-1872-ci illərdə rus rəssamı Vasili Vereşşaqin tərəfindən çəkilmişdir. Rəssam 1904-cü ildə, qondarma erməni soyqırımından on bir il əvvəl vəfat etmişdir. Kətan üzərində olan bu iş uydurulmuş 1915-ci il hadisələrindən 44 il əvvəl çəkilmişdir və onun mövzusu ermənilər deyildir. Bu saxtakarlığa aydınlıq gətirən professor Türkkaya Ataöv olmuşdur.
Yalan sənədlərin tanınmış insanlara təqdim edilməsi erməni təbliğatının sevimli əyləncəsinə çevrilmişdi. Bununla əlaqədar olaraq, onlar ictimaiyyətin ermənilərin soyqırımı iddiasını dəstəkləməsi üçün Mustafa Kamal Atatürk və Hitler arasında paralel aparan medianın diqqətini çəkməyə çalışırdılar. İddia olunurdu ki, 10 aprel 1921-ci ildə Türkiyənin Böyük Millət Məclisinə xitabında, guya Atatürk, Gənc Türklər rejimi tərəfindən Birinci Dünya müharibəsi dövründə erməni əhalisi nə qarşı soyqırım törədildiyini qəbul edib. Hətta Ceyms Taşçiyan tərəfindən yazılan və Bostanda erməni icmalında dərs edilən məqalədə qəbul edildi ki, Atatürk heç vaxt belə bəyanat verməyib. Atatürkün nitqi ilə əlaqədar erməni iddiasının mənasızlığı Böyük Millət Məclisinin sənədlərini araşdıran türk tədqiqatçıları tərəfindən təsdiqlənmişdir. Sənədlər sübut edir ki, 1921-ci il 10 aprel tarixində Türkiyə parlamentinin heç bir iclası keçirilməmişdir.
Daha bir yalan Amerikada ali hökumət dairələrində əhəmiyyətli təsirə malik olan adi əmlak sahibi Henri Morqentoniya məxsusdur. O, prezident seçkisi kompaniyası (1912) müddətində V.Vilsona yardım etmişdi. Morqentan ümid edirdi ki, hökumətdə Maliyyə naziri vəzifəsini tutacaq ancaq onun qisməti Osmanlı imperiyasının və türklərin bədbəxtliyindən İstanbula səfir təyin olunmasından ibarət oldu. O, 1913-cü il noyabr ayında İstanbula gəldi və Türkiyədə 26 ay xidmətdə olduqdan sonra 1916-cı ildə Birləşmiş Ştatlara geri döndü. Səfir Morqentan Türkiyədə olduğu müddətdə onun təlimatçısı, məsləhətçisi, tərcüməçisi və sirdaşı Arşaq Şamovonyan, katibi isə Haqor Avıdonyan idi. Morqenton Qmerikaya qayıtdıqdan sonra da bu ermənilər onun ətrafında olublar. Morqentan gizlətmədən bəyan edirdi ki, türklər “daxili irqdəndirlər” və “daxili qana malikdirlər. Morqentan Amerikada “Səfir Morqentaunanun hekayəsi” adlı kitab yazdı.
Mehdi Məmmədov,
tarix müəllimi
(Ardı var)

Şərh Yaz