İş birliyi inkişafa yol açır

İş birliyi inkişafa yol açırBələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.
Bu baxımdan İsmayıllı bələdiyyəsi də hesabat dövründə müəyyən işləri reallaşdıra bilib.
2017-ci il üzrə 178573 manat gəlir planlaşdırıldığı halda, mədaxil 184024 manat olub. Hesabat dövründə büdcə proqnozuna 103,1 faiz əməl olunub ki, bu da büdcənin 5451 manat artıq yerinə yetirilməsi deməkdir.Redaksiyadan: Fevral ayının 21-də İsmayıllı bələdiyyəsi 2017-ci ildə gördüyü işlər barəsində şəhər sakinləri qarşısında hesabat verib.
Bələdiyyə sədri Pərviz Ağayev məruzəsində bələdiyyənin il ərzində həyata keçirdiyi işlərdən, bələdiyyə büdcəsinə daxilolmalardan, eləcə də gəlirlərin hansı istiqamətlər üzrə xərclənməsindən danışıb. O, İsmayıllı şəhəri ərazisində aparılan abadlıq, quruculuq işlərində, sosial infrastrukturun yaxşılaşdırılmasında özünüidarəetmə orqanı kimi bələdiyyənin də müəyyən rolu olduğunu vurğulayıb.
Görülmüş işlərin maliyyə imkanları daxilində olduğunu vurğulayan məruzəçi seçiciləri vergilərin ödənilməsində fəallıq göstərməyə dəvət edib və maliyyə imkanları artacağı təqdirdə mövcud problemlərin daha asanlıqla aradan qaldırılmasının mümkünlüyünü diqqətə çatdırıb.
Sədrin məruzəsi dinlənildikdən sonra bələdiyyə yanında Yerli iqtisadi-inkişaf və sosial məsələlər daimi komissiyasının sədri Şahməmməd Soltanov, Ekologiya məsələləri daimi komissiyasının sədri İsmayıl Tarverdiyev, Büdcə məsələləri daimi komissiyasının sədri Raman Ağayev komissiyaların illik fəaliyyəti barədə açıqlama veriblər.
Şəhər sakinlərindən Cavanşir Sadıqov, Heybət, Balayev, Akif Əsədov, Məleykə Lətifova, Roman Səfərov və başqaları İsmayıllı bələdiyyəsinin işindən razılıqla danışıblar. İsmayıllı şəhərində son beş ildə gedən inkişafda ölkə prezidenti cənab İlham Əliyevin, rayon rəhbərliyinin diqqət və qayğısını hər an duyduqlarını bildirən sözçülər ötən üç ildə verilən hesabatlardan fərqli olaraq bələdiyyənin 2017-ci ildəki fəaliyyətini qənaətbəxş sayıb, görülmüş işlərə kafi qiymət verilməsi təklifi ilə çıxış ediblər.
Hesabat yığıncağında İsmayıllı şəhər sakini kimi rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova da iştirak edib. O, hesabat ilində bələdiyyənin işdə yarada bildiyi müsbət dönüşü dəyərləndirərək, bələdiyyənin daha sevindirici uğurlara imza atacağına ümidvar olduğunu bildirib.

Büdcəyə daxilolmaları göstərdikdə torpaq vergisinin 20086 manat, əmlak vergisinin 22664 manat,
küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün ödənişlərin 6455 manat, bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn gəlirlərin 89139 manat, ticarət obyektlərindən torpaq icarə haqlarının 25006 manat, əkin sahələrinə görə icarə haqqının 8534 manat, bələdiyyə əmlakının icarəsindən 2700 manat, avtomobil dayanacaqlarından 2340 manat, mehmanxana rüsumunun100 manat, hüquqi şəxslərin maliyyə yardımının 7000 manat olduğunu qeyd etmək lazımdır.
İş birliyi inkişafa yol açırBüdcəyə daxilolmalar 2016-cı ilin eyni vaxtı ilə müqayisədə 3,3 dəfə və ya 128103 manat artıb.
Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 178573 manat əvəzinə 182259 manat təşkil edib ki, bu da proqnoza 102,1 faiz əməl olunması deməkdir. Xərclər 2017-ci il üzrə proqnozlaşdırıldığından 3686 manat artıq olub.
Bələdiyyə büdcəsinin məxaric hissəsinə nəzər yetirdikdə bəlli olur ki, yerli özünüidarəetmə orqanlarının saxlanması xərclərinə105668 manat, sosial müdafiə və sosial təminat xərclərinə 670 manat, mədəniyyət, kütləvi informasiya və bədən tərbiyəsi xərclərinə 2078 manat, mənzil kommunal təsərrüfatı, abadlıq xərclərinə 58309 manat, digər xərclərə isə (reyestr və kadastr xidmət xərcləri) 15534 manat vəsait sərf olunub.
Azərbaycan Respublikası “Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar 2015-ci ilin yanvar ayının 1-dən etibarən bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyəyə ödənilməlidir. İsmayıllı şəhər sakinlərinin 1 yanvar 2017-ci il tarixə 83870 manat vergi borcları olmasına baxmayaraq, hesabat ilində cəmi 42750 manat və ya bu məbləğin 51 faizi həcmində vergi poçt şöbələri vasitəsilə bələdiyyənin hesabına ödənilib.
2017-ci il üçün praqnozlaşdırılmış 26500 manat torpaq vergisinə qarşı 20086 manat və ya 75,8 faiz, 21300 manat əmlak vergisinə qarşı 22664 manat və ya 106,1 faiz ödəniş edilib. 2016-cı illə müqayisədə torpaq vergisinin yığımında 5727 manat, əmlak vergisində isə 13209 manat artım olub.
İş birliyi inkişafa yol açırHesabat ilində şəhər ərazisində mövcud 8234 vergi ödəyicisindən 5793-nə və ya 70,1 faizinə bələdiyyəyə olan borcları göstərilməklə tədiyyə bildirişləri paylanıb. Bildirişlərdə göstərilən borcların ümumi məbləğinin 178964 manat olmasına baxmayaraq, 2017-ci ildə cəmi 2125 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak edib ki, bu da tədiyyə bildirişi verilənlərin 36,7 faizini təşkil edir. Yəni İsmayıllı şəhərində təxminən hər üç vergi ödəyicisindən biri bələdiyyəyə olan borclarını vaxtında ödəyir.
İş birliyi inkişafa yol açır2017-ci il ərzində 213 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilib. Onların ödənilməyən vergi borcları 19220 manatdır.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vergiləri ödəmədiyinə görə 3 nəfərin sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayıllı rayon İcra Şöbəsinə göndərilib.
Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, İsmayıllı rayonunda da son illərdə görülən abadlıq-quruculuq işləri göz qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Г‡ox istərdik ki, rayonda, İsmayıllı şəhərində gedən inkişafda bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün ilk növbədə bələdiyyənin də maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.
Hesabat dövründə 12 yığıncaq keçirilib, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılan məsələlər lə bağlı 112 qərar qəbul edilib. Hesabat dövründə bələdiyyəyə 1273 nəfər müraciət edib. Onların 961 nəfəri ayarış və digər sənədlər almaq üçün,79 nəfəri müxtəlif məzmunlu ərizə ilə müraciət edib. Bələdiyyənin sədr və müavinlərinin qəbulunda 233 vətəndaş olub və onların qaldırdıqları məsələlərə baxılıb.
Bələdiyyədə maliyyə imkanlarının aşağı olmasına baxmayaraq, üzvlərinin yaxından köməkliyi ilə şəhər ərazisində bir sıra işlər görülüb.
Şəhərin M.F.Axundov küçəsində uçulub dağılmaq üzrə olan piyada səkiləri təmir edilib və gediş-gəliş üçün normal vəziyyətə gətirilib.
Bayramlarda və digər əlamətdar günlərdə, ümumrayon tədbirlərinin keçiriləcəyi ərəfədə şəhərin bayramsayağı tərtibatı bələdiyyə tərəfindən təmin olunub.
İş birliyi inkişafa yol açırBələdiyyənin “Abad məhəllə” layihəsi çərçivəsində şəhərin M.F.Axundov küçəsindəki 34A saylı yaşayış binasının qarşısında abadlıq işləri aparılıb. Belə ki, metal torla əhatələnmiş həyətin kənarları müasir üslubda mişar daşı ilə hörülüb, suvanıb və rənglənib, oturacaqlar qaydaya salınıb. Əraziyə 120 kvadratmetr döşəmə daşı düzülüb. Həyətin işıqlandırılmasından ötrü 19 ədəd işıqlandırma fanarı quraşdırılıb.
Şəhərin R.Mahmudov küçəsində yerləşən “Şəhid bulağı”nda cari təmir işləri aparılıb.
21 may 2017-ci il tarixdə leysanla müşayət olunan güclü külək nəticəsində irigövdəli ağacın sınaraq bələdiyyə binasının üzərinə düşməsi nəticəsində binanın dam örtüyünün sıradan çıxmış hissəsi təmir edilib.
Şəhərin Natəvan küçəsində yerləşən və uzun illər təmirsiz vəziyyətdə olan “Mərasim evi” əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilib.
Bundan başqa şəhərin S.Mehdiyev küçəsində iki min nəfərdən artıq sakinin yaşadığı yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən əsaslı körpünün olmaması səbəbindən uşaqların məktəbə gediş-gəlişi, nəqliyyatın hərəkəti üçün yaranan çətinlikləri nəzərə alaraq ötən ilin noyabr-dekabr aylarında orada 9 metr eni, 7 metr uzunluğu olan körpü əsaslı şəkildə tikilərək istifadəyə verilib. Ötən il dekabr ayınının 14-də məhəllə sakinlərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə həmin körpünün təntənəli açılışı olub.
İl ərzində şəhərin M.Cavadov, 28 May, Babək, M.Hadi, Nuru Paşa, İstiqlal, Təbriz və digər küçələr çınqıl örtüyü verilməklə hamarlanıb.
Heydər Əliyev prospektin şimaldan girişində ulu öndərin 18 kvadratmetrlik portreti bərkidilmiş metal konstruksiyalı transparant quraşdırılıb.
Bələdiyyəyə ərizə ilə müraciət edən 5 nəfər imkansız şəhər sakininə 670 manat məbləğində maddi yardım göstərilib.
2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılıb. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 4870 ev həyətyanı torpaq sahəsi ilə birlikdə, 1976 hektar əkin, 120 hektar bağ, 210 kommersiya təyinatlı vergitutma obyekti yenidən qeydiyyata alınaraq qanunvericiliyə uyğun şəkildə vergiyə cəlb edilib. Hazırda bu iş davam etdirilir.
İsmayıllı bələdiyyəsinin 1 yanvar 2018-cı il tarixə 29712 manat borcu vardır ki, bu da əsasən DSMF-na, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə, əlaqədar təşkilatlara üzvlük haqlarından ibarətdir. Borclu qalmağımıza səbəb isə vergi ödəyicilərinin bələdiyyəyə olan borclarını ödəməməsidir.
Şəhər sakinlərinə bələdiyyəyə olan vergi borclarını təcili ödəmələri bir daha xatırlanır. Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.
Şəhər sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək də vacibdir. Bəzi sakinlər sanki şəhərdə yaşadıqlarını unudaraq həyətyanı sahələrindən çıxan müxtəlif növ tullantıları – söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazaları ətrafına yığırlar. Mişar daşını, çınqıl, qum, müxtəlif növ boruları, digər metalları küçəyə atıb, bəzi hallarda yanını da metal torla bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən işin icrasına, texnikaların hərəkətinə ciddi maneçilik törədir. Həyətlərin çəpəri, hasarı boyu bitən alaq otlarını, kolları təmizləmirlər və nəticədə həmin yerlər zibilliyə çevrilir. Bu barədə vətəndaşlara dəfələrlə söhbətlər aparılsa da, nəzərə çarpacaq nəticə əldə olunmayıb. Görünür, belələri haqlarında inzibati tədbirlər görülməsini istəyirlər.
Güman edirəm ki, məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və nüfuzlu şəhər əhalisinin köməkliyi ilə tezliklə bu cür məsələlərin həllinə nail olacağıq.
Doğrudur, bu gün problemlər də mövcuddur. Lakin əminik ki, bələdiyyə ilə seçicilər arasında iş birliyi qurmaqla mövcud problemlərin həllinin öhdəsindən gələcək, rayonun sosial-iqtisadi inkişafında daha fəal iştirak etmək imkanı qazanacağıq.

Şərh Yaz