Yaddas kitabcasi

Xocalı xalqımızın qan yaddaşıdır

Xocalı xalqımızın qan yaddaşıdırİsmayıllı Uşaq Yaradıcılıq İnkişaf Mərkəzində Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 23 fevral 2018-ci il tarixdə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva bildirib ki, fevral ayının 25-dən 26-na keçən gecə azərbaycanlıllara qarşı Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş soyqırımı törədilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva çıxış edərək xalqımıza qarşı törədilən bu soyqırımın heç vaxt undulmayacağını, erməni vandallarının öz cəzasına çatacaqlarını qeyd edib.
Xocalı xalqımızın qan yaddaşıdırTəhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov çıxış edərək bildirib ki, gənclərimiz Xocalı faciəsini yaddaşlarına əbədi həkk etməlidirlər. Bu hadisə gənclərimizin qan yaddaşıdır.
Sonra məktəblilər hazırladıqları ədəbi-bədii kompozisiya ilə çıxış etdiblər.
Şagirdlər o gecənin dəhşətlərini, ağrı-acısını söylənən şeirlər, səhnəciklərlə göstərməyə çalışıblar.
Ülviyyə Zeynalova

Şərh Yaz