Yaddas kitabcasi

Əhalinin tibbi müayinəsi mütəşəkkil keçir

Əhalinin tibbi müayinəsi mütəşəkkil keçir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən fevralın 12-dən başlanan əhalinin tibbi müayinəsi və dispanserizasiyası İsmayıllı rayonunda da mütəşəkkil qaydada həyata keçirilir.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov bildirib ki, rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 23 nəfərdən ibarət (özü sədr olmaqla) mütəxəssislərin və məsul şəxslərin iştirakı ilə komissiya və işçi qrupları yaradılıb. Müayinə başlananadək təchizat problemləri həll edilib, tibb müəssisələri tam hazırlıq vəziyyətinə gətirilib. Mərkəzi xəstəxana, poliklinika şöbəsi, uşaq poliklinikası, Lahıc qəsəbə və İvanovka kənd xəstəxanaları daxil olmaqla 16 yerdə əhalinin tibbi müayinəsi keçirilir. Fevral ayının 27-dək 9028 nəfər tibbi müayinədən keçirilib. Onlardan 197 nəfəri ambulator müalicəyə, 37 nəfəri stasionar müalicəyə qəbul olunub, 20 nəfər Respublikanın ixtisaslaşmış müalicə müəssisələrinə göndərilib. Müayinələr davam etdirilir.
Əhalinin tibbi müayinəsi mütəşəkkil keçir
Əhalinin tibbi müayinəsi mütəşəkkil keçir Əhali bütünlüklə bu dəyərli aksiyaya, hər bir vətəndaşın sağlamlığı qayğısına qaldığına görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildirir.
Mərkəzi xəstəxana və uşaq poliklinikasında hərtərəfli müayinədən keçən İlham Abbasov, Oqtay Süleymanov, Kamran Muradov, Lətifə Əliyeva pulsuz tibbi müayinə aksiyasından razı qaldıqlarını, ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Şəhərin Heydər Əliyev prospekti 13 nömrəli evdə yaşayan 92 yaşlı Zalikə Baxşıyevanı həkimlər evində müayinə ediblər. O da Prezident İlham Əliyevə bu qayğıkeşliyinə görə təşəkkürünü bildirib.
İsmayıllı əhalisi hər il keçirilən tibbi müayinəni yüksək qiymətləndirir. Sağlamlıq baxımından daha ümidli olan insanlar hər bir sahədə daha səmərəli fəaliyyət göstərirlər.
Gülnarə Mirzəliyeva

Şərh Yaz