Kənd təsərrüfatı və sığorta işinin təbliği

Kənd təsərrüfatı və sığorta işinin təbliği 13 fevral 2018-ci il tarixdə Kürdmaşı kənd mədəniyyət evində kooperasiyaların yaradılması, sığorta işinin təbliği və kənd təsərrüfatı işlərinin gedişi, taxıl sahələrində gələcəkdə baş verə biləcək yanğın hadisələrinin ehtimalının minimuma endirilməsi, eləcə də bu istiqamətlərdə lazımi bilgilərin verilməsi ilə əlaqədar müvafiq qurumların, kənd təsərrüfatı məhsulları istehsalçıları və ictimaiyyətin nümayəndələri ilə tədbirin keçirilib.
Tədbirdə kooperasiyanın yaradılması ilə əlaqədar qanunvericilik bazasının formalaşdığı qeyd olunmuş, onun üstünlükləri və kənd təsərrüfatının inkişafı istiqamətində verəcəyi səmərə barəsində ətraflı müzakirələr aparılıb. Eləcə də sənədləşmə işinin aparılması qaydası ətraflı izah olunub.
Kənd təsərrüfatı və sığorta işinin təbliği Fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə İsmayıllı Sığorta Agentliyinin nümayəndəsi çıxış edib. O, bu sahədə olan normativ-hüquqi aktlardan və digər yeniliklərdən ətraflı danışıb və sığortalanmanın mexanizmi, qaydaları haqqında geniş məlumat verib.
Tədbirdə kənd təsərrüfatı işlərinin gedişi, hal-hazırda aparılması vacib olan aqrotexniki əməliyyatların həyata keçirilməsi və gələcəkdə baş verə biləcək yanğın hadisələrinin ehtimalının minimuma endirilməsi istiqamətlərində müzakirələr davam etdirilib.
Rayon İcra Hakimiyyətinin məsul işçisi, bu sətirlərin müəllifi Şahin Hüseynov, Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisi Paşa Məmmədov və İsmayıllı Sığorta Agentliyinin nümayəndəsi Nahid Şərifov tədbirdə iştirak edib və verilən çoxsaylı sualları cavablandırıblar.
Şahin Hüseynov

Şərh Yaz