Milli Qəhrəman anılıb

Milli Qəhrəman anılıb                   İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə fevral ayının 7-də Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanıb.
Ardınca Vətənimizin müstəqilliyi uğurunda şəhidlik zirvəsinə yüksələn igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, 6 nömrəli tam orta məktəbinin direktoru Qalib Bəşirov, Səfərbərlik və Hərbi Xidmətə Г‡ağış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin nümayəndəsi Röyal Musayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin nümayəndəsi Kamil Dadaşov çıxış edərək Mübariz İbrahimovun qəhrəmanlığından geniş söz açıbar.
Milli Qəhrəman anılıb                   Г‡ıxış edənlər qeyd ediblər ki, İsmayıllı gəncləri Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş vətən övladlarının ruhu qarşısında özlərini həmişə borclu bilirlər. Bu borcu müxtəlif formalı, zəngin məzmunlu tədbirlərlə, anım və xatirə günləri, yürüşlər, ziyarətlər, ədəbi-bədii kompozisiyalar və flaşmoblarla yerinə yetirirlər.
Sonda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş film nümayiş olunub. Şəhər 6 nömrəli tam orta məktəbinin şagirdləri hazırladıqları ədəbi-bədii kompoizisiyanı nümayiş etdiriblər.
Xəyyam Məmmədov

Şərh Yaz