İsmayıllı rayonunun rəng komponentli oykonimləri

İsmayıllı rayonunun rəng komponentli oykonimləri          İsmayıllı rayonu Böyük Qafqaz dağlarının cənub-qərb ətəklərində yerləşir. Rayonun etnik tərkibi müxtəlifdir. Burada azərbaycanlılarla yanaşı, ləzgilər, ruslar, gürcülər, yəhudilər və başqa xalqlar yaşayırlar.
İsmayıllı rayonunun etnik tərkibində olan rəngarənglik buranın onomastik layına da öz təsirini göstərmişdir. Buna baxmayaraq, rayon ərazisində Türk-Azərbaycan mənşəli yer-yurd adları öz kəmiyyəti ilə fərqlənir, daha dəqiq desək, rayondakı oykonimlərin yarıdan çoxu türk mənşəlidir. İsmayıllı rayonu ərazisində rəng tərkibli toponimlər öz semantik xüsusiyyətləri ilə seçilir. Ərazidə rəng bildirən oykonimlərə Qarakolluq, Qaraqaya, Ağbulaq və Göytəpə kəndlərini misal göstərə bilərik.
Müxtəlif vaxtlarda türk xalqlarında rəng simvolik xarakter daşımışdır. Uyğur yazılı abidələrində dünya dörd rənglə işarələnmişdi: 1) şərq –“ göy, yaşıl, əjdaha; 2) qərb – ağ, pələng; 3) cənub –“ qırmızı; 4) şimal –“ qara, ilan.
Belə rənglərə bölmüşdülər: cənub –“ qırmızı, şimal –“ qara, şərq –“ mavi, qərb –“ ağ, sarı –“ zenit.
Rənglərlə bağlı ətraflı məlumatlarla N.A. Kononovun əsərlərində rast gəlmək olur. O, türk dillərində – “qara” sözünün aşağıdakı məna çalarlarını qeyd edir:
* “Qara” sözü –“ a) qara, qaranlıq, qəzəbli, qəmli; b) mal –“ qara, xalq, döyüşçü, kütlə; c) yer, quraqlıq; d) təpəcik, dağ.
* Sözün bir mənasını Mahmud Kaşğari izah edərək yazırdı ki: “Hakamye hanlarına kara dener. Bogra Kara Hakan gibi.”(1, s. 55)
* “Kitabi-Dədə Qorqud” eposunda “qara” epitetini ata və ya igidin silahına aid edirlər. Eposda “qara” sözü həm də igidlik və cəsarətlik sözləri ilə sinonim kimi verilir. A.Cəfəroğlunun fikirlərinə görə də “Kitabi-Dədə Qorqud” eposu qəhrəmanlarının adlarında qara “cəsarət və güclülük” sinonimi kimi verilib. Tədqiqatçıların fikrincə “hidronimlərdə “qara sözü təkcə suyun rəngini bildirmir.
E.Q.Mehrəliyevin fikrincə “qara” və “ağ” hidronimlərdə keyfiyyət bildirir.(1, s.56).
T.Əhmədovun fikrincə isə “qara” və “ağ” komponentləri coğrafi obyektlərin birinin digərinə nisbətən uzun və qısalığını, böyük və kiçikliyini, onların tutduqları ərazilərinin həcmini bildirməyə xidmət edir. Deyilənlərə əsasən belə bir qənaətə gəlmək olar ki, dilimizin qədim dövrlərində “ağ” və “qara” sözləri “qısa və uzun” semantik çalarlarına da malik olmuş, daha doğrusu “ağ” sözündən qısalıq, “qara” sözündən isə uzunluq ölçü vahidi bildirən söz kimi istifadə edilmişdir.(1, s. 56)..
XIII əsr Qərbi Avropa mənbələrində “Qara dənizin adı “Böyük dəniz” kimi verilir. E.Г‡.Skrjinskaya belə bir fikir irəli sürür ki, “Qara dəniz” adının meydana gəlməsində məhz yunan dilində sözün fonetik səslənməsi “Mare maggiore” –“ “Böyük dəniz” mühüm rol oynamışdır. Yunan dilində “mavros, mare” qara deməkdir. Qərbi Avropa səyahətçiləri onu “Böyük dəniz” adlandırırdılar. Deyilənlərin nəticəsində belə bir sual yaranır: Bəs türk dillərində Qara dənizi necə izah etməli? “Qara dəniz” yoxsa “Böyük dəniz?” V.V.Bartold şübhə etmirdi ki, “qara” sözü burada “qara” mənasını deyil, “böyük”, “mühüm”, “qorxulu” mənasını verməlidir.
Bütün bu deyilənlərdən sonra aydın olur ki, İsmayıllı rayonu ərazisində yerləşən “Qarakolluq” oykoniminin semantik mənası “sıx kolluq”, “çoxlu kolluq” olan yer, “Qaraqaya” oykoniminin semantik mənası isə “böyük”, “mühüm”, “qorxulu” qaya deməkdir.
İsmayıllı rayonu ərazisində olan rəng komponentli oykonimlərdən biri də Ağbulaqdır. Türk dillərində “ağ” sözünün aşağıdakı mənaları vardır.
* Ağ, 2) Təmiz, 3) Gözəl, 4) Düz, 5) Ağartı, 6) Süd məhsulları, 7) Zülal. Ağ sözü də “qara”, “sarı”, “göy” sözləri komponent kimi istifadə edilir:
* Şəxsi onomastikada
* etnonimlərdə
*Coğrafi adlarda
*Sosial terminologiyada xeyirxah, sadə xalq
*Heyvan, quş, balıq, bitki adlarında
Ağ sözü türk dillərində “qərb” sözünü bildirmək üçün istifadə edilib. Aralıq dənizi türklərdə “qərb dənizi” kimi. Müqayisə edək: Xəzər dənizinin türk adlarından biri “Ağ dəniz” –“ “Qəbr dənizi” adlanır.
Görünür, bu səbəbə görə rus çarları “ağ çarlar” adlandırılıb. Anadolunun türk ləhcəsində birinci komponenti “ağ” sözü olan söz birləşmələri geniş yayılmışdır: ak, akca, akça, ak yel, akça yel, akça orüzgar, akça rüzgar. Qırğız dillərində isə “ağ”ın sinonimi: ağ rəng, kuba, kuba quzu külək.
Şimali Qafqazda isə 2 çay adı –“ Kuban və Kuma N.A.Kononovun fikrincə bəzi mikrohidronimlərdə “ağ” sözü istiqamət, cəhət mənasını bildirir. (2, s. 156-179)
Gürcüstan ərazisindəki inzibati rayonlardan birinin adı Ağbulaq adlanır. (Tbilisi şəhərindən 45 km. aralı).Sonradan bu rayonun adı dəyişdirilərək “Tetriçkaro” adlandırılmışdır. Konstantin Boqryanorodnıy yazırdı ki, Dnestr çayının sağ sahilində boşalmış şəhərlər vardır. Birinci şəhər peçeneqlərdə “Ağ” adlanır. Ona görə ki onun daşları ağdır. İdrisinin yazılarında birinci heca “ağ” elə “ağ” mənasını da verir. Ola bilər ki, İdrisi Belqorod adında Kostantin Boqnyanorodnıyının yunan tərcüməsində verdiyi adı qoruyub saxlayır. Əgər bu belədirsə, peçeneqlər şəhəri yalnız bir amilə görə – qərbdə yerləşdiyinə görə ağ adlandıra bilərlər.
Belə qənaətə gələ bilərik ki, ilk növbədə Ağbulaq oykonimi hidronim mənşəlidir. Hidronim kimi götürdükdə Ağbulaq –“ ağ, təmiz, gözəl, saf suyu olan bulaq deməkdir. Oykonim kimi götürdükdə isə Ağbulaq –“ ağ istiqamət bildirdiyinə görə hansısa bir obyektdən qərbdə yerləşdiyini bildirir.
Göy müasir dillərdə aşağıdakı mənalarda işlənir:
* Göy –“ yer üzünün üzərində mavi qübbə kimi görünən, fəza, boşluq;
* Göy –“ səma rəngi, mavi rəng;
* Göy –“ yaşıl, göy meşə, göy çəmən mənasındadır.
* Göy –“ səma rəngi, mavi rəng;
Anadolu ləhcəsində göy sözünün aşağıdakı mənaları vardır:
1) Şimal –“ şərq –“ külək; 2) şimal –“ qərb və qərb külək; 3) cənub –“ külək.
Amma “göy yeli” sözünü dedikdə “bütün istiqamətli külək” mənasını verir. Göy sözü barədə E.Koyçubayevin fikirləri maraqlıdır. Müxtəlif göy sözünü “səma” sözünün sinonimi kimi izah etmişdi (1, s. 61).
A.N.Kononov isə ümumiyyətlə, türkologiyada bu sözün məna variantlarını izah etmişdir:
1) göy, 2) mavi, göy rəngi, 3) açıq rəng, 4) yaşıl, 5) cavan ot, 6) buğda, 7) çəmənlik.
Göy sözü coğrafi adlarda (hidronim və oronim) birinci komponent kimi çıxış edir.
“Göy su” sözü Orta Asiyada, eləcə də Azərbaycanda geniş arealda yayılmışdır. Su adlarından göy sözü əsasən səma rəngi, mavilik, təmizlik mənalarını verir.
Bu baxımdan İsmayıllı rayonu ərazisindən axan Göyçay çayının semantik mənasını təmiz, göy suyu olan çay, Göytəpə oykonimi isə “göy”, “yaşıl”, “çəmən”, “meşə”, “təpə” kimi izah etmək olar.
Cəlilabad rayonunda da Göytəpə adlı şəhər tipli qəsəbə mövcuddur.
Zarema Əliyeva,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu

Şərh Yaz