Uşağın tərbiyəsində ailənin rolu

Uşağın tərbiyəsində ailənin rolu              Uşaq anadan olduğu gündən onun tərbiyəsi başlayır. Filosoflardan biri belə demişdir: “Bəli, hər bir uşağın tərbiyəsi onun ailəsindən başlayır və məktəbdə, cəmiyyətdə davam edir”.
Lakin bir çox valideynlər bunun fərqinə varmır, uşağı necə gəldi, ya özləri bildikləri kimi tərbiyə edirlər. Məlumdur ki, hər bir ailə öz daxili, yazılmamış qanunları ilə yaşayır və elə bu səbəbdən də məktəbdə müxtəlif xarakterli uşaqlara rast gəlirik.
Valideynlər var ki, ümumiyyətlə, tərbiyənin nə olduğunu, uşağa necə verildiyini bilmirlər. Uşaq gün ərzində tərbiyəvi məna, məzmun kəsb edən sözləri valideynlərindən eşidir, səhvi olduqda ata-ana tərəfindən danlanır, cəzalar alır. Belə hallarda valideynlər özlərini vəzifələrini yerinə yetirmiş sayırlar. Bəs, görəsən, valideynin gün ərzində davranışı tərbiyə baxımından uşağı qane edirmi? Əgər ata evdəkilərə hörmət etmirsə, tərbiyəli uşaqdan necə danışmaq olar?
Uşağın tərbiyəsində ailənin rolu              Axı uşaq əksər hallarda tərbiyəni sözdən yox, hərəkətlərdən götürür. Evin kişisi, ata evdə valideynlərinə, həyat yoldaşına qarşı hörmətsizlik edirsə, həmin evdən məktəbə gələn uşaq məktəbdə müəllimlərinə, özündən kiçik uşaqları hörmətsiz yanaşır. Bəzi ailələrdə uşaq yalnız atadan qorxur, ana da onu hər hansı xoşagəlmçəz hərəkətinə görə elə atası ilə hədələyir: Atan gələndə, hamısını deyəcəyəm deyib uşağı düzgün rəftara dəvət edir. Yeri düşdükdə isə fəxrlə “atasından it kimi qorxur” – deyir. Görəsən, belə bir uşağı cəmiyyətdə nə ilə qorxutmaq, pis yoldan çəkindirmək mümkün olacaqdır?
Uşağın valideynlərindən qorxması da normal hal deyil. Bunun fəsadları zaman keçdikcə üzə çıxır. Belə uşaqlar yalan danışmağa meyilli olurlar. Evdə ata-ananın ona qarşı etdiyi hökmranlığı o da digər, gücü çatdığı uşaqlara qarşı edir. Özündən zəif uşaqları incitməkdən həzz alır.
Valideynlər çalışmalıdırlar ki, verdikləri tərbiyə ilə uşağın məktəbdən aldığı tərbiyə üst-üstə düşsün. Bunun üçün valideyn-məktəb əlaqəsi möhkəm olmalıdır. Valideynlər övladlarının məktəbdəki davranışı, dostluq etdiyi uşaqlar haqqında məlumatlı olmalıdırlar. Г‡ətin anlarda məktəbin psixoloquna müraciət etməli, onun köməyindən faydalanmalıdırlar.
Onu da qeyd edim ki, Təhsil Nazirliyinin 28 avqust 2017-ci il tarixli 261 в„–-li əmri ilə 2018-ci il “Təhsildə keyfiyyət ili” elan olunub.
Bu da həm müəllimlərin, həm də valideynlərin qarşısında böyük vəzifələr qoyur. Şagirdlərin bilik səviyyəsinin yüksək olması üçün müəllim və valideynlər birlikdə səy göstərməlidirlər. Təhsil və tərbiyənin mənimsənmə və mənimsədilməsində psixoloji durumun rolu böyükdür. Bu sahədə məktəb psixoloqlarının üzərinə də məsuliyyətli yük düşür.
Uşaqların düzgün tərbiyələnməsində valideynlərlə yanaşı hər bir məktəb psixoloqu da əlindən gələni etməlidir. Televiziyada uşaqların düzgün tərbiyələnməsi ilə bağlı psixoloji verilişlər nümayiş etdirilməlidir. Hər bir valideyn başa düşməlidir ki, onun böyütdüyü uşaq sabahın vətəndaşıdır və buna görə özündə ciddi məsuliyyət hiss etməlidir. Valideyn hansı xarakterə, imkana sahib olmasına baxmayaraq övladının tərbiyəsini düzgün qurmalıdır.
Uşağın tərbiyəsində ailənin rolu              Bir daha qeyd edək ki, uşaqların tərbiyəsi işi kiçik yaşlarından başlayır. Özümün və bir çox psixoloqların apardığı müşahidə və tədqiqatlara əsasən, tərbiyələndirmə baxımından azyaşlı uşaqlarla davranışın bəzi vacib aspektlərini valideynlərə tövsiyə edirəm:
* Г‡alışın ki, uşaqlarınızı problemlərinizin olmadığı rahat bir şəraitdə dinləyəsiniz;
* Onlarla daha çox vaxt keçirməyə çalışın və daha çox ünsiyyətdə olun. Adətən, valideynlərlə ünsiyyətdə olmayan uşaqlar bu boşluğu televizor, internet vasitəsi ilə doldururlar. Bu zaman valideynlərlə qarşılıqlı mübadilə kəsilməklə bərabər həm də uşağın nitqi inkişafdan geri qalır.
* Problemlərinizi uşaqlarınıza deməyin. Necə yaşamağınızdan asılı olmayaraq onlarla ünsiyyətdə sakit və səbirli olun;
* Uşaqlarınız öyrəndiyi hər hansı bir şeyi sizinlə bölüşərkən “bilirəm”, “bir də deməyinə ehtiyac yoxdur” ifadələrini işlətməyin. Uşağa “sus” demək əvəzinə “danış” deyin;
* Uşaqlarınızla uşaq olun. Birlikdə cizgi filmi seyr edin, oyunlar oynayın;
* Hər hansı problemi uşağınızın yerinə həll etməyin. Onların üzərinə kiçik problemlər “atın”. Bu zaman onlarda özünəinam, müstəqil hərəkət etmək kimi qabiliyyətlər formalaşacaq;
* Uşaqlarınızın səhv hərəkətlərinə, mənəvi və fiziki şiddətlərinə mənfi reaksiya ilə cavab verməyin. Onları təhqir etməyin, “səhvsən” demək əvəzinə, “ səni anlayıram” deməlisiniz;
* Onları tənqid etməyin. Г‡ünki insanlar hər zaman tənqidçilərdən qaçırlar. Belə davam etdikdə hər hansı problem və sıxıntısını sizinlə bölüşməyəcək;
* Uşaqlarınızın qəlbini qırmayın, əgər bilmədən belə bir şey etsəniz, bunu tez düzəltməyə çalışın;
* Uşaqlarınızla söhbət edərkən daha səmimi olun. Sözünüzü və məsləhətinizi qısa və konkret deyin. Uzanan sözün heç bir faydası olmur;
* Uşaqlarınızı sayın. Onlar sizinlə söhbət edərkən üzlərinə baxın və cavab verməyə çalışın;
* Uşağı əsəbiləşdirmək olmaz. Əgər uşağınız əsəbiləşibsə, ona tək qalmaq üçün bir az vaxt verin və s.
Uşaqlarınızı fiziki cəhətdən passiv böyütməyin. Onları hər hansı bir sadə işə alışdırın. Uşağa sərbəstlik, müstəqillik verin. Uşaq nə qədər müstəqil olsa, bir o qədər sözəbaxan olar.
Ata-ana olaraq çalışın uşaqlarınızı məhz özünüz saxlayasınız. Əks təqdirdə onlar istədiyi tərbiyəni almır və sizə alışmır, fikirlərini sizinlə bölüşmürlər. Körpə uşaqlarınıza özündən böyüklərlə ağıllı davranmalarını öyrədin. Uşaqlarınızı döyməyin. Onların yaxşı işlərini tərifləyib həvəsləndirin.
Və sonda, uşaqlarınızı öz dünyanızla yox, onların dünyası ilə qiymətləndirməyi bacarın. Unutmayın, uşağın ilk dövrlərdə ən çox təsirləndiyi, ən ideal saydığı öz valideynləridir.
Uşaqlarınıza düzgün münasibət bəslədiyiniz təqdirdə bunun qarşılığını müsbət mənada alacaqsınız.
Ağakərim İsgəndərov,
İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbinin psixoloqu

Şərh Yaz