Zəfər bizimlə olacaq

Zəfər bizimlə olacaq                          7 fevral 2018-ci il tarixdə Cülyan kənd tam orta məktəbinin VI sinf sagirdləri Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş ”Qəhrəmanlıq üçün doğulanlar” adlı tədbir keçiriblər.
Tədbirdə bütünlüklə müəllim və şagird kollektivi iştirak edirdi.
Tədbiri məktəbin direktoru Eyvaz Mursalov açıb. Tarix müəllimi İxtiyar Şabanov Milli Qəhrəmanın şanlı döyüş yolu haqqında geniş məlumat verib.
Tədbirin keçirməsində məqsəd Vətən yolunda canını qurban verənlərin xatirəsini əziz tutmaq, yetişən nəslin nümayəndələrini vətənpərvərlik ruhunda tərbiyə etmək, qəhrəmanın şərəfli döyüş yolunu nümunə olaraq şagirdlərə çatdırmaq olub.
Mübarizin göstərdiyi hünərin bizim üçün qanla yazılan bir dastan, bir qəhrəmanlıq salnaməsi olduğu şagirdlərə izah olunub.
Tədbirin sonunda bu sətirlərin müəllifi, sinfin rəhbəri, məktəbin riyaziyyat müəllimi Aybəniz Mursalova çıxış edib. O bildirib ki, biz xalqımızın mərd oğulları, xalq qəhrəmanları haqqında kitablardan oxuyub, filmlərdə görmüşdüksə, Mübariz kimi oğullarımız əsl qəhrəmanlıq nümunəsini real şəkildə nümayiş etdirdi. Bir daha sübut etdi ki, nə qədər ki, bu torpaqda Mübariz kimi oğullar var, Vətənimiz, dövlətimiz var olacaq və igid oğullarımızın sayəsində işğal edimiş torpaqlarımızı azad edəcək, zəfər qazanacağıq.
Aybəniz Mursalova

Şərh Yaz