Sözdən çələng toxuyan şair

Cəbrayıl Hüseyn –“ 60

Sözdən çələng toxuyan şair                        Sözdən çələng toxuyan şair

Şeir də insan kimi gəlir dünyaya. Əgər o, yarımçıq, zəif doğulubsa varlığı nə özünü sevindirəcək, nə də başqalarını.
Söz ilahi güc, ilahi varlıqdır. Bu varlığı onu dərk edənlər, duyanlar, Tanrı böyüklüyünə inananlar daha yaxşı dəyərləndirə bilirlər. Poeziya ədəbiyyatın şah damarıdır. Ədəbiyyat adlanan məkanda hər yazar iz qoya bilmir. Bəziləri bu məkanda özünü göstərməyə can atsa da, əslində, heç özünü də görə bilmir.
Olduqca xoş haldır ki, çağdaş ədəbiyyatımızda ürəkləri fəth edən yazıları ilə minlərlə insanın sevimlisinə çevrilən şairlərimiz, söz adamlarımız var. Gözəlliklər məskəni, Azərbaycanın mirvarisi olan İsmayıllımızda belə qələm sahiblərindən biri, yalnız ürəyi yaz deyəndə yazan şairlərdən biri Cəbrayıl Hüseyndir.
Cəbrayıl Hüseyn –“ 60

Sözdən çələng toxuyan şair                        Sözdən çələng toxuyan şair

Şeir də insan kimi gəlir dünyaya. Əgər o, yarımçıq, zəif doğulubsa varlığı nə özünü sevindirəcək, nə də başqalarını.
Söz ilahi güc, ilahi varlıqdır. Bu varlığı onu dərk edənlər, duyanlar, Tanrı böyüklüyünə inananlar daha yaxşı dəyərləndirə bilirlər. Poeziya ədəbiyyatın şah damarıdır. Ədəbiyyat adlanan məkanda hər yazar iz qoya bilmir. Bəziləri bu məkanda özünü göstərməyə can atsa da, əslində, heç özünü də görə bilmir.
Olduqca xoş haldır ki, çağdaş ədəbiyyatımızda ürəkləri fəth edən yazıları ilə minlərlə insanın sevimlisinə çevrilən şairlərimiz, söz adamlarımız var. Gözəlliklər məskəni, Azərbaycanın mirvarisi olan İsmayıllımızda belə qələm sahiblərindən biri, yalnız ürəyi yaz deyəndə yazan şairlərdən biri Cəbrayıl Hüseyndir.
Ay həyat dərslərim, həyat dərslərim,
Bilmirəm həyatda məni kim etdin.
Nə haqsız haqqım var, nə yersiz yerim,
Özümü özümə müəllim etdin.
Bir yazar kimi onun özünəməxsus yolu, yaradıcılıq cığırı var –“ Cəbrayıl yaradıcılığı, Cəbrayıl cığırı…
Cəbrayılı digər qələm yoldaşlarından fərqləndirən üstün cəhəti sadəliyi, həlimliyi, sözü övladı bilib, üstündə əsməsidir. Dilinin şirinliyinə, insanlarla tez ünsiyyət tapa bilməsinə görə o hamı tərəfindən sevilir. Özü necədirsə, şeirləri də elədir –“ sadə, şirin, sevilən, yadda qalan və ürəyəyatan. O, ana dilimizin şirinliyini qələm nümunələrinə hopdurmaqla yazıb-yaradır.
Belə bir xoşbəxtlik hər şairə nəsib olmur. Cəbrayıl Hüseyn yaradıcılığında ən müsbət cəhət söz bolluğundan səmərəli istifadə etməsi, fikir və düşüncələrində təkrara yol verməməsidir. Onun şeirləri təbiiliyi ilə seçilir. İmza göstərilməyən bircə bəndini oxuduqda belə, bilirsən ki, bu şeir onun qələminin məhsuludur. Cəbrayıl sözdən çələng toxuyan şairlərimizdəndir.
Elə mehr saldı bu dağlar mənə,
Məni dərdlərinə ortaq eylədi.
Nağıllar danışıb yarpaqlar mənə,
Kövrəldib qəlbimi bulaq eylədi.
Cəbrayıl Əmiraslan oğlu Hüseynov – Cəbrayıl Hüseyn 1958-ci ildə gözəl İsmayıllımızın Yuxarı Cülyan kəndində dünyaya göz açıb. Saf təbiətdə saflıqla, halal zəhmətlə böyüyüb. Doğma kənddə səkkizillik məktəbdə təhsilini başa vurduqdan sonra İsmayıllı şəhər 3 nömrəli orta məktəbini bitirib.
Hər yerdə, hər zaman insanlara gərək olduğunu duyan və buna can atan gənc Cəbrayıl 1983-cü ildə Xarkov şəhərindəki Yanğınsöndürənlər məktəbinə daxil olub. Dörd ilik təhsildən sonra leytenant kimi İsmayıllı Yanğından Mühafizə Hissəsinə təyinat alan C.Hüseynov baş inspektor vəzifəsindən rəis müavini vəzifəsinə qədər yüksəlib. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 2008-ci ildə 37 illik əmək stajı ilə daxili xidmət mayoru kimi təqaüdə çıxıb.
Ötən illər ərzində, istedadına, qələminə sədaqət nümayiş etdirən C.Hüseyn duyğu və düşüncələrini qələmə almağa da vaxt tapıb. İki il əvvəl şairin “Bu da dünya işığı” adlı şeirlər kitabı işıq üzü görüb. Bu kitabda cəmlənmiş şeirləri ilə o, əsl söz, sənət adamı olduğunu bir daha təsdiq edib.
Yaşadığı Cülyan kəndindəki tam orta məktəbdə, ilk kitabının təqdimat mərasimində sənət dostlarının, yaxınlarının və məktəbli oxucularının C.Hüseyn yaradıcılığına verdiyi yüksək dəyər onu daha gözəl yazıb-yaratmaqa sövq edib desək, əsla yanılmarıq.
Zəhmətkeş, işin çətinliyindən qorxmayan, sözün həqiqi mənasında hər an özünü ada-alova atmağa hazır olan qələm dostumuz Cəbrayıl Hüseyni 60 illik yubileyi ərəfəsində redaksiyamızın qonağı oldu. Xeyli söhbət etdik. Keçmişləri xatırlayıb, gələcəyə yol çəkdik. Bir neçə sadə sualımıza dolğun, səmimi cavab aldıq:
– Nə əcəb dövri mətbuatda az-az görünürsünüz?
– Az görünməyimin səbəbi bəlkə də elə az yazmağımdı. Kitabımın çapından sonra barmaqla sayılacaq qədər şeir yazmışam. Hecanın, qafiyənin, məna və məzmunun nə olduğunu bilirəm. Bir gündə 10 və daha çox şeir də yazaram. Amma ildə 5-6 şeir yazmaqla kifayətlənirəm. Şeiri şan-şöhrət, qalaq-qalaq bəzəkli kitablar çap elətdirmək xatirinə yazmıram.
Nağıla sığmayan dərdi-sərimi,
Qəlbimə su kimi içirmişəm mən.
Ağıla sığmayan nəğmələrimi
Sözdən çələng toxuyan şair                        Kağıza sinəmdən köçürmüşəm mən.
Şeir də körpə kimi dünyaya gəlir. Gərək, elə yazasan ki, o, yarımçıq doğulan uşağa bənzəməsin. Söz o zaman dəyərli olur ki, yaşasın və sahibini də yaşatsın. Söz böyük gücə malikdir. Ulularımız sözü müqəddəs biliblər. Düşünməyi bacaran oxucunu sözün, şeirin hikməti, dəyəri maraqlandırır. Əgər dediyin söz, yazdığın şeir oxucunu düşündürmürsə, vaxtını başqa işə sərf et.
– Kitab oxuyanlar azalıb fikrinə necə baxırsınız?
– Bu fikirdə həqiqət də var, mübahisə yeri də. Mübahisə mənlik deyil. Məncə, yaxşı şeiri, yaxşı əsəri oxuyurlar. Bu gün ərazisinin 20 faizi işğal altında olan bir ölkə yazarlarının müraciət etdiyi mövzu ya fantastikadır, ya da sevgi. Qarabağda gedən döyüşlərin iştirakçısı olmuşam, müharibənin dəhşətlərini, ağrı-acılarını misralara, şeirlərə çevirmişəm. Bu gün gənclərimizə vətəhpərbərlik hissi, milli dəyərlərimizi özündə əks etdirən əsərlər, şeirlər yazmaq lazımdır. Onda bu əsərlərin həm ömrü uzun olar, həm də böyük oxucu kütləsi qazanar.
Yazdıqlarımı sevgidən süzülən misralar adlandırsam, heç də yanılmaram. Həyatımın, sevgimin özəyini Vətənə olan məhəbbətim təşkil edir. Bu məhəbətin qığılcımlarını yazdıqlarıma ötürməyə həmişə can atmışam.
Xocalılılara ithaf etdiyim şeir dediklərimi müəyyən mənada təsdiqləyir:
Bir doğma yurd həsrəti,
Saçlarımı ağardıb.
Döndərib yollarımı,
Məni dağa çıxardıb.

Ömrümü bitirmişəm,
Dizlərimdə heyim yox.
Hər şeyi itirmişəm,
İtirəsi şeyim yox.

Bu dünyada gözüm yox,
Bu dünya gözümdədir.
Mələklər ürəyimdə,
Şeytanlar izimdədir.

Buludlardır tavanım –“
Ev-eşiyi uçqunam.
Mən Allahın yanında
Xocalıdan qaçqınam!
– Ömür yolunuz çox da hamar olmayıb. Gənclərə başlıca olaraq nəyi tövsiyə edərdiniz?
– Gördüyümüz, oxşamaq istədiyimiz kişilərin çoxu artıq həyatda yoxdur. İndi özümüz ağsaqqal yaşındayıq. Örnək olmaq səviyyəsini necə qazanmışıqsa, elə o cür də gəncliyimiz var. Davamçılarımızı daha çox, zəhmətə, halallığa, mübarizliyə səsləyərdim. Bu üçlük insanda ləyaqət formalaşdırır. Mənə görə insanın ləyaqət sahibi olması daha önəmlidir.
Bəşəriyyət formalaşandan bəri bizim zəngin mədəniyyətimiz, ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz olub. Bizə miras qalan nə varsa, qorumalı, gələn nəslə ötürməliyik. Bacarıq və imkanlarımız sabaha, inkişafa xidmət etməlidir. Yalnız yaşamağı deyil, yaşatmağı da düşünməliyik.
– 60 yaşa gəlib çatmağınızı doğmalar, yaxınlar təbrik ediblər. Bu arada özünüz hansı hissləri keçirirsiz?
– İnsan qəribə məxluqdur. Kamilləşdikcə həyatdan, yaşamaqdan aldığı zövq də ildən-ilə artır. Daha yaşamaq istəmirəm deyənlər yaşamaqdan deyil, əzabdan, əziyyətdən gileylənirlər.Həyatın eniş-yoxuşunda illərin itkisini duymuram. Ailəm, evim-eşiyim, zəhmətimə dəyər verən balalarım, az da olsa, adımı yaşadacaq şeirlərim var. Ömrümü bəzəyən, yaşadığımı mənalandıran hər şeyə və hər kəsə görə hələ bir qədər də yaşamağa dəyər. Amma illər doğrudan da tez keçdi:
Bilmirəm necə gəlmişəm,
Mən o yaşdan bu yaşacan.
Bircə qarış yol var imiş,
Hər o başdan bu başacan.
Müsahibimizi, qələm dostumuzu öz adımızdan, sözə, sənətə dəyər verən dostlarımızın adından yubiley yaşı münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Şahməmməd Dağlaroğlu,
“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyin sədri

Şərh Yaz