Yazıçı ilə görüş

Yazıçı ilə görüş                 8 fevral 2018-ci il tarixində İsmayıllı rayon Mərkəzi kitabxanasında Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist Əlisəfa Azayevlə görüş keçirilib.
Görüşdə kitabxana işçiləri və yazıçının oxucuları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan MKS-nin direktor müavini Ruhiyyə Mirzəyeva tanınmış yazıçının həyatı və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verib. O, yazıçının detektiv janrda yazdığı əsərlərin Azərbaycan oxucuları tərəfindən böyük rəğbətlə qarşılanmasından, 26 adda kitabının təkrar nəşrlə 100 mindən artıq tirajla çap olunmasından, yazıçı tərəfindən qələmə alınan əsərlərin yetişən nəslin tərbiyəsindəki əhəmiyyətdən danışıb.
Xidmət şöbəsinin müdiri Səbirə Seyidova çıxış edərək Ə.Azayevin qanunlarımızı hər zaman ali tutan, savadlı hüquqşünas və əsl vətənpərvər olduğunu vurğulayıb.
Yazıçı ilə görüş                 Sonda yazıçı publisist Ə.Azayev oxucuların ona ünvanlanan suallarını cavablandırıb, maraqlı görüşün təşkilatçılarına, iştirakkçılarına və dəyərli oxucularına minnətdarlığını bildirib.
Turanə Əzizova,
İsmayilli MKS-nin işçisi

Şərh Yaz