QAГ‡QININ HEKAYƏTİ

QAГ‡QININ HEKAYƏTİMəmməd Mirzə

QAГ‡QININ HEKAYƏTİ

Üçüncü yazı

BALA XAN VƏ BALACA XANƏNDƏ
Şəkurə xanım daha sonra söyləyirdi ki, atası İsmayılın bir qardaşı Balakişi məşhur xanəndə olub. El arasında ona Bala Xan (yəni, İkinci Xan) deyirlərmiş. Bala Xan bir müddət Bakıda filarmoniyada da oxuyub. Onun oxuduğu Heyratı, Simayi-Şəms, Qarabağ Şikəstəsi, Mirzə Hüseyn Segahı və başqa muğamlar dinləyənləri valeh edərmiş. Sonra Balakişi doğma Fərraş kəndinə qayıdır və 1972-ci ildə orada vəfat edir. Öz məşhur qavalını isə hələ sağlığında bacısı oğlu Barat Rəhimova bağışlayıbmış. Bu qaval indi də qiymətli bir yadigar kimi qorunub saxlanır.
Bu nəsildə sözə, musiqiyə olan həvəs Şəkurə xanımın uşaqlarından birində – Adildə üzə çıxıb. Adili babası İsmayılın tövsiyəsi ilə Ağdamdakı Xan Şuşunski Adına Muğam Məktəbinə qoyurlar. Şəkurə xanımın dediklərindən: “Adil internatda qalırdı, babası da yaxındaydı, tez-tez yanına gedib-gəlirdi. Ancaq müharibə elə məktəbdə də axtarıb tapdı onu. İnternatda hərbi hissə yerləşirdi. 92-ci ilin əvvəllərində Ağdamın kəndlərində şiddətli döyüşlər gedəndə internat uşaqları da qıraqda qala bilmirlər. Onda hələ Adilin 16 yaşı vardı. Adil və onun yoldaşları cəbhəyə ərzaq, sursat daşımağa icazə alırlar. Bir dəfə döyüşlər gedən ərazidə mərmi yağışına düşürlər. Adil qəlpə yarası alır. Yoldaşı İlkin onu xəstəxanaya çatdıra bilir. Qaraciyəri zədələnibmiş. Həkimlər onun yarasına 16 tikiş qoyurlar. Atam təhlükənin sovuşduğunu biləndən sonra bizə xəbər verməyi məsləhət görmür. Bir də sağalandan sonra bildim Adilin yaralanmasını…”.
Şəkurə xanım axırda dedi ki, Adil muğamatı öyrənməklə bərabər, hərdən şeir də yazır. Onun qoşduğu şeirlərdən bir neçəsini əzbərdən söylədi:
Qurban olum torpağına, daşına,
Bir də görərəmmi üzünü, Vətən?
Dağlarında indi dığalar gəzir,
Mən necə danışım sözünü, Vətən?

Adiləm, düşmüşəm səndən aralı,
Həsrətin çəkməkdən gözüm saralı;
Əvvəl laçınlıydım, indi haralı?..
Bəlkə sən bilərsən düzünü, Vətən?!

İMANOVLAR AİLƏSİ

Sultan bəyin silahdaşlarından biri və axıracan ona sədaqətli olan Gülməmməd kişinin dörd oğlu və iki qızı vardı ki, onlardan indi bircəciyi – Zərif (Şəkurənin bibisi, həm də qayınanası) sağdır. Gülməmməd kişinin atasından başlamış üzü bəri bu nəsildə şeirə, musiqiyə həvəs və söz qoşmaq qabiliyyəti güclü olub. Yazının əvvəlindən sizə tanış olan Qaçaq Qarakişinin də qoşma və bayatıları olmuşdur. Təəssüf ki, Şəkurə xanım tək bircə bayatı söyləyə bildi:
Əzizim yara qandı,
Ağrıyır, yara qandı;
Baş yastıqda, göz yaşda,
Get, yara belə qandır.
Bu bayatını Qarakişi 1922-ci ildə dustaqxanada yatarkən ona baş çəkməyə gəlmiş kiçik qardaşı İsmayıla (Şəkurənin atasına) söyləyibmiş. İsmayıl kişi dünyasını dəyişəndə, yəqin ki, həm özünün, həm də özündən əvvəlkilərin yazıya köçürülməmiş bir çox deyimlərini özü ilə aparmışdır. Amma İmanovlar ailəsində İsmayıl kişi bədahətən şeir söyləməsi, hazırcavablığı və baməzə söhbətləri ilə daha çox fərqlənib. Əsrin yaşıdı olan İsmayıl kişi (təvəllüdü 1906-cı ildəndir) 18-ci ildən bəri bir çox hadisələri, habelə görüb eşitdiklərini fövqəladə yaddaşında qoruyub saxlamış və yeri gəldikcə, övladlarına, nəvə-nəticələrinə söyləmişdir. Atasının söylədiklərinin bir çoxu Şəkurə xanımın yaddaşına həkk olunmuşdur ki, o da bunlardan bəzilərini bizim üçün söylədi.

Г‡UXANIN İГ‡İNDƏKİ DÜNYAMALIDI

Şəkurə xanımın dediklərindən: “Atam deyirdi ki, bir dəfə Sultan bəyin öz dəstəsi ilə birlikdə yolu Kəlbəcər tərəfə düşür. Görürlər uzaqdan bir piyada gəlir. Bəyin adamlarından biri deyir qoy düşüm görüm bu kimdir. Sultan bəy deyir nəyinə gərəkdir? Qoy çıxıb getsin işinə. O, deyir bəlkə erməni casusudu, bilsək, pis olmaz. Sultan bəy deyir get. Amma yol adamıdısa, incitmə.
O, yolçu ilə qarşılaşanda görür bu, kasıb bir adama oxşuyur. Əynində köhnə çuxa, çiynində də belə bir xurcun varmış. Onunla zarafat etmək fikrinə düşən bəy adamı deyir: “Soyun!” Deyir: “Mənim nəyim var ki, soyunum?” Deyir: “Г‡uxanı Soyun!” Deyir: “Г‡uxaynan işin yoxdu, içindəki dünya malıdı”. Deyir: “Xurcunu da ver!” Deyir: “Qoy çörəyimi götürüm, sonra”. Yolçu çörək götürmək bəhanəsilə xurcundan mauzeri çıxarıb, onu soyundurmaq istəyənin sinəsinə dirəyir. Onun beşatılanını da alır, atını da minib gedir.
Sultan bəy bir müddət gözləyir, sonra düşürlər aşağı. Görürlər yolçunun kimliyini öyrənmək üçün aşağı düşən adam bir daşın üstündə oturub. Soruşurlar ki, bəs atın, tüfəngin hanı? O, əhvalatı danışıb, xəcalətdən başını aşağı salır. Sultan bəy gülüb deyir: “Dünyamalıya bir at lazımmış, qarşısına sən çıxmısan. Gərək tanıyaydın onu”. Deyir: “Mən hardan tanıyaydım onu?” Bəy deyir: “Bəs özün söyləmədin ki, yolçu dedi çuxaynan işin yoxdu, içindəki dünya malıdı? Bəs adama tanışlığı necə verərlər?”
Sonra Sultan bəy adam göndərir, Dünyamalı atı da, tüfəngi də qaytarır.

ŞUŞALI TACİR VƏ KÜRD

“Bir kürdün şuşalı tacir dostu varmış. Tacir hər il yayda qatıra parça yükləyib dostunun yaşadığı kəndə gedirmiş. Kürd onu yaxşı qarşılayıb hörmət edərmiş. Tacir də ona ünvan verir ki, bəs yolun Şuşaya düşsə, bizə gəl.
Bir dəfə kürdün də yolu Şuşaya düşür. Deyir gəlmişkən, qoy tacir dostuma da bir baş çəkim. Axtarıb deyilən ünvanı tapır. Həyətə girəndə görür onun dostu balkonda gəzişir. Kürd salam verir. Tacir salamı könülsüz alıb sornşur ki, sən kimsən, nə lazımdır? Kürd soruşur ki, tanımadın məni? Tacir cavab verir ki, yox. Kürd deyir: “Bağışla, ünvanı səhv salmışam”.
Fəsil dəyişir və yenə də şuşalı tacir qatırına parça yükləyib, həmin kəndə gedir. Kürd onu əvvəlkindən də yaxşı qarşılayır. Axşam yeyib-içəndən sonra kürd deyir: “Ay dost, mənim zəmimə bir heyvan dadanıb, yaman korluq verir. Amma əlimdən ovçuluq da gəlmir ki, vurum”. Tacir deyir mən yaxşı ovçuyam, tüfəngin varsa ver. Kürd tüfəngi tacirə verib, onu darı zəmisinə gətirir və uzaqdan qaraltını göstərir. Tacir nişan alıb atır. Heyvan yıxılır. Kürd taciri yaxına getməyə qoymur ki, birdən heyvan yaralı olar, qonağa xata toxunar. Səhər tezdən durub, çay-çörək yeməmiş gəlirlər zəmiyə. Tacir yaxınlaşanda görür ki, güllə ilə vurub öldürdüyü öz qatırıdı. Sən demə, kürd gecə qatırı qəsdən zəmiyə salıbmış. Tacir bir başına, bir gözünə vurub şivən qoparır. Kürd deyir: “Ay dost, sən nə təhər adamsan ki, öz həyətində dostunu, özgənin zəmisində qatırını tanımırsan?”. O gündən tacirlə kürdün dostluğu pozulur”.

ÖKÜZ HÜRKDÜ, Г‡UVAL CIRILDI

Ötənlərdə bir dəfə fərraşlılar və ətraf kəndlərdən olan çoxlu adam karvanla Ağdam bazarından qayıdırmış. O vaxtı atı-ulağı olmayanlar bazara gedəndə öküzü alıxlayıb yükləyərdidər. Seyid Əsəd də bazardan aldığı iki çuval qozu öküzə yükləyib gətirirmiş. Qaranlıq düşəndə adamlar gecələmək üçün düşərgə salırlar. Süfrə başına yığışanda, hərə bazardan aldığından gətirib qoyur ortalığa. Təkcə Seyid Əsəd heç nə gətirmir. Bəbir pıçıltı ilə əmisi oğlu İsmayıldan soruşur ki, bəs nə təhər eləyək bu çuvallardakı qozdan yeyək? Deyir səbir elə. Bir fənd işlədərəm ki, çuvaldakı qozların hamısını yeyərsiz.
Səhər açılanda heyvanları yükləyib yola düşürlər. Sən demə, əvvəllər Seyid Əsədin öküzü zəmiyə girdiyi üçün İsmayıl onu bərk döyübmüş. Yazıq öklüz o vaxtdan İsmayılın qışqırtısını eşidəndə az qalırmış baş götürüb dünyadan çıxsın. Bir az getmiş, İsmayıl xəlvətə salıb, öküzü arxadan bizləyir və bərkdən: “Ho-ho-ho!!!” –“ deyə, qışqırır. Öküz hürküb özünü meşəyə verir. Г‡uvallar kola, ağaca ilişib cırılır, qozların hamısı meşəyə səpələnir. Adamlar meşəyə daraşıb, başlayırlar qoz yığmağa. Seyid Əsəd İsmayıldan soruşur: “Ay İsmayıl, görəsən mənə də verərlər bu yığdıqları qozdan?” İsmayıl bərkdən qışqırır: “Ay camaat, hərəniz yığdığınız qozdan bir ətək Seyid Əsəd üçün də gətirin”. Adamlar ciblərini doldurandan sonra qalan qozları ətəklərinə yığıb bir yerə toplayırlar. Qadınlar çuvalları tikib, qozu yığırlar içinə. Seyid Əsəd yarımçıq çuvalları öküzə yükləyib yola düşür”.

İSMAYILLA BƏBİRİN ƏHVALATI

(Şəkurə xanımın söylədiklərindən)
“Bir gün İsmayıl Bəbirə deyir ki, yolnan gələndə bir quzunu gipnoz elədim, düşdü dalımca, gəldi kəndə. Bəbir inanmır. İsmayıl deyir istəyirsən səni də yatırdım? Bəbir razılaşır. İsmayıl deyir: “Ancaq gözün gözümə baxmalıdı. Mən nə eləsəm, sən də onu təkrar eləməlisən”. Bəbir deyir yaxşı.
İsmayıl iki padnos gətirir. Əvvəlcədən birinin arxasına çıraq hisi, birinə qara tuş sürtübmüş. Hisli padnosu özü götürür, o birisini verir Bəbirə. Bəbir deyir ki, ancaq bu əhvalatı qızlar bilməsin. İsmayıl deyir arxayın ol, bilməzlər. Ancaq qızları əvvəlcədən xəbərdar edir ki, qapının arxasında gizlənsinlər. İsmayıl əlini padnosun arxasına çəkib üzünə sürtür və oxuyur:
Əziziyəm bu bağdan,
Bu bağçadan, bu bağdan;
Allah sənə xeyir versin
Bu saqqaldan, bu bığdan.
İsmayılın üzü hisdən qaralır. Bəbir də onun dediklərini təkrarladıqca, əlini padnosun tuşuna sürtüb üzünü qapqara edir. Sonra İsmayıl başlayır qapı arxasındakıları çağırmağa:
Əziziyəm kəndə gəl,
Vurulmuşam bəndə, gəl.
Mən yuxuya getmişəm,
Məmmədalı, sən də gəl.
Məmmədalı içəri girib deyir:
– Ə, bu Bəbir nə yaman yatıb?!
Bəbir üzünü tuşla tam qaralayandan sonra İsmayıl başlayır qızları çağırmağa:
Əziziyəm çəpəri,
Ayaqlama çəpəri;
Allahdan arzum budu:
Qapıdan girə Şahpəri.
Şahpəri içəri girib deyir:
– Ə, Bəbir, nə bərk yatmısan?!
İsmayıl ikinci qızı çağırır:
Əziziyəm çəməndə,
Nə tez düşdün kəməndə?
Allahdan arzum budu:
Qapıdan girə Gülzəndə.
Gülzəndə qapıdan girib deyir:
– Bəbir, bu qədər də yatmaq olar?
İsmayıl üçüncü qızı çağırır:
Əziziyəm bu ayə,
Г‡eşmək tax, bax bu ayə;
Axır sözüm budur ki,
Qapıdan girə Səmayə.
Səmayə içəri girib deyir:
– Ay Bəbir, yatmağın bir yana, nə yaman eybəcər olmusan?!
İsmayıl güzgünü Bəbirə verir ki, baxsın. Deyir:
– Məmmədalı, Bəbiri tut, mən getdim!
Bəbir güzgüyə baxıb görür üzü tuşla tamam qaralıb. Hirsindən güzgünü divara çırpır. İsmayılın dalınca yüyürür, amma çata bilmir. Deyirlər Bəbir üzünün tuşunu tamam yuyub təmizləyə bilmədiyi üçün düz bir həftə adam arasına çıxmır.

BULAQDAN SUSUZ QAYITDI
Bir dəfə toyda İsmayıl öz həmkəndlisi Cənnətlə mərc gəlir ki, onu bulağa aparıb, su içməmiş geri qaytarar. Cənnət mərcə razı olur. Birlikdə bulaq üstə gəlirlər. Bulaq başına çathaçatda İsmayıl deyir: “Cənnət, biz səhv etmişik, gərək bir adam da gətirəydik, şahid dursun. Get toydan bir nəfər götür gəl”. İsmayıldan şybhələnən Cənnət deyir: “Yox, mən getsəm, sən suya dərman-zad qatarsan. Sən get çağır”. İsmayıl deyir: “Onda gəl ikimiz də gedək”. Qayıdırlar geri. Toya çatanda İsmayıl keçib yerində əyləşir. Cənnət deyir: “Hara əyləşirsən? Dur, bir nəfər də götür, gedək bulaq başına, səninlə mərc gəlmişik”. İsmayıl deyir: “Ay Cənnət, getdik də, gəldik də. Səni susuz apardım, susuz qaytardım. Mərci uduzmusan”.

NİSYƏ SÖZLƏRİM BEYNİNƏ BATMIR

İsmayıl kişi rus-alman müharibəsində yaralanıb şikəst olmuşdu. Amma nə qədər gedib-gəlirdisə, ona əlillik qrupu vermirdilər. O, bu münasibətlə uzun bir şeir yazır ki, Şəkurə xanım həmin şeirdən yadında qalan bir neçə bəndi bizə söylədi:
Ağır, yüngül yaralandım üç dəfə,
Bil ki, ölməmişəm, qalmışam nəfə.
Cavanların çoxu yol verir səfə,
Nisyə sözlərim beyninə batmır,
Ona görə mənə qruppa çatmır.

Askolun ağrısı dəyib dizimə,
Pulum yoxdu, baxan yoxdu sözümə,
Düşünürəm indi özüm-özümə:
Nisyə sözlərim beyninə batmır,
Ona görə mənə qruppa çalmır.

İsmayıl, qəm çəkmə, sözün düz olar,
Artar yaşın, doxsan olar, yüz olar,
Bəlkə onda tamahkarlar az olar,
Nisyə sözlərin beyinə batar,
Bəlkə onda sənə qruppa çatar.
Bu şeir dilə-dişə düşəndən sonra, nəhayət ki, qospitaldan İsmayıl kişinin sənədlərini gətirdib, ona əlillik qrupu, hətta “Zaporojes” maşını da verirlər.

SÖZ BOXГ‡ASI

Şəkurə xanımın söz boxçasından daha bir neçə yarpaq. Özünün söylədiyinə görə, bu tapmacaların da əksəriyyətini o, atasından eşitmişdir.

Dağların sinəsinə,
Quş qonar binəsinə,
Quşlarda necə quşdur
Süd verər anasına?
(Arı).

Otlağında, çəməndədi,
Yaxşı nədi, yaman nədi?
Səhər yumurtadan çıxıb,
Günortalar əmən nədi?
(Tısbağa)

Uzaq-yaxın gedilər,
Yaxşı-yaman dedilər,
Axşam yeyilən xörəyi,
Səhər bir də yedilər.
(At, arpa, quşlar).

Adamdan atı,
Dəmirdən qatı.
(Səhəng).

Üstü agac, altı daş,
Səkkiz ayaq, iki baş.
(Vəl, öküzlər).

O tayda bir qurd durub,
Dişin dişinə vurub,
Cümlə-cahanı yeyib,
Yenə yerində durub.
(Dəyirman).

Bu gülün adı nədi?
Dərmanı, dadı nədi?
Qaradan ağ boyanar,
Tap görək, adı nədi?
(Saç).

İSMAYIL KİŞİNİN SON SƏFƏRİ

Şəkurə xanımın söylədiklərindən: “Vaxt gəldi ki, atamın Sarıhacılıdakı geniş evi qaçqınların sığınacağına çevrildi. Malıbəylini ermənilər alanda orda yaşayan dayım uşaqlarını (üç ailə), Cəmilli alınanda xalamgilin ailəsini də atam çəkdi qanadının altına. Biz də əlimizdən gələn köməyi edirdik. Qaçqın ailələrinə elə beş dəst yorğan-döşək mən payladım. Amma bir müddət sonra Ağdamda yaşamaq da təhlükəli oldu. Ermənilərin qrad və top məpmilərindən şəhər xarabazara çevrildi. Atam da Bakıda yaşayan Vidadi qardaşımın yanına köçdü. Onun öz evində sığınacaq verdiyi ailələr də təzədən didərgin düşdülər. Ancaq atam Bakıda duruş gətirə bilmirdi. Tez-tez gəlirdi Ağdama.
Axırıncı dəfə ötən ilin yanvarında gedir. Yanvarın 20-də şəhər məscidinin yanında ağsaqqallarla dayanıbmış. Məscidin ətrafına mərmilər yağmağa başlayır. Atam və iki nəfər başqa ağsaqqal həlak olur…”.
Şəkurə xanım söyləyirdi ki, atası “Quran” oxumağı da bacarırmış. Xocalı qırğınında həlak olan yüzlərlə adamın dəfnində böyük zəhməti olub. İndi budur, 88 yaşlı söz bilicisi, şair təbli İsmayıl kişi elə həmin məscidin həyətində şəhid oldu…
(SON)
“Cavanşir yurdu”.
1994-cü il, в„– 13-16.

Şərh Yaz